Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə36/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   32   33   34   35   36   37   38   39   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
91
ilə azərbaycanlılara qarşı  soyqırımı ak-
tını  həyata  keçirdiyi  açıq  şəkildə  görü-
nür.    Xocalı  soyqırımı  zamanı  yüzlərlə 
azərbaycanlı ermənilər tərəfindən girov 
götürülmüşdür. Uşağı olan girov götü-
rülmüş  azərbaycanlılardan  isə  uşaqları 
zorla alınmışdır. Uşaqların zorla bir qrup-
dan alınıb başqa bir qrupa verilməsi  də 
soyqırımı  cinayətinin  obyektiv  cəhətini 
təşkil  edən  əlamətlərdəndir.  Bütün  bu 
əməllər  etnik  azərbaycanlılara  qarşı 
ermənilərin  vaxtilə  yaranmış,  formalaş-
mış düşmənçilik mövqeyinin nəticəsidir 
[2, s.58]. Danılmaz faktdır ki, Ermənistan-
Azərbaycan  müharibəsi  zamanı,  şahid 
ifadələrinə əsasən, girov götürülmüş  21 
uşaq hələ azad edilməmişdir.
XX  əsrdə  baş  vermiş  soyqırımla-
rı araşdırsaq görərik ki,  soyqırım mühiti əsasən müharibə zəminində 
formalaşmışdır  Buna  ən  bariz  nümunə  kimi  1988-ci  ildən  başlamış 
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi  zamanı  1992-ci 
ilin fevralın 25-indən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı ak-
tını göstərə bilərik.   
1992-ci ilin bu qanlı fevral gecəsində Ermənistanın silahlı qüvvələri, 
Azərbaycanın  Dağlıq  Qarabağ  ərazisindəki  erməni  silahlı  dəstələri  və 
keçmiş  SSRİ-nin  Xankəndidə  yerləşən  366-cı  motoatıcı  alayının  şəxsi 
heyətinin  və  texnikasının  bilavasitə  iştirakı  ilə  Xankəndi  ilə  Əsgəran 
arasında yerləşən strateji əhəmiyytə malik Xocalı şəhəri  zəbt edilmiş, 
Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirilmişdir.
Min illərlə formalaşmış milli-mənəvi dəyərlərə, hərb mədəniyyətinə 
və əxlaqına zidd olan, dinc əhaliyə qarşı yönəldilmiş Xocalı soyqırımı 
ötən əsrin sonlarında bəşəriyyətin ən böyük və ən dəhşətli faciəsidir. 
Xocalıda baş verənlər tarix boyu dəhşətlə anılacaq soyqırımı aktıdır. Bu 
faciə erməni millətçilərinin xalqımıza qarşı yeritdikləri etnik təmizləmə 
və soyqırımı siyasətinin qanlı nəticəsidir [3, s. 17].
Xocalı soyqırımı zamanı 9  dekabr 1948-ci il tarixli BMT Baş Məclisinin 
“Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 
Konvensiyasının,  BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli “İn-
san hüquqları haqqında” Bəyannaməsinin, 12 avqust 1949-cu il tarix-
li  Cenevrə    Konvensiyalarının,14  dekabr  1974-cü  ildə  qəbul  olunmuş 
“Hərbi  münaqişələr  və  fövqəladə  hallar  zamanı  qadın  və  uşaqların 
müdafiəsi haqqında” Bəyannamənin, 9 dekabr 1948-ci ildə qəbul olun-
muş  “Soyqırımı  cinayətlərinin  qarşısının  alınması  və  cəzalandırılması 
haqqında”  Konvensiyanın  müvafiq  maddələrinin  kobudcasına  pozul-
XX əsrdə baş vermiş 
soyqırımları araşdırsaq 
görərik ki,  soyqırım mühiti 
əsasən müharibə zəminində 
formalaşmışdır Buna ən 
bariz nümunə kimi 1988-ci 
ildən başlamış Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsi zamanı 1992-ci 
ilin fevralın 25-indən 26-na 
keçən gecə baş vermiş Xocalı 
soyqırımı aktını göstərə bilərik.   


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
92 
ması nəticəsində öz doğma torpaqların-
dan  qovulmuş  azərbaycanlılar  erməni 
terrorçuları  tərəfindən  qarətlərə,  zora-
kılığa, alçaldıcı hərəkətlərə və təhqirlərə 
məruz qalmışlar.  
BMT Baş Məclisinin 10 dekabr 1948-
ci  il  tarixli  “İnsan  hüquqları  haqqında” 
Bəyannaməsinin  aşağıda  qeyd  olunan 
1, 3, 4, 5 və 6-cı maddələri  Xocalı soy-
qırımını  törədən  erməni  quldurlarının 
beynəlxalq hüquqla hesablaşmadıqları-
nı sübut etmək üçün kifayət edir: 
Maddə 1. Bütün insanlar öz ləyaqətləri 
və  hüquqları  etibarilə  azad  və  bərabər 
doğulurlar.  Onlara  ağıl  və  vicdan  bəxş 
edilib  və  onlar  bir-birinə  münasibətdə 
qardaşlıq ruhunda davranmalıdırlar.
Maddə  3.  Hər  bir  insan  yaşamaq, 
azadlıq və şəxsi toxunulmazlıq hüququ-
na malikdir.
Maddə 4. Heç kim kölə vəziyyətində 
və ya asılı vəziyyətdə saxlanılmamalıdır: 
köləliyin və kölə ticarətinin bütün formaları qadağan edilir.
Maddə 5. Heç kim işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun 
ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır.
Maddə 6. Hər bir insan, harada olmasından asılı olmayaraq, özünün 
hüquq subyekti kimi qəbul edilməsi hüququna malikdir [4].
Xocalı, sözün əsl mənasında, beynəlxalq terrorizmin ən dəhşətli qolu 
olan erməni terrorizminin və separatizminin qurbanı oldu. Bu işğalçı-
lıq  siyasətinin  başında  Ermənistan  dövləti,  erməni  silahlı  birləşmələri, 
cinayətkar  qruplar  dayanırdı.  Sonradan  onların  bir  qismi  müəyyən 
illərdə  Ermənistanda  və  işğal  olunmuş  Azərbaycan  torpaqlarında 
müxtəlif vəzifələrə təyin edildilər. Robert Köçəryan, Serj Sarkisyan, Sey-
ran Ohanyan və digərləri bu təyinatın subyektidirlər. 
Xocalı  soyqırımı  ilə  bağlı  aparılmış  əməliyyat-istintaq  araşdırmala-
rı zamanı sübut olunmuşdur ki, şəhərə hücumda həmçinin Ermənistan 
Respublikasının  indiki  müdafiə  naziri  Ohanyan  Seyran  Muşeqoviçin 
komandanlığı altında 366-cı alayın 2-ci taboru, qərargah rəisi Çitçyan 
Valeri İsayeviç və alayda xidmət edən 50-dən çox erməni zabit və giziri 
də iştirak etmişdir. 
Əksəriyyəti qoca, qadın və uşaqlardan ibarət, şəhərdəki hücumdan 
xəbərsiz olan dinc əhalini müdafiə edəcək hərbi qüvvə yox idi. Həmin 
dövrdə SSRİ Quru Qoşunlarının hərbi arsenalına daxil olmuş silahlardan 
istifadə etməklə hər tərəfdən şəhərə aramsız atəş açılmış, gözlənilməz 
Xocalı, sözün əsl mənasında, 
beynəlxalq terrorizmin ən 
dəhşətli qolu olan  erməni 
terrorizminin və separatizminin 
qurbanı oldu. Bu işğalçılıq 
siyasətinin başında Ermənistan 
dövləti, erməni silahlı 
birləşmələri, cinayətkar qruplar 
dayanırdı. Sonradan onların 
bir qismi müəyyən illərdə 
Ermənistanda və işğal olunmuş 
Azərbaycan torpaqlarında 
müxtəlif vəzifələrə təyin 
edildilər. Robert Köçəryan, Serj 
Sarkisyan, Seyran Ohanyan 
və digərləri bu təyinatın 
subyektidirlər. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə