Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə49/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   45   46   47   48   49   50   51   52   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
125
yönəlmiş fəaliyyətidir [28, s.74-82].
Göründüyü  kimi,  dövlətin  sosial  siyasəti  bilavasitə  sosial  fəallıq  və  digər 
sosial  institutlarla  bağlıdır.  Sosial  siyasət  yalnız  dövlət  və  onun  institutları 
vasitəsilə deyil, həm də digər subyektlər tərəfindən həyata keçirilir və bu siyasət 
mövcud hüquqi çərçivədə olub, müəyyən mənada dövlətin sosial siyasəti ilə 
üst-üstə düşür [8, s. 8-9].
2. Sosial institutlar sosial siyasətin reallaşdırılması 
vasitəçiləri kimi
Cəmiyyətin elementləri olan sosial institutlar ictimai həyatın təşkilatlanması 
və  tənzimlənməsi  ilə  bağlı  sabit  formalar  kimi  çıxış  edir.  Dövlət,  təhsil,  ailə 
və  digər  institutlar  sosial  münasibətləri  nizamlayır,  insanların  fəaliyyətini  və 
onların  cəmiyyətdəki    davranışlarını  tənzimləyir.  Sosial    institutlar  (insitutum 
- müəssisə, qurum) dəyər-normativlər kompleksi (dəyərlər, qaydalar, normalar, 
təmayüllər,  nümunələr,  müəyyən  vəziyyətlərdə  davranış  standartları)  olub, 
onların cəmiyyət həyatında reallaşmasını və təsdiqini təmin edir [25].  “Sosial 
institutlar” anlayışını ilk dəfə T.Vebleyn 1899-cu ildə nəşr edilmiş “Bekar sinif 
nəzəriyyəsi” adlı elmi araşdırmasında istifadə etmişdir. 
Sosiologiyada sosial institutlar aşağıdakı kimi təsnif edilir:
1.  ailə – nəslin təkrar istehsalı və şəxsiyyətin sosiallaşması;
2.  siyasi institutlar – təhlükəsizlik və ictimai nizama olan tələbat əsasında siyasi 
hakimiyyət yaradılır və dəstəklənir
3.  iqtisadi  institutlar  –  yaşamaq  üçün  vasitələrin  istehsalı  və  əldə  edilməsi, 
nemət və xidmətlərin istehsalı və bölüşdürülməsi prosesini təmin edir;
4.  elm və təhsil institutları – biliklərin əldə edilməsi, ötürülməsi və sosiallaşma 
tələbatı;
5.  dini institut – ruhi problemlərin həlli, həyatın mənasının axtarışı [22].
A.A.İvinə görə, sosial institutlar təşkilatlanmış əlaqələr və sosial normalar 
sistemi olub, özündə cəmiyyətin əsas tələbatlarını ödəyən əhəmiyyətli ictimai 
dəyərləri  və  prosedurları  birləşdirir.  Sosial  institut  tarixən  formalaşan,  sabit 
əxlaq və hüquq normalarında möhkəmlənən ictimai münasibətlər sistemidir. 
Sosial institutlar bu və ya digər tələbatın təmin olunmasına, qoyulan məqsədə 
nail olunacağına inam yaradır. 
Sosial  insitutlar  möhkəmlənmiş  sosial  əlaqələr  sistemi  kimi  çıxış  edir. 
Cəmiyyətin  institutlaşması  xaotik,  qeyri-sabit,  qeyri-təşkilati,  təsadüfi  olana 
qarşı  durur.  Buna  görə  də  o,  məhz  institutlaşmış,  yəni  sosial  həyatın  təsdiq 
olunmuş, müntəzəm amili olub, bütövlükdə şəxsiyyətin və cəmiyyətin həyat 
fəaliyyətini müəyyən edir.    
Sosial institut formal və qeyri-formal normalar, qaydalar və prinsiplərin sabit 
sistemi olub, insan fəaliyyətinin müxtəlif sahələrini tənzimləyir və bu sahələri 
sosial statuslar və rollar sistemində təşkilatlandırır [16; 25].
Bəzi müəlliflər cəmiyyəti sosial sistem, sosial institutları isə bu sistemin alt-
sistemləri kimi müəyyənləşdirlər. Cəmiyyəti sosioetal sistem kimi xarakterizə 
edən Q.İmanov bu sistemin altsistemlərinin özünəməxsus xüsusiyyətlərini əks 
etdirən göstəriciləri aşağıdakı cədvəldə təsnif edir.


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
126 
Sosial sistemin altsistemlərinin göstəriciləri [1, s.7].
Lakin  bəzi  müəlliflərə  görə,  ictimai  həyat  sahələrinə  uyğun  olaraq  sosial 
institutlar da dörd əsas qrupa bölünür:
- iqtisadi institutlar - əmək bölgüsü, bazar, ticarət, əmək haqqı, bank sistemi, 
birja, menecment, marketinq və s.;


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
127
-  siyasi  institutlar  -  dövlət,  ordu,  polis,  parlamentarizm,  prezidentlik, 
monarxiya, məhkəmə, partiya, vətəndaş cəmiyyəti;
- təbəqələşmə və qohumluq - sinif, təbəqələşmə, kasta, cinsi ayrı-seçkilik, irqi 
ayrı-seçkilik, zadəganlıq, sosial təminat, ailə, nikah, analıq, övladlığa götürmə, 
qardaşlıq; 
- mədəniyyət institutu - məktəb, ali məktəb, orta peşə təhsili, teatr, muzeylər, 
klublar, kitabxanalar, kilsələr və s.
Əslində  sosial  institutların  təsnifatı  bununla  bitmir.  Böyük  institutlar 
daha  aşağı  səviyyəli  institutları  özündə  birləşdirə  bilər.  İnstitutlaşma  ictimai 
münasibətlərin  tənzimlənməsi,  dəqiq  qaydalar,  nümunələr  və  mərasimlərə 
əsaslanan  sabit  sosial  qarşılıqlı  təsir  nümunələrinin  formalaşması  prosesidir.  
Məsələn,  elmin  institutlaşması  prosesi  elmin  fərdi  fəaliyyətdən  dərəcələr, 
elmi  dərəcələr,  tədqiqat  institutları,  akademiyalar  və  s.  ibarət    münasibətlər 
sisteminə çevrilməsidir [25].
Hər bir sosial institut aşağıdakı xüsusiyyətlərə malikdir:
1.  davranış  qaydaları  və  nümunələrinə,  hüquqlar,  vəzifələr  və  məsuliyyətlər 
bölgüsünə, həmçinin  dəyərlər və məqsədlər toplusu olan statuslu rollar 
bölgüsünə;   
2.  simvolik mədəni əlamətlərə, yəni mövcud münasibətlər sisteminin məcazi 
ifadəsinə;
3.  faydalı  mədəni  əlamətlərə,  yəni  insanlar  tərəfindən  onların  həyatı  üçün 
zəruri olan tələbatlarının və həmçinin institutların normal funksiyalaşmasının 
təmin edilməsi məqsədilə yaradılmış süni yaşayış mühitinə; 
4.  şifahi və yazılı davranış qaydaları, normaları  kodeksinə, həmçinin onların 
yerinə yetirilməməsilə bağlı cəza tədbirlərinə;
5.  ideologiyaya,  yaxud  insanların  və  bütövlükdə  institutun  fəaliyyətini 
xarakterizə edən hakim baxışlar, nəzəriyyələr sisteminə [16; 25].
Sosial institutların strukturu aşağıdakıları yaradır:
-   qrupların,  şəxsiyyətlərin  tələbatlarını  təmin  edən  sosial  qruplar  və  sosial 
təşkilatlar;
-   davranış  normaları,  nümunələri  və  sosial  dəyərlər  sistemi  ilə  bağlı 
tələbatların təmin olunması;
-   iqtisadi fəaliyyət sahəsi ilə bağlı münasibətləri tənzimləyən simvollar sistemi 
(ticarət markası, bayraq, brend və s.);
-   sosial institutların ideoloji əsasları;
-   institutun fəaliyyətində istifadə edilən sosial ehtiyatlar.
Sosial institutları müəyyənləşdirmək üçün aşağıdakı əlamətlər müəyyən edilir:
-   cəmiyyətin bu və ya digər tələbatlarının təmin edilməsinə yönələn müəssisə, 
sosial qruplar toplusu;
-   mədəni nümunələr, normalar, dəyərlər, simvollar sistemi;
-   bu norma və nümunələrə uyğun davranış sistemi;
-   məsələlərin həlli üçün zəruri olan maddi və insan ehtiyatları;
-   ictimai qəbul edilmiş missiya, məqsəd, ideologiya [25]. 
Geniş mənada sosial institut  insanların tələbatlarını təmin etmək üçün onları 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə