Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə56/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   52   53   54   55   56   57   58   59   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
142 
2006-cı  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  925 
saylı Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 
nəzdində Azərbaycan Turizm İnstitutu (ATİ) yaradılmışdır. Azərbaycanda turizm 
sənayesinin  inkişaf  etdirilməsi,  qonaqpərvərlik,  turizm,  səyahət  və  istirahət 
sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəmək üçün mütəxəssislərin hazır-
lanması və təkmilləşdirilməsi məqsədi ilə yaradılan  Azərbaycan Turizm İnsti-
tutunun bazasında dövlət başçısının 22 dekabr 2014-cü il tarixli Sərəncamı ilə   
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yaradılmışdır [10].
Belıliklə, sərəncamda qeyd edildiyi kimi, dövlət başçısı Azərbaycan Respub-
likasında turizm, menecment və digər xidmət sahələrində müşahidə olunan 
sürətli inkişafı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qar-
şıya qoyulan vəzifələri, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
Strategiyasını  nəzərə alaraq, Azərbaycan Respublikasının  Mədəniyyət və Tu-
rizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində 
turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən belə bir  uni-
versitetin yaradılmasına qərar vermişdir.
Qeyd edilməlidir ki, peşəkar kadr çatışmazlığı probleminin mövcud olması 
ölkəmizin böyük perspektivlərə malik turizm sahəsinin inkişafına mane olan 
səbəblərdəndir. Azərbaycanda nəinki yüksək, həm də orta və aşağı səviyyəli 
xidmətləri təqdim etməyi bacaran personalın formalaşdırılması ehtiyacını ara-
dan qaldırmaq üçün  bu sahədə  fəaliyyət göstərən turizm şəbəkələrində  kadr 
təminatı ilə bağlı kurslar təşkil edilsə də, bu tədbirlər ölkədə bütün hotellər və 
turizm sahəsi üzrə fəaliyyət göstərən digər obyektləri qane etmək iqtidarında 
deyil. Ölkəmizdə turizm, menecment və digər xidmət sahələrində müşahidə 
edilən sürətli inkişaf turizm və menecment sahələri üzrə kadr hazırlığının daha 
yüksək səviyyədə təşkil edilməsi zərurətini yaratmışdır.
Mədəniyyət  və  Turizm  Nazirliyi  və  Azərbaycan  Turizm  İnstitutunun  birgə 
apardığı  araşdırmalar  da  onu  göstərir  ki,  2023-cü  ilə  kimi  ölkəmizin  turizm 
sahəsində  kadrlara  olan  tələbatı  tam  ödənilməyəcək.  Həmin  müddətə  kimi 
turizmin  ayrı-ayrı  sahələri  üzrə  kadra  olan  tələbatın  (sahələrdən  asılı  ola-
raq)  10-da  birinin,  yaxud  5-də  birinin  ödəniləcəyi  gözlənilir.  Kadrlara  olan 
ehtiyac  müəyyənləşdirilərkən  həm  ATİ-də,  həm  də  ölkənin  bir  sıra  ali  təhsil 
müəssisələrində, o cümlədən kolleclərdə turizm sahəsi üzrə hazırlanan kadr-
lar nəzərə alınıb. Turizm xidmətlərinin səviyyəsini yüksəltməkdən ötrü savadlı, 
peşəkar kadrlara daha çox ehtiyac var. Məhz  bu zərurəti nəzərə alaraq, kadr 
hazırlığının daha geniş miqyasda həyata keçirilməsi üçün yeni universitetin ya-
radılması qərara alınmışdır [11].  
ATİ (indiki ATMU) yarandığı ilk dövrdə 200 tələbə ilə 3 ixtisas üzrə tədrisə 
başlamışdısa, bu gün burada 11 ixtisas üzrə bakalavr təhsili, 15 ixtisas üzrə isə 
magistr təhsili verilir. Artıq universitetdə Doktorantura şöbəsi fəaliyyət göstərir 
və hər il buraya 10 nəfərdən çox doktorant və dissertant qəbul olunur. Eyni za-
manda ATMU-nun peşə məktəbi də peşə sahəsi üzrə kadr hazırlığı həyata keçirir 
[12]. 
Prezidentin 6 aprel 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 
Respublikasında  2010-2014-cü  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proq-
ramı”nda  isə  turizm  sektorunun  ölkə  iqtisadiyyatının  aparıcı  sahələrindən 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
143
birinə  çevrilməsi  üçün  əhatəli  tədbirlər  planı  öz    əksini  tapmışdır.  Prezident 
İlham Əliyevin Sərəncamı ilə 2011-ci il “Turizm ili” elan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr 
tarixli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf 
Konsepsiyasında qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına xüsusi 
diqqət yetirilməsi əsas strateji məsələlərdən biri kimi qoyulur. Qeyd edilir ki, 
“qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən 
istehsal,  sosial  və  bazar  infrastrukturu  şəbəkəsi  yaradılacaq,  təsərrüfatçılığın 
və idarəçiliyin mütərəqqi formalarından istifadə genişləndiriləcəkdir. Konsep-
siya çərçivəsində turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq stan-
dartlara  cavab  verən  turizm  xidmət  sahələrinin  dairəsinin  genişləndirilməsi, 
bu sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi və ÜDM-də xüsusi çəkisinin 
artırılması istiqamətində tədbirlər nəzərdə tutulur. Turizmin inkişaf etdirilməsi 
məqsədi  ilə  bu  sahəyə  dair  qanunvericilik  və  standartlar  təkmilləşdiriləcək, 
Xəzər  dənizinin  turizm  potensialından  tam  şəkildə  istifadə  edilməsi  üçün 
zəruri  tədbirlər  görüləcək,  bölgələrdə  turizm  fəaliyyəti  stimullaşdırılacaq, 
informasiya-təbliğat işi gücləndiriləcək, milli, tarixi-mədəni, sosial-iqtisadi və 
təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin müxtəlif növləri müvafiq turizm 
marşrutları yaradılmaqla  təşviq ediləcəkdir” [13].
Qeyd edildiyi kimi, regionlarda turizmin inkişafı ölkənin iqtisadi və mədəni 
inkişafına əsaslı təsir göstərir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyev 27 fevral 2014-cü il tarixli “Azərbaycan Respublikası re-
gionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın 
təsdiq edilməsi haqqında Fərman imzalanmışdır. Fərmanda “regionların inkişa-
fının davamlılığının təmin edilməsi”, “qeyri-neft sektorunun, ...infrastrukturun 
və sosial xidmətlərin daha da yaxşılaşdırılması” qarşıya əsas məqsəd kimi qo-
yulur [14].
Bu  proqramda  regionlarda  turizmin  inkişafı  prioritet  məsələlərdən  biri 
kimi  qoyulur:  “Qeyri-neft  sektorunun  inkişafı  istiqamətində  regionlarda  tu-
rizmin inkişafı qarşıdakı illərdə prioritet olaraq qalacaq, turizm ehtiyatlarının 
genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri 
olan turizm xidmətləri və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi 
və müasir standartlara uyğunlaşdırılması, turizm obyektlərinin tikintisi ilə bağ-
lı layihələrin icrası davam etdiriləcəkdir. Turizm sahəsinin inkişaf istiqamətləri 
aşağıdakılardan ibarətdir:
•   regionlarda  turizm  infrastrukturunun  yüksək  beynəlxalq  tələblər 
səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü layihələrin həyata 
keçirilməsi;
•   ölkənin  bütün  regionlarında  turizm  fəaliyyətinin  stimullaşdırılması  və  bu 
sahəyə investisiyaların cəlb edilməsi məqsədilə müasir informasiya və kom-
munikasiya texnologiyaları vasitəsilə təşviq işinin genişləndirilməsi;
•   regionlarda turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yara-
dılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrut-
larının yaradılması;
•   turizm sektorunda çalışan personalın peşə hazırlığı səviyyəsinin artırılması 
vasitəsilə regionlarda turizm xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdı-


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə