Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə39/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   35   36   37   38   39   40   41   42   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
97
rılmayıb. 50 nəfər müxtəlif işgəncələrə məruz qaldıqdan sonra azad edi-
lib. Onlardan 17 nəfəri qadın, 19 nəfəri kişi, 5 nəfəri azyaşlı qız, 8 nəfəri 
azyaşlı oğlan, 1 nəfəri qocadır.
Şabran rayonunun Udulu kəndində yalnız işgəncələrə məruz qaldıq-
dan sonra girovluqdan azad edilmiş Xocalı sakinləri hesab olunan Ahıs-
ka türkləri məskunlaşıblar. Onlar 67 nəfərdən ibarət 17 ailədir. Əsir və 
girovluqdan azad edilmiş Xocalı sakinləri hesab edilən Ahıska türkləri 
Xaçmaz, Saatlı, Sabirabad və digər rayonlarda da məskunlaşıblar. 
Barələrində  onlarla  şahid  ifadəsinin  olmasına  baxmayaraq,  erməni 
cəlladları Xocalı soyqırımı zamanı soydaşlarımızı əsir, girov götürdükləri 
faktını beynəlxalq təşkilatlardan gizlədiblər. Humanitar hüquq norma-
larını pozaraq, onlarla qeyri-insani, amansız rəftar edib, qul kimi işlədib, 
alçaldıb, təhqir ediblər. Ermənilər 2 gün Dəhraz kəndində maldarlıq fer-
masında ac-susuz saxladıqdan sonra 14 nəfər fiziki cəhətdən sağlam 
gənci seçib, naməlum istiqamətə aparıblar.
Yuxarıda adı çəkilən gənclər haqqında faktı girovluqdan azad edil-
miş Xocalı sakinləri - Həsənova Rəfiqə Məmi qızı, Hüseynov Kamil Da-
daş oğlu, Xudayarov Rövşən Adil oğlu, Xudayarov Vəfadar Səlim oğlu 
və digərləri təsdiq ediblər [6, s.19]. Lakin sonradan Ağdam taborunun 
komandiri  Allahverdi  Bağırov  (şəhid  olub)  həmin  gənclərlə  birlikdə 
70  azərbaycanlı  əsirin  Xankəndi  daxili  işlər  idarəsində  saxlanıldıqları-
nı bildirib. Bağırov həmin əsirləri dəyişmək üçün Xankəndi daxili işlər 
idarəsinin rəisi Armen İsaqulovla danışıqlar aparıb, lakin həmin ərəfədə 
şəhid  olduğu  üçün  onların  qaytarılması  baş  tutmayıb.  Sonradan  İsa-
qulov əsirləri İrəvana göndərib [6, s.20]. Həmin vaxtdan əsirlərin taleyi 
naməlum olaraq qalır. 
Qloballaşma və demokratikləşmə dövründə, insan hüquq və azad-
lıqlarının  bərqərar  olması  istiqamətində  davamlı  olaraq  ciddi  işlər 
aparıldığı  bir  zamanda  erməni    terrorçuları  öz  çirkin  əməllərindən  əl 
çəkmədilər.  Xocalı  soyqırımını  həyata  keçirməklə  erməni  cəlladları 
törətdikləri qanlı cinayətlərə görə faşist qəsbkarlarından geri qalmadıq-
larını, hətta onları üstələdiklərini bir daha sübut etdilər. Xocalı faciəsini 
törədən zaman terrorçu Ermənistan dövləti və onun silahlı birləşmələri, 
o cümlədən qeyri-nizami quldur-terrorçu dəstələri heç bir beynəlxalq 
hüquqla hesablaşmayıb. Özlərinin siyasi havadarları, regionda geosiya-
si maraqları olan böyük dövlətlər və onların ikili standartlar siyasəti ilə 
himayə olunan erməni terrorçuları 12 avqust 1949-cu il tarixli Cenevrə 
Konvensiyaları və 1977-ci ildə onlara əlavə olunmuş Protokollar, habelə 
BMT Baş Məclisinin qəddar əməlləri qəti qadağan edən 1946-cı il tarix-
li 97 saylı “Genosid cinayəti” haqqında qətnaməsinə zidd olaraq işğal 
etdikləri Xocalıda misli görünməmiş vəhşilik və qəddarlıqlar törədiblər .
Əli yüzlərlə azərbaycanlının qanına batmış, girov götürdükləri dinc 
əhaliyə,  xocalılara  divan  tutduqlarına  görə  Xocalı  “qəhrəmanları”  Ro-
bert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri sonradan 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
98 
iğalçı dövlətləri tərəfindən “layiqincə mükafatlandırılıblar”. Belə ki, girov 
götürdükləri Xocalı sakinlərinə qarşı işgəncə verməkdə xüsusi qəddarlıq 
nümayiş  etdirmiş  Robert Köçəryan sonradan Ermənistanın prezidenti 
(1998-2008) təyin edildi. Xocalıda əliyalın, köməksiz mülki əhaliyə, az-
yaşlı uşaqlara, qadınlara qarşı törətdiyi vəhşiliklərlə öyünən Serj Sarkis-
yan 2008-ci ildən bu günə kimi Ermənistan Respublikasının prezidenti, 
Seyran Ohanyan isə müdafiə naziridir. 
Müharibə  zamanı  mülki  əhalinin  qorunması  haqqında  12  avqust 
1949-cu  il  tarixli  Cenevrə  Konvensiyasının  II  bölməsinin  17  və  18-ci  
maddələrinə  görə,  yaralılar,  xəstələr,  habelə  hamilə  qadınlar  xüsusi 
himayə və müdafiə olunmalıdırlar [5, s.174]. Xocalı faciəsi zamanı ana 
olmağa hazırlaşan Ələkbərova Səidə Qurban qızı həyat yoldaşı Kərimov 
Firuz Samuran oğlu ilə birlikdə girov götürülüb. Səidənin gözləri qar-
şısında həyat yoldaşını dəhşətli işgəncələrlə öldürüb, ona qarşı psoxo-
loji təzyiq göstəriblər.  Nəticədə onun hələ dünyaya gəlməmiş körpəsi 
erməni girovluğunda tələf olub. Sonradan azad edilən Ələkbərova ha-
zırda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Qızıl 
Qum” sanatoriyasında məskunlaşıb. 
Adı çəkilən konvensiyanın II bölməsinin 14-cü maddəsinə [5,s.173] 
əməl etməyən erməni vandalları Səfərova (Səlimova) Şəhla Bahadur qı-
zını həyat yoldaşı Səfərov Kamal və 5 azyaşlı övladı ilə birlikdə girov 
götürüblər. Ermənilər Şəhlanın gözləri qarşısında atasını və 3 qardaşını 
qəddarlıqla qətlə yetirib, həyat yoldaşına amansız işgəncələr veriblər. 
Girovluqda  qarşılaşdığı  mənəvi-psixoloji  işgəncələr  nəticəsində  azad 
edildikdən  az  sonra  Şəhla  vəfat  edib.  Həyat  yoldaşı  Kamal  isə  ruhi 
xəstəliyə  düçar  olub.  Hazırda    Bakı  şəhəri,  Sabunçu  rayonu,  Pirşağı 
qəsəbəsində yerləşən “Qızıl Qum” sanatoriyasında məskunlaşan ailənin 
5 övladı əzab-əziyyət içində böyüyüb. 
Xocalı sakini, 1959-cu il təvəllüdlü Əzizov Mehman Qüdrət oğlu atası 
Əzizov Qüdrət və qardaşı Əzizov Ariflə birlikdə girov götürülüb. Müəyyən 
vaxtdan sonra atası və qardaşı qaytarılsa da, Mehmanın taleyi məlum 
olmayıb. Sonradan əldə olunan məlumata görə, Mehman Əzizov Xocalı 
işğal olunan zaman 1992-ci ilin fevral ayında girov götürülərək separat-
çı rejimin silahlı  birləşmələrində xidmət edən yüksək rütbəli Neso adlı 
zabitin evində saxlanılmışdır. Erməni faşistləri müharibə zamanı mülki 
əhalinin qorunması haqqında 12 avqust 1949-cu il tarixli Cenevrə Kon-
vensiyasının III bölməsinin I hissəsinin 32-ci  maddəsinə [5, s.182] qar-
şı çıxaraq Mehmanın dilini və cinsiyyət orqanını kəsmiş, sağ böyrəyini 
çıxarmış,  üzünə  və  sağ  çiyninə  dağ  basmışlar.  Bütün  bu  işgəncələrə 
dözməyən Mehman ruhi xəstəliyə düçar olmuşdur. Azərbaycan tərəfə  
bu məlumatı  Dağlıq Qarabağ sakini, milliyyətcə erməni olan, vaxtilə 
Xocalıda  polis  sahə  müvəkkili  işləmiş  Tonyan  Valerik  Mixayloviç  ver-
mişdir. O, müəyyən məbləğdə pul müqabilində Əzizov Mehmanı təhvil 
verəcəyini də vəd etmişdi. Hətta onun girovluqda çəkilmiş şəkillərini də 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə