Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə44/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   40   41   42   43   44   45   46   47   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
111
Sevastopol limanına veriləcəyi ehtimalı güc-
lüdür.  Rusiyanın  Fransadan  alacağı  2  ədəd 
“Mistral” helikopter daşıyıcısından da birinin 
Qara  Dəniz  Hərbi  Donanmasına  veriləcəyi 
haqqında  bəzi  ehtimallar  irəli  sürülürdü. 
Rusiyanın  Qara  dəniz  höfzəsində  hərbi  işti-
rakını gücləndirməsinə baxmayaraq, burada 
o güclü rəqiblərlə qarşılaşır. Belə ki, Türkiyə 
Hərbi  Donanması  Qara  dənizdə  ən  böyük 
donanmalardan  biri  sayılır  və  son  illər  ABŞ 
HDQ-ə  məxsus  gəmilərin  buraya  səfərləri 
intensivləşir. Digər tərəfdən Rumıniyada son 
illər NATO-nun dəstəyi ilə öz HDQ-ni inkişaf 
etdirir.    
Rusiya  Xəzərdə  özünü  daha  rahat  hiss 
edir. Burada onun hərbi donanması ən güclü 
sayılır və onunla gələcəkdə rəqabət ehtima-
lı daha çox olan İran ilə bir çox məsələlərdə 
razılaşması daha asandır. Buna baxmayaraq, 
Rusiya son illər Xəzərdə hərbi donanmasını gücləndirir. Rusiyanı Xəzərdə nara-
hat edən əsas məqam burada digər qlobal güclərin iştirakı imkanlarıdır. Xəzərin 
statusu məsələsində də Rusiya təbii ehtiyatlardan istifadədə konsensus varian-
tına üstünlük verir ki,  bu da onun iqtisadi maraqları ilə yanaşı, dolayısı yolla 
digər güclərin iştirakını nəzarətə götürmək cəhdlərindən irəli gəlir. 2014-cü ilin 
sentyabrın 29-da keçirilən Xəzərətrafı dövlətlərin 4-cü sammitində yadda qalan 
əsas məsələ qeyri-region güclərinin hərbi dəniz qüvvələrinin Xəzər akvatoriyası-
na buraxılmaması haqqında ümumi bəyanat oldu. 
Regionda təhlkəsizlik baxımından Rusiyanın əsas təsir obyekti kimi çıxış edən 
bir  faktorun  da  nəzərdən  keçirilməsi  vacibdir.  Bu  da  Rusiya–Ermənistan  hərbi 
əlaqələridir.  Ermənistan  müstəqillik  əldə  etdikdən  sonra  Rusiyadan  tam  asılı 
vəziyyətdədir və regionda onun maraqlarının ifadəçisi kimi çıxış edir. Ermənistanın 
siyasi, iqtisadi və hərbi sahələri Rusiyanın nəzarətindədir. Bu iki dövlət arasın-
da hərbi əlaqələr yüksək səviyyədədir. Hazırda Ermənistan bu regionda yeganə 
dövlətdir ki, onun ərazisində Rusiyanın rəsmi hərbi bazası var. Hərbi əməkdaşlıq 
Ukrayna böhranından sonra daha da fəallaşmışdır. 2014-cü il iyunun 25-də Ru-
siya Federasiya Şurası tərəfindən iki dövlət arasında imzalanmış “Hərbi-texniki 
əməkdaşlıq haqqında” müqavilə ratifikasiya edildi [5],  iyunun 28-də isə Rusi-
ya prezidenti tərəfindən təsdiq olundu. Müqaviləyə əsasən, iki dövlət arasında 
hərbi  məhsulların  dövriyyəsi  müvəkkil  edilmiş  təşkilatlar  tərəfindən  lisenziya-
sız  həyata  keçiriləcək.  Halbuki  Rusiyanın  Federal  Qanununun  5-ci  maddəsinə 
əsasən, xarici ölkə müəssisələri ilə hərbi məhsulların dövriyyəsi lisenziyalaşdırma 
əsasında  həyata  keçirilməlidir.  Ermənistana  münasibətdə  lisenziyalaşdırmanın 
Regionda təhlkəsizlik 
baxımından Rusiyanın əsas 
təsir obyekti kimi çıxış edən 
bir faktorun da nəzərdən 
keçirilməsi vacibdir. Bu da 
Rusiya–Ermənistan hərbi 
əlaqələridir. Ermənistan 
müstəqillik əldə etdikdən 
sonra Rusiyadan tam asılı 
vəziyyətdədir və regionda 
onun maraqlarının 
ifadəçisi kimi çıxış edir. 
Ermənistanın siyasi, iqtisadi 
və hərbi sahələri Rusiyanın 
nəzarətindədir. 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
112 
aradan qaldırılması Rusiya ilə bu ölkə arasında hərbi məhsulların ixrac və idxalını 
daha da sadələşdirir [6].
İki ölkə arasında hərbi əməkdaşlıq uzun tarixə malikdir. 1996-cı ildə imza-
lanmış  müqaviləyə  əsasən,  Ermənistanın  Gümrü  şəhərində  Rusiyanın  102-ci 
hərbi bazası yaradıldı, 2010-cu ildə imzalanmış müqaviləyə əsasən isə bu ba-
zanın mövcudluğu 2044-cü ilə qədər uzadıldı və yaxın dövrdə Rusiyaya məxsus 
bazanın  yerləşdirmə  məntəqələrinin  sayı  21-ə  çatdırılacaq.  2014-cü  ildən  iki 
dövlət arasında MDB-nin hava hücumundan müdafiə sistemlərinin Qafqaz sek-
torunun formalaşması istiqamətində iş gedir. Artıq 102 saylı hərbi bazanın mü-
vafiq hissələri Ermənistan ordusunun HHQ və HHM hissələri ilə birlikdə döyüş 
növbəsini həyata keçirirlər. Gorus yaxınlığında müasir havadan və raketlərdən 
müdafiə sistemləri yerləşdirilmişdir. 2014-ci ildə dərc edilmiş Rusiyanın adi si-
lahlanma  üzrə  rəsmi  hesabatında  göstərilir  ki,  2013-cü  ildə  Ermənistana  35 
tank (ehtimal ki  Т-72БМ), 110 zirehli döyüş maşını (ehtimal ki BMP-2, ya BTR-
80  və  ya  QAZ-2975  «Тигр»  zirehli  avtomobilləri),  50  buraxıcı  qurğu  və  onlar 
üçün 200 ədəd raket (ehtimal ki tanka qarşı (ПТРК) 9К135 «Корнет-ЭМ» raket 
kompleksləri) verilmişdir [7].
2014-cü ildə müştərək hərbi təlimlərin sayı artmışdır. İyul ayında Ermənistanın 
“Kamxud” və “Alagöz” poliqonlarında, Rusiyanın Cənub Hərbi Dairəsinin şəxsi 
heyətinin 70%-nin qatıldığı, minaların tapılması və zərərsizləşdirilməsi üzrə xü-
susi təlimlər keçirilmişdir. Təlimlərdə pilotsuz təyyarələrdən də istifadə olun-
muşdur. 
Rusiya  tərəfindən  Ermənistanın  Hərbi  Sənaye  Kompleksinin  inkişafına  bö-
yük maraq göstərilir. 2013-cü ilin oktyabrında “КамАЗ-Армения” yaradılmışdır. 
“Ульяновский автозавод” və  “Вертолеты России” ilə də hərbi avtomobillərin 
və helikopterlərin yığılması və təmirini həyata keçirəcək müştərək müəssisələrin 
yaradılması nəzərdə tutulur. Sevan şəhəri yaxınlığında Rusiya-Ermənistan dövlət 
rezervi infrastrukturunun (“Армросгосрезерв”) yaradılması planlaşdırılır. 
Ukraynanın  son  zamanlar  Rusiya  ilə  hərbi-texniki  sahədə  əməkdaşlıqdan 
imtina  etməsi  Ermənistan  üçün  əlverişli  şərait  yaradır.  Xüsusilə  Ermənistanın 
yüksək texnologiyalar sənayesi sahəsində ixtisaslaşmış “Mars” və “Yerevan riyazi 
maşınlar” elmi-tədqiqat institutu bu sahədə Rusiyanı maraqlandıra bilər [8]. Bu 
müəssisələr müəyyən yenilənmədən sonra Rusiyanın hərbi, daha dəqiq desək, 
maşınqayırma sahəsində Ukraynada itirdiyi imkanları müəyyən mənada ödəyə 
bilər.
5. ABŞ və Avropa İttifaqı 
ABŞ  bu  regionda  əsas  məsələlərdə  Avropa  İttifaqı  ilə  sıx  əməkdaşlıq 
şəraitində  hərəkət  edir.  Hər  iki  qlobal  gücün  regionda  başlıca  məqsədi  ener-
ji ehtiyatlarına çıxış əldə edilməsi və onların etibarlı ərazilərlə nəqlidir. Bundan 
başqa, regionun strateji cəhətdən olduqca əlverişli coğrafi məkanda yerləşməsi 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə