Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə41/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
101
testimonies.  According  to  those  testimonies,  Armenia  mustanswer  for  the 
committed crimes before the International Criminal Court.
Эсмира Оруджова
Ходжалинский геноцид: пленные, заложники и пропавшие 
без вести
Статья  посвящена  проблеме  пленных,  заложников,  пропавших  без 
вести, как результату армянского терроризма в период одного из самых 
чудовищных  преступлений  ХХ  века  –    Ходжалинского  геноцида.  Автор 
анализирует случаи взятия армянами в плен жителей Ходжалы, проблему 
заложников  и  пропажу  людей  без  вести  на  основании  норм  междуна-
родного гуманитарного права. Случаи нарушения Арменией Женевской 
Конвенции  и  других  гуманитарных  правовых  актов  нашли  фактическое 
подтверждение в результате свидетельских показаний. В заключении от-
мечается, что согласно свидетельским показаниям Армения обязана от-
ветить перед международным судом за совершенные преступления.


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
102 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
103
XARİCİ  SİYASƏT 
BEYNƏLXALQ 
MÜNASİBƏTLƏRİN 
APARICI  MEYİLLƏRİ


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
104 
Qara dəniz 
regionu: 
müasir geosiyasi 
vəziyyət


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
105
Açar sözlər: Qara dəniz regionu, Xəzər regionu, geosiyasət, təhlükəsizlik, 
münaqişə, enerji ehtiyatları, boru kəməri, regional əməkdaşlıq  
Key  words:  The  Black  Sea  region,  the  Caspian  Sea  region,  geopolitics, 
security, conflict, energy resources, pipeline, regional partnership        
  
Ключевые  слова:  Черноморский  регион,  Каспийский  регион, 
геополитика,  безопасность,  конфликт,  энергетические  ресурсы, 
трубопровод, региональное партнерство
 
Qara dəniz 
regionu: 
müasir geosiyasi 
vəziyyət
Nurlan 
ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti 
yanında Strateji Araşdırmalar 
Mərkəzinin məsləhətçi-eksperti
aliyevnurlan13@gmail.com


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
106 
Giriş
Qara dəniz regionunun yerləşdiyi coğrafi ərazi tarixən siyasi, iqtisadi, hərbi 
maraqlardan  irəli  gələn  qarşıdurmalar  və  ya  ümumi  maraqlardan  doğan 
əməkdaşlıq  məkanı  olmuşdur.  XVIII  əsrdən  başlayaraq  tarixin  müxtəlif  fazala-
rında Qara dəniz müxtəif imperiyaların və dövlətlərin, beynəlxalq koalisiya və 
birliklərin (Osmanlı, Rusiya və Böyük Britaniya imperiyaları, SSRİ, Rusiya Fede-
rasiyası, Türkiyə Cümhuriyyəti, ABŞ, Aİ, NATO) bir-birinə zidd təsir və ya maraq 
dairəsində olmuşdur.  Qara dənizin strateji əhəmiyyətinin əmsalı son dövrlər daha 
da artmaqdadır. SSRİ-nin süqutundan sonra Avrasiyada müstəqil dövlətlərin ya-
ranması nəticəsində geosiyasi və iqtisadi baxımdan Qara dəniz regionu ilə Xəzər 
regionu sıx əlaqələndirilməyə başlanılmışdır. Hətta son zamanlar daha çox “Xəzər 
və Qara dəniz regionu” termini işlədilir. Həqiqətən də, müasir dövrdə geosiyasi 
baxımdan bu iki region arasında sərhədlər nisbi xarakter daşıyır. Bu ərazilərdə 
yerləşən dövlətləri istər iqtisadi cəhətdən, istərsə də qlobal güclərin regionda 
maraqları baxımından eyni məsələlər, problemlər əhatə edir. Qara dəniz regionu 
üzrə aparılan bu təhlil zamanı da iki regiona əlaqəli baxış həyata keçirilir. Təhlil 
zamanı müxtəlif informasiya mənbələrindən (siyasi, iqtisadi, hərbi təhlil sahələri 
üzrə ixtisaslaşmış, rus və ingilis dilində mövcud olan resurslardan) istifadə olun-
muş, iqtisadi və hərbi sahələrdə statistik göstəricilər nəzərdən keçirilmişdir.
1. Ümumi mənzərə
Hazırda Qara dəniz və Xəzər regionu həm zəngin təbii ehtiyatlar, həm də 
strateji dəhliz olması baxımından olduqca vacib geosiyasi ərazilər kimi şərtlənir.
SSRİ-nin  süqutundan  sonra  region  dövlətlərinin  iştirakı  və  qlobal  güc 
mərkəzlərinin dəstəyi ilə bir sıra əməkdaşlıq təşkilatları yaradıldı. Bunlardan Qara 
Dəniz  İqtisadi  Əməkdaşlıq  Təşkilatı  (Organization  of  the  Black  Sea  Economic 
Cooperation - BSEC) və “Blackseafor”u göstərmək olar. 1992-ci ildə 11 dövlət 
tərəfindən (1999-cu ildə Serbiyanın təşkilata qoşulması ilə 12 dövlət oldu) yara-
dılan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) başlıca məqsədi re-
gion dövlətləri arasında qarşılıqlı iqtisadi, siyasi əməkdaşlığın inkişaf etdirilməsi 
və  bölgədə  birgə  səylər  nəticəsində  təhlükəsizliyin  qorunmasından  ibarətdir. 
Lakin  yaradıldığı  gündən  təşkilata  daxil  olan  bir  sıra  dövlətlər  arasında  hərbi 
münaqişələr mövcud idi və yaxud sonradan baş verdi. Ermənistan-Azərbaycan 
Dağlıq Qarabağ münaqişəsi, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasın-
da baş vermiş müharibə və 2014-cü ildə başlayan Ukrayna böhranı bu təşkilatda 
əməkdaşlığın inkişafına (xüsusilə təhlükəsizlik üzrə) mənfi təsir edir. Eyni zaman-
da təşkilata üzv olan digər dövlətlər arasında mövcud olan münaqişələr QDİƏT-
in  tam potensialı ilə işləməsinə mane olur. 
2001-ci  ildə  Türkiyənin  təşəbbüsü  ilə  yaradılan  “Blackseafor”  təşkilatına 
6  dövlət  daxildir:  Türkiyə,  Rusiya,  Ukrayna,  Gürcüstan,  Rumıniya  və  Bolqarıs-


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə