Say 1 (12) • 2015 |
STRATEJİ TƏHLİL
113
də az əhəmiyyət daşımır. ABŞ və Avropa İt-
tifaqı regiondakı postsovet respublikalarını
tədricən Rusiyanın təsir dairəsindən tam çıx-
ması məqsədi ilə müxtəlif siyasi (Aİ-nin Şərqə
doğru genişlənməsi - Şərq tərəfdaşlığı, Asso-
siativ üzvlük, “Qara Dəniz Sinergiyası”), iqti-
sadi (Rusiyanın təsir dairəsindən kənar neft
və qaz istehsalı konsersumları və kəmərlər)
və hərbi (NATO-nun genişlənmə cəhdləri)
layihələr təqdim edir, regional dövlətlərin
yaratdığı siyasi birlikləri (GUAM, QDİƏT)
dəstəkləyir. Təhlükəsizlik məsələlərində
ABŞ müstəqillik qazanmış respublika-
ların hərbi kadr potensialının artırılması
məqsədi ilə onlara müxtəlif texniki yardım-
lar göstərir. Bu işdə ABŞ Türkiyə və Rumıniya
ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilərin
Qara dənizdə üzməsi intensivləşir. Mon-tre
razılaşmasına əsasən, Qara dənizdə qeyri-
hövzə dövlətlərinə məxsus hərbi gəmilərin
müddətlə olması zərurətinə baxmayaraq,
xüsusilə regionda konflikt vəziyyətləri yaran-
dıqda ABŞ-a məxsus hərbi gəmilər bu sulara
daxil olur. Bu hal 2014-cü ildə Ukrayna böh-
ranı zamanı müşahidə olundu. ABŞ Xəzər hövzəsi dövlətlərində də HDQ-lərin
gücləndirilməsi məqsədi ilə müəyyən texniki yardımlar göstərmişdir.
2002-ci ildə Prezident Corc Buş tərəfindən təqdim olunan strategiyaya
əsasən, Qara dəniz və Xəzər regionu ABŞ üçün həyati əhəmiyyət kəsb edən re-
gion elan edildi. Burada regionun təkcə enerji ehtiyatları deyil, həm də Pakistan,
Hindistan və Cənub-Şərqi Asiyanın inkişafda olan bazarlarına doğru yolda əsas
məntəqə kimi strateji əhəmiyyəti göstərilirdi [9].
6. Türkiyə
Regionda Rusiyadan sonra tarixi uzun illəri əhatə edən siyasi, hərbi və iq-
tisadi əlaqələrə malik ölkə kimi Türkiyə bir tərəfdən burada əksər dövlətləri
öz hakimiyyəti altında birləşdirmiş Osmanlı imperiyasının varisi kimi, digər
tərəfdən NATO-nun fəal üzvü, ABŞ və Aİ-nin regionda reallaşdırdığı yanacaq
ehtiyatlarının istehsalı və onların nəqli layihələrində əsas tərfdaş kimi çıxış edir.
Türkiyə aralarında müəyyən problemlərin mövcudluğuna, regional rəqabət
reallıqlarına baxmayaraq, Rusiya ilə də geniş iqtisadi əlaqələrə malikdir.
Türkiyə təhlükəsizlik
baxımından Qara dəniz
hövzəsindəki hərbi
mövcudluğunu inkişaf
etdirir. Regionda hərbi
potensialına görə ikinci
dövlət sayılan Türkiyə Qara
dəniz bölgəsində üç səhra
qoşununa, iki aviasiya
komandanlığına, Hərbi
Dəniz Qüvvələrinin (HDQ)
“Şimal” operativ qrupuna
(bura müxtəlif təfsilatlı 40
hərbi gəmi daxildir) malikdir.
Rusiyanın Abxaziya və Cənubi
Osetiyada hərbi cəhətdən
genişlənməsinə cavab
olaraq Türkiyə Qara dənizin
cənub sahillərində HDQ-
lərinə məxsus bölmələrini
gücləndirməyi planlaşdırır.