STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
128
təşkilatlandıran dəyərlər, normalar və əlaqələr sistemi kimi izah edilir. Sosial
institutlar tarixi mənşəyə malik olub, daima dəyişməyə və inkişafa məruz qalır.
Onların formalaşması institutlaşma adlanır. İnstitutlaşma sosial normaların,
əlaqələrin, statusların və rolların müəyyənləşməsi və möhkəmlənməsi, onların
sistemləşdirilməsi prosesi olub, bir sıra ictimai tələbatların təmin edilməsinə
yönəlir. Bu proses bir neçə mərhələdən ibarətdir:
1. yalnız birgə fəaliyyət nəticəsində təmin edilə bilən tələbatların meydana
çıxması;
2. mövcud tələbatların təmin edilməsi ilə bağlı qarşılıqlı fəaliyyəti tənzimləyən
norma və qaydaların yaranması;
3. mövcud norma və qaydaların qəbul edilməsi və praktikada reallaşdırılması;
4. institutun bütün üzvlərini əhatə edən statuslar və rollar sisteminin yaranması [22].
Sosial institutlar aşağıdakı funksiyaları yerinə yetirir:
1.
təkrar istehsal – ictimai münasibətlərin möhkəmlənməsi və təkrar istehsalı,
fəaliyyət nizamının və
çərçivələrinin təmin edilməsi;
2.
tənzimləyici – davranış nümunələri hazırlamaqla cəmiyyət üzvləri arasındakı
qarşılıqlı
münasibətlərin tənzimlənməsi;
3.
sosiallaşma –
sosial təcrübənin ötürülməsi;
4.
inteqrativ – institusional normalar, qaydalar, qərarlar və rollar sisteminin
təsiri ilə qrup üzvlərinin toplanması, qarşılıqlı
əlaqəsi və məsuliyyəti;
5.
kommunikativ – institut daxilində və xarici mühitdə informasiyanın yayılması,
digər institutlarla qarşılıqlı əlaqənin saxlanılması;
6.
avtomatlaşma – müstəqilliyə cəhd.
İnstitutların yerinə yetirdiyi funksiyalar açıq və gizli ola bilər.
İnstitutun gizli funksiyaları cəmiyyətə elan ediləndən daha çox
xeyir gətiriləcəyi haqqında məlumat verir. Sosial institutlar cəmiyyətdə
sosial idarəetmə və sosial nəzarət funksiyalarını yerinə yetirir, cəza və
mükafatlandırma sistemi vasitəsilə birlik üzvlərinin davranışını idarə edir.
Sanksiyalar sisteminin yaranması institutlaşmanın əsas şərti hesab edilir.
Belə ki, cəzalar vəzifə borclarının qeyri-dəqiq, düzgün olmadan yerinə
yetirilməsinin qarşısını alır. Pozitiv sanksiyalar (minnətdarlıq, maddi kömək,
əlverişli şəraitin yaranması) düzgün və təşəbbüskar davranışın dəstəklənməsi
və stimullaşdırılmasına yönəlir. Beləliklə, sosial institut qarşılıqlı razılaşma
əsasında formalaşmış davranış standartları sistemi vasitəsilə sosial fəaliyyətin
və sosial münasibətlərin istiqamətini müəyyən edir [22].
İnstitutlaşmış sosial əlaqələr formal və qeyri-formal ola bilər.
Sosial əlaqələrin institutlaşması aşağıdakılar əsasında mümkündür:
1. Xüsusi reqlamentləşdirmə tipi (sosial nəzarət, sanksiyalar əsasında).
2. İnstitutlaşmış qarşılıqlı fəaliyyət iştirakçılarının funksiyalarının, hüquqlarının
və məsuliyyətlərinin dəqiq müəyyənləşdirilməsi.
3. Sosial institutların böyük əksəriyyətinin müntəzəmliliyi və özünü
yeniləşdirməsi institutun fəaliyyətinə qoşulanlara qarşı olan tələblərin
şəxssizləşməsini təmin edir.
Say 1 (12) • 2015 |
STRATEJİ TƏHLİL
129
4. Müəyyən vəzifələr dairəsinin yerinə yetirilməsi əmək bölgüsünə və
funksiyaların yerinə yetirilməsinin təkmilləşməsinə gətirib çıxarır.
5. Öz funksiyalarını yerinə yetirməsi üçün institut müəssisəyə malik olur və bu
və ya digər institutun fəaliyyəti həmin müəssisə çərçivəsində təşkil edilir,
onun fəaliyyətinin idarə edilməsi və nəzarəti həyata keçirilir. Hər bir institut
zəruri vasitə və ehtiyatlara malik olmalıdır [16; 25].
Sosial institutlar müxtəlif istiqamətli tələbatların təmin edilməsinə yönəlir.
Məsələn, cəmiyyətin təhlükəsizliklə bağlı tələbatları müdafiə institutu
tərəfindən həyata keçirilir. Hər bir institut bir neçə tələbatı yerinə yetirə bilər
(kilsə bilavasitə dini, əxlaqi, mədəni tələbatları təmin edir), yaxud eyni bir
tələbat müxtəlif institutlar tərəfindən təmin edilə bilər (mənəvi tələbatlar
incəsənət, elm, din və s. bağlı tələbatları ödəyə bilər). Tələbatların təmin
edilməsi prosesi (məsələn, əmtəənin istehlakı) institusional olaraq tənzimlənə
bilər [25].
İctimai mahiyyətli funksiyaları yerinə yetirən sosial institutlar, adətən,
nisbi sabit sosial əlaqələr və münasibətlərə nail olunmasını təmin edir, lakin
sosial institutlar tərəfindən təmin edilməyən sosial tələbatlar yeni qüvvə və
tənzimlənməyən fəaliyyət formalarının yaranmasına gətirib çıxarır. Təcrübədə
belə bir vəziyyətdən çıxmaq üçün aşağıdakı yollardan istifadə edilir:
1. köhnə sosial institutların
yenidən yönəldilməsi;
2. yeni sosial institutların yaradılması;
3. ictimai şüurun yönəldilməsi [22].
Onu da qeyd etmək lazımdır ki, sosial institutlar üzərində qurulan cəmiyyətin
inkişafı prosesində bəzi norma və dəyərlər aradan çıxır, bəziləri isə yeni formada
təzahür edir, yaxud yeni norma və dəyərlər sistemi müəyyənləşir [25].
Sosial institutlar sosial mühiti strukturlaşdırır. Dövlətin sosial siyasətinin
uğuru məhz sosial institutların mövcud qanunvericilik çərçivəsində həyata
keçirilən məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Dövlətin sosial siyasətində əsas
məqsədlərdən biri sosial-peşə və sosial ərazi qrupları ilə münasibətlərin
saxlanılması, həmçinin əhalinin rifah halının, yaşayış səviyyəsinin yüksəldilməsi,
sosial zəmanətin təmin edilməsidir [17].
Sosial siyasətin reallaşdırılması istiqamətləri aşağıdakılar kimi müəyyən
edilir:
1. Əhalinin gəlir siyasəti (həyat səviyyəsi, rifah halı, yaşayış minimumu, istehlak
zənbili).
2. Əmək və əmək münasibətləri sahəsi ilə bağlı siyasət (əməyin ödənilməsi,
əməyin
müdafiəsi, sığorta, məşğulluq).
3. Sosial dəstək və müdafiə (təqaüd təminatı, sosial xidmət, sosial təzminat,
əmək qabiliyyəti olmayanların, aztəminatlıların və s. müdafiəsi).
4. Sosial sahələrin inkişafı (səhiyyə, təhsil, elm, mədəniyyət, bədən tərbiyəsi,
idman və s.).
5. Sosial-ekoloji siyasət.
6. İnfrastrukturla bağlı siyasət (nəqliyyat, yollar, əlaqələr, ticarət və məişət
xidməti və s.).