Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə54/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   50   51   52   53   54   55   56   57   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
138 
rın sağlam həyat (rekreasiya və relaksasiya) ilə bağlı tələbatlarını təmin edir. Tu-
rizmin real nümunələri yüksələn sürətlə dəyişərək müasir insanın tələbatlarını 
ifadə edir. Turistlər çox zaman iştirakçı deyil, müşahidəçi, tamaşaçı olurlar. Bu 
zaman onlar başqa mədəniyyəti qavramağa, onu qəbul etməyə hazır olmalı-
dırlar. Əmtəəyə çevrilən kütləvi, yaxud sosial turizm qlobal dünya nizamının 
formalaşmasında ümumdünya əhəmiyyəti kəsb edir. Nəticədə insanların şüu-
runda fərqli mədəniyyətlərin xüsusiyyətləri əks olunur. Turizm mədəniyyətlərin 
mövcudluğunu qəbul edir, insanların qarşılıqlı fəaliyyətə və mədəni plüralizmə 
rəğbətini şərtləndirir [6, s.13-22].    
2.  Dövlətin sosial siyasətinin həlledici  mexanizmi kimi 
turizmin əhəmiyyəti
XIX  əsrin  ikinci  yarısında  Almaniyada  ortaya  çıxan  “sosial  siyasət”  an-
layışı  müasir  mənada  cəmiyyətdəki  bütün  sosial  sinif  və  qrupların  sosial 
müdafiə,  sağlamlıq,  təhsil,  məşğulluq  və  s.  kimi  problemlərini  həll  etməyə 
istiqamətlənmiş,  qruplar  və  siniflər  arasın-
da yaranan mübarizə və münaqişələri sosial 
ədalət  prinsiplərinə  görə  həll  etməyə  çalı-
şan və cəmiyyətin sosial rifahı üçün həyata 
keçirilən bütün tədbirlərin cəmidir. 
Sosial siyasət dövlətin cəmiyyətdə sosi-
al sahənin idarə edilməsi ilə bağlı fəaliyyəti 
olub,  kütlələrin  əmək  və  ictimai-siyasi 
fəaliyyətinin  səmərələşdirilməsi  ilə  bağ-
lıdır.  Müasir  dövrdə  sosial  siyasətin  əsas 
göstəriciləri aşağıdakılar hesab edilir:
     - əhalinin sabit məşğulluğu üçün şəraitin 
yaradılması,  kütləvi  və  durğun  işsizlik 
meyilləri ilə mübarizə;
    -  ehtiyacı  olan  təbəqələrin    sosial 
müdafiə sisteminin möhkəmləndirilməsi və 
təkmilləşdirilməsi;
     -  müxtəlif peşə və sosial qruplar arasın-
da sosial uçurumun dəf edilməsinə yönələn 
gəlirlərin tənzimlənməsi siyasəti [7, s.98]. 
Hazırda öz xalqına yüksək rifah şəraiti yaratmış bir çox Avropa dövləti sosi-
al dövlət sisteminə üstünlük verir və sosial siyasət mexanizmlərindən istifadə 
edərək cəmiyyətin rifahını yüksəltməyə çalışır. Sosial siyasət cəmiyyətdəki so-
sial  prosesləri  nizamlamaq  üçün  dövlətin  əlində  olan  əsas  vasitələrdən  biri-
dir. Dövlətin sosial-iqtisadi həyatı tənzimləmək üçün istifadə etdiyi və dövlət 
siyasəti çərçivəsində yer alan mexanizmlərindən biri də turizmdir. 
Milli turizm siyasətini reallaşdırmaqla dövlət cəmiyyətin rifah halını yaxşı-
laşdırmaq, mövcud resurslardan səmərəli istifadə etmək və mərkəzlə regionlar 
arasında tarazlığı davamlı olaraq təmin etmək üçün müəyyən tədbirlər hazırla-
yır, proqramlar həyata keçirir. İqtisadi inkişafın təmin olunması, dövlətin iqtisa-
Ümumdünya Turizm 
Təşkilatı mütəxəssislərinin 
proqnozlarına görə, 2020-
ci ildə 2000-ci ilə nisbətən 
səyahət edən turistlərin sayı  
1,6 milyard nəfərə, turizmdən 
əldə olunan gəlirlərin 
miqdarı isə  481 milyard ABŞ 
dollarından 2 trilyon dollara 
qədər artacaqdır. 2020-ci ildə 
ən çox turist axını olan ölkə 
Çin, dinamik inkişaf edən 
turizm ölkəsi isə Türkiyə 
olacaqdır.


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
139
di inkişafı üçün investisiyalara münbit şərait yaradır. Əmək qabiliyyətli əhalinin 
fəaliyyətində tam məşğulluğu təmin etmək üçün müvafiq sosial siyasət həyata 
keçirir, cəmiyyətdə müxtəlif tip insanların barış içərisində yaşamalarını təmin 
edir.
 
 
3. Müstəqil Azərbaycanda turizm və  sosial rifah: 
qarşılıqlı təsir və nəticələr
Azərbaycanda milli turizm sektorunu inkişaf etdirmək və turizm ehtiyatla-
rından əhalinin sosial rifahı yönündə səmərəli istifadə etmək siyasətinin əsası, 
bütün sahələrdə olduğu kimi, ümummilli lider Heydər Əliyev tərəfindən qo-
yulmuşdur. Hələ sovet dövründə, Azərbaycana rəhbərliyinin ilk mərhələsində 
Dağlıq  Qarabağda  (Xankəndidə,  Şuşada),  Mingəçevirdə,  Naxçıvanda,  Nafta-
landa və Bakının Mərdəkan qəsəbəsində ekskursiya büroları, daha sonra isə 
Qəbələdə “Qafqaz” və Xaçmaz rayonunun Nabran bölgəsində “Dostluq” adlı 
turizm bazaları (1969-cu ildə) yaradılmışdır. 1983-cü ildə SSRİ Nazirlər Sove-
ti  sədrinin  birinci  müavini  işləmiş  Heydər 
Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə 
Xəzərin Azərbaycan sahillərində Ümumitti-
faq əhəmiyyətli kurort zonasının yaradılma-
sı barədə müvafiq qərar qəbul olunmuşdu.
Ulu  Öndərin  1993-cü  ilin  yayında  siya-
si  hakimiyyətə  qayıdışından  sonra  onun 
turizmə    göstərdiyi  qayğının  miqyasını 
ifadə edəcək faktların statistikası isə ayrıca 
tədqiqatın mövzusudur.
Ümummilli  lider  Heydər  Əliyevin 
müəllifi  olduğu    Azərbaycan  Respublika-
sının  1995-ci  ildə    qəbul  edilmiş  Konstitu-
siyasının  “İstirahət  hüququ”  ilə  bağlı  37-ci 
maddəsində  qeyd  edilir  ki:  “I.  Hər  kəsin 
istirahət hüququ vardır.  II. Əmək müqaviləsi 
ilə işləyənlərə qanunla müəyyən edilmiş iş günü, istirahət və bayram günləri, 
ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi 
təmin edilir” [8].
Göründüyü  kimi,  Azərbaycan  Respublikasının  ali  qanunlar  toplusunda 
“istirahət hüququ” əsas insan hüquq və azadlığı kimi qəbul edilir və büdcədən 
maliyyələşdirilən  məzuniyyət  imkanı  mövcuddur.  Bu,  əhalinin  aztəminatlı 
təbəqələri  üçün  həm  də  turizm  səyahətləri  ilə  bağlı  imkanların  yaradılması 
deməkdir.    
Azərbaycanda  turizmin  inkişaf  tendensiyası  yalnız  90-cı  illərin  sonlarında 
ölkənin  ali  qanunvericilik  aktlarında  öz  əksini  tapmışdır.  Belə  ki,  1999-cu  il 
iyulun 27-də ümummilli lider  Heydər Əliyev “Turizm haqqında” Azərbaycan 
Respublikası  Qanununun  tətbiq  edilməsi  haqqında”  fərman  imzalamışdır. 
Bu  qanun  Azərbaycan  Respublikasında  turizm  bazarının  hüquqi  əsaslarının 
bərqərar  edilməsinə  yönəlmiş  dövlət  siyasətinin  prinsiplərini,  turizm 
Azərbaycanda milli turizm 
sektorunu inkişaf etdirmək 
və turizm ehtiyatlarından 
əhalinin sosial rifahı 
yönündə səmərəli istifadə 
etmək siyasətinin əsası,  
bütün sahələrdə olduğu 
kimi, ümummilli lider 
Heydər Əliyev tərəfindən 
qoyulmuşdur. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə