Say 1 (12) • 2015 |
STRATEJİ TƏHLİL
123
Açar sözlər: sosial siyasət, sosial institutlar, sosial xidmət, sosial təhlükəsizlik,
keyfiyyətli
həyat şəraiti
Key words: social policy, social institutes, social service, social security,
qualitative standard of living
Ключевые слова: социальная политика, социальные институты,
социальное обслуживание, социальные обеспечение, качество уровеня
жизни
Dövlətin sosial
siyasətinin həyata
keçirilməsində sosial
institutların rolu
Səadət
MƏMMƏDOVA
AMEA Fəlsəfə və Hüquq İnstitutunun
böyük elmi
işçisi, sosiologiya üzrə fəlsəfə doktoru
amea-saadet@rambler.ru
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
124
Giriş
Müasir dövrdə dövlətin sosial siyasətinin tənzimlənməsi istiqamətində
fəaliyyətin genişləndirilməsi zərurəti aktuallaşmışdır. Dövlətin sosial
funksiyasının xüsusi mahiyyət qazanması isə sosial dövlətin inkişafına şərait
yaradır. Bu proses bilavasitə sosial olanın iqtisadiyyat üzərində üstünlük
əldə etməsi, insanın layiqli həyat şəraitinin təmin edilməsinin dövlətin əsas
məqsədinə çevrilməsi ilə bağlıdır.
Dövlətin sosial və iqtisadi sferanın tənzimlənməsi istiqamətində
məqsədyönlü fəaliyyəti sosial siyasət prinsiplərini şərtləndirir. Bu mənada
sosial siyasət dövlətin digər iqtisadi subyektlərin həyat və əmək şəraitinin
dolğun təminatına yönəldilmiş fəaliyyətidir.
Dövlətin sosial sahədə apardığı islahatlar sosial siyasət zəminində qurulur
və formalaşır. Beləliklə, sosial siyasət dövlətin, yerli hakimiyyət orqanlarının,
müəssisə və təşkilatların əhalini işsizlikdən, istehlak qiymətlərinin artımından
müdafiə edən kompleks sosial iqtisadi tədbirlər sistemidir [2, s.114-118].
Müasir qloballaşma prosesi sosial siyasətin yeni mahiyyət kəsb etməsinə
və standart proqramlar əsasında həyata keçirilməsinə, o cümlədən müxtəlif
ölkələrdə sosial siyasətlə bağlı oxşar islahatların aparılmasına səbəb olmuşdur.
Beynəlxalq, milli və submilli sosial siyasətlər ölkələrin yoxsulluq əleyhinə qlobal
fikir birliyinə gələrək inkişaf edən sosial birliyin dəyişməsinə təsir etməkdədir
[4, s.61].
1. Dövlətin sosial siyasətinin əsas istiqamətləri
Sosial siyasi fəaliyyətin əsas məsələləri yalnız insanların həyat şəraitinin
deyil, həm də sosial keyfiyyətlərin - əməksevərlik, nizam-intizam, sosial
məsuliyyət, ictimai fəallıq, mənəvi dəyərlər, həmçinin bu keyfiyyətlər əsasında
insanların həyat tərzinin təkmilləşdirilməsi kimi müəyyənləşdirilib. Bu mənada
hökumətin əsas məqsədi əhalinin həyat şəraitinin yaxşılaşdırılması və sosial
qeyri-bərabərliyin azaldılması, sosial nemətlərin hər kəs tərəfindən əldə
edilməsi, keyfiyyətli təhsil, səhiyyə və sosial xidmətlərin təmin edilməsi kimi
müəyyənləşdirilir [28, s.74-82]. Gələcək üçün daha zəruri olan insan ehtiyatlarını
istifadə edən, unikal və çətin istehsal olunan ehtiyatların aşkar edilməsi və
qorunub saxlanılması texnologiyalarını axtaran sosial institutların dəstəklənməsi
müasir dövlətlərin yürütdüyü sosial siyasətin əsas vəzifələrindən hesab olunur.
Bu zaman ilk növbədə təhsil və elm institutlarının inkişafı nəzərdə tutulur. Uğurlu
sosial siyasət ölkənin gələcək inkişafına şərait yaradılmasına yönəlir [15, s.39-
42]. Sosial siyasəti dövlətin sosial institutlarının və cəmiyyətdəki sosial-iqtisadi
və sosial-siyasi münasibətlərin sosial subyektlərinin tənzimlənməsi mexanizmi
kimi nəzərdən keçirmək olar. Belə ki, sosial siyasət uyğun institutun maliyyə və
ictimai potensialını istifadə etməklə dövlət və digər siyasi və sosial institutların
cəmiyyətin sosial sahələrinin inkişafına, insanların həyat şəraitinin, tərzinin
və keyfiyyətinin təkmilləşdirilməsinə, onların həyat tələbatlarının müəyyən
bir hissəsinin təmin edilməsinə, onlara zəruri sosial dəstəyin göstərilməsinə,
vətəndaşların sosial təhlükəsizlik, yardım və müdafiə ilə təmin edilməsinə