Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə51/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   47   48   49   50   51   52   53   54   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
130 
7.  Miqrasiya  siyasəti  (məcburi  köçkünlük,  xarici  əmək  miqrasiyası,  xaricdə 
həmvətənlərin hüquqlarının müdafiəsi və s.).
8.  Əhalinin müxtəlif kateqoriyaları ilə bağlı siyasət (ailə siyasəti, uşaq siyasəti, 
gənclər siyasəti, hərbi xidmətlə bağlı siyasət və s.) [28, s.74-82]. 
  Sosial siyasətin bir neçə aspektini fərqləndirirlər:
-  sosial strukturun yaradılmasında dövlətin rolunun müəyyənləşdirilməsi;
-  sosial  proqramın  reallaşdırılmasında  biznesin  iştirak  səviyyəsinin 
müəyyənləşdirilməsi;
-  biznesin sosial məsuliyyət səviyyəsinin müəyyənləşdirilməsi.
Beləliklə, sosial siyasət sosial institutların fəaliyyətini müəyyənləşdirdiyi kimi, 
sosial institutlar da sosial siyasətin həyata keçirilməsini təmin edir. İnstitusional 
mühit nə qədər səmərəli olarsa, sosial siyasət də bir o qədər səmərəli həyata 
keçirilər [17].
Sosial siyasət vasitəsilə hakimiyyət bazar institutlarını və sosial institutları 
tənzimləyir və təchiz edir. Sosial siyasəti çox zaman təhsil, səhiyyə, məşğulluq 
və sosial təminat kimi sosial xidmətlərlə eyniləşdirirlər. Lakin sosial siyasət həm 
də bölüşdürmə, vətəndaşların müdafiəsi və sosial ədalət məsələlərini özündə 
birləşdirir. Sosial siyasət vətəndaşların siyasi kursun seçilməsində fəal iştirakına 
cəhd edir və onlara sosial birlik və sosial sabitliyin asılı olduğu bölmələrdə öz 
ehtiyacları haqqında məlumat verməklə siyasi kursun seçilməsinə təsir etməyə 
şərait  yaradır.  Hökumətlər  vətəndaşların  siyasi  dəstəyinə  və  iqtisadiyyatda 
müsbət  nəticələrə  nail  olmaq  üçün  sosial  siyasətdə  insan  kapitalının  və 
məhsuldar məşğulluğun genişləndirilməsindən istifadə edirlər. Ölkə həyatının 
bütün sahələrini əhatə edən sosial siyasət insan amili və iqtisadi inkişafı ideal 
şəkildə  özündə  birləşdirə  bilər,  bu  isə  ölkədə  tələbi  artıra  və  sabit  bütöv 
cəmiyyət yarada bilər [18, s.7]. 
Sosial institutların da əsas məqsədi cəmiyyətin inkişafı gedişində sabitliyin 
əldə  edilməsi  ilə  bağlıdır.  Buna  uyğun  olaraq  sosial  institutların  aşağıdakı 
funksiyalarını  fərqləndirirlər:
- cəmiyyətin tələbatlarının təmin edilməsi;
- sosial proseslərin tənzimlənməsi [25].
Bu  mənada  sosial  institutlar  sosial  nəzarəti  həyata  keçirir,  bu  yalnız 
insanların  davranışına  nəzarət  deyil,  həm  də  cəmiyyət  üzvlərinə  konkret 
fəaliyyət formalarının qəbul etdirilməsi ilə bağlıdır. İnstitusional təcrübə insan 
fəaliyyətinin məhdudlaşdırılması və onun sabitləşdirilməsinə xidmət edir [19, 
s.128-133].
Dövlət siyasətinin həyata keçirilməsi mühiti və aləti kimi çıxış edən sosial 
institutlar cəmiyyətin ayrı-ayrı sosial sahələrinin perspektivli inkişafına şərait 
yaradır. 
Nəticə
Cəmiyyət  qanunvericilik  yolu  ilə  insan  həyatı  və  ailə  üçün  zəruri  olan 
minimum nemətlərə zəmanət verir. Bu minimumun səviyyəsi zaman və ölkəyə 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
131
görə  dəyişir.  Bu,  hər  hansı  bir  ölkənin  özünəməxsus  xüsusiyyətləri  -  ərazi, 
iqlim, əhalinin sayı, ictimai sistemin xüsusiyyəti, ideologiya və hakim qrupların 
praktiki fəaliyyəti, siyasi vəziyyət, iqtisadi inkişaf səviyyəsi, milli xüsusiyyətlər, 
davranışla  bağlı  mövcud  mədəni  stereotiplər  əsasında  müəyyənləşir.  Sosial 
siyasət  əhalinin  pul  gəlirlərinə,  həmçinin  nemət  və  xidmətlərin  lazımi  sayda 
istehsalına, əhalinin tələbatlarının həcmi və strukturuna təsir göstərir. Aparıcı 
istiqamətlər  əmək  haqqının,  gəlirlərin,  məşğulluğun  tənzimlənməsi,  işçilərin 
əmək keyfiyyətlərinin yüksəldilməsi, sağlamlıq, mədəni və təhsil səviyyələrinin 
dəstəklənməsi, sosial infrastrukturun inkişafı, sosial təminatla bağlıdır. Sosial 
siyasətin  reallaşdığı  institusional  mühitin  səmərəliliyini  müəyyən  edən 
kəmiyyət  göstəriciləri  bilavasitə  iqtisadiyyat,  siyasət,  mədəniyyət,  səhiyyə 
mühitilə bağlıdır. Məlum olduğu kimi, iqtisadi vəziyyət məşğulluq və işsizlik 
məsələlərinə böyük təsir göstərir. Sosial iqtisadi siyasət iş yerlərinin yaradılması 
yolu ilə həyata keçirildiyi halda işçi qüvvənin təklifinə uyğun olar və bu zaman 
əmək bazarı daha yaxşı funksiyalaşar, işsizlik azalar [17].
Bəzi  müəlliflər  dövlətin  sosial  siyasətinin  aşağıdakı  aparıcı  istiqamətlərini 
fərqləndirirlər:
-  gənclərlə bağlı sosial siyasət;
-  veteranlarla bağlı sosial siyasət;
-  yaşlı adamlarla bağlı sosial siyasət;
-  analıq və uşaqlarla bağlı sosial siyasət;
-  əlillərə münasibətdə sosial siyasət;
-  əhalinin sağlam həyat tərzi ilə bağlı biliklərinin formalaşdırılması;
-  əhalinin mədəniyyətinin və təhsil səviyyəsinin inkişaf etdirilməsi;
-  sahibkarlar  və  innovasion  yönümlü  mütəxəssislər  üçün  inzibati 
məhdudiyyətlərin azaldılması.
Son  illərdə  sosial-iqtisadi  inkişafın  əsas  vəzifələrindən  biri  regionların 
rolunun  genişləndirilməsi  hesab  edilir.  Əhalinin  sosial  vəziyyəti,  dövlətə  və 
onun  institutlarına  inam  bilavasitə  yerlərdə  dövlət  orqanlarının  səmərəli 
funksiyalaşması  ilə  bağlıdır.  Regionların  sosial-iqtisadi  vəziyyətinin 
yaxşılaşdırılması  məqsədilə  sərmayə  qoyuluşu  fəaliyyətinin  genişləndirilməsi 
zəruridir. Sərmayələrin cəlb edilməsi üçün ölkədə və regionda əlverişli şəraitin 
yaradılması  tələb  olunur.  Bu  prosesdə  dövlətin  fəaliyyəti  iqtisadi,  siyasi  və 
sosial xüsusiyyətli ölçülərin götürülməsi ilə bağlıdır [17].


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
132 
İstifadə edilmiş ədəbiyyat:
1.  İmanov Q., Əkpərov R. Sosial sistemlərin keyfiyyətinin qiymətləndirilməsinin qeyri-
səlis modelləri. Sosial sistemlərin modelləşdirilməsi. LAP LAMBERT Academic Pub-
lishing, Saarbrücken, Deutschland, 2013, -60s.
2.  Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: “Elm”, 2006, -509s.
3.  Meryem Koray. Sosyal  politikanın anlamı ve işlevini tartışmak // Çalışma ve Toplum, 
2007/4, s.19-55
4.  Jane Jenson “Diffusing Ideas for After Neoliberalism. The Social Investment Pers-
pective  in  Europe  and  Latin  America”.    2010,  Global  Social  Policy.  Published  by 
SAGE, http://www.sagepublications.com
5.  John Baldock “Social policy, social welfare,and the welfare state”. “The origins, cha-
racter, and politics of modern social welfare systems”. p. 8-20, www.oxfordtextbo-
oks.co.uk/orc/baldock4e/.
6.  Ortiz, Isabel. Social Policy. Unatied Nations.  DEPARTMENT FOR ECONOMIC AND 
SOCIAL AFFAIRS (UNDESA). 2007, -69p.
7.  Richard M. Titmuss “Welfare States: Construction, Deconstruction, Reconstruction 
I”, 1974,- 236p.
8.  Ахинов Г.А., Калашников С.В. Социальная политика. Теория и практика. Москва, 
2008,  -342c.
9.  Бастина А.Ю., Ахмеева В.И. Направления и приоритеты социальной политики 
в россии на современном этапе. IV Международная студенческая электронная 
научная конференция. «Студенческий научный форум». 15 февраля – 31 марта 
2012 года,  -215c.
10.  Волгин Н.А. Социальная политика. Москва:  Изд. “Экзамен”, 2003, -736c.
11.   Гонтмахер  Е.Ш.  Принципы  и  основные  элементы  социальной  стратегии  // 
Территориальные проблемы социальной политики. - М., 2008, c.16-18.
12.   Гринберг,  Р.  О  социальной  политике  современной  России  /  Р.  Гринберг, 
А.Рубинштейн // Экономические стратегии. – 2004, № 1, c. 64–67.
13.   Григорьева  И.А.  Модели  социальной  политики  в  современном  обществе: 
одна, две или больше?//Управленческое консультирование.1998, №1, c.24-36
14.   Дина  О’Брайен.  Краткий  обзор  эволюции  социальной  политики.  //  Центр 
Экономического  Анализа  “Ракурс.  ”Обзоры  литературы  и  статистики,  №  6.2,  
19 ноября 2009г., c.1-2 
15.   Денисов,  П.  В.  Бюджетно-страховой  механизм  регулирования  рынка 
социальных услуг / П. В. Денисов // Экономические науки. – 2009, – № 4, c. 
39–42.
16.   Ивин  А.  А.    Основы  социальной  философии:  Учеб.  пособие  для  вузов/ 
А.А.Ивин.–М.: Высш. шк., 2005, –440с.; Социальные институты. http://www.polit-
logia.narod.ru/s/SANZ_SOC/g-062.htm
17.  Институты реализации социальной политики и услуг на макро и микроуровне. 
©  Электронный  научный  журнал  «Инженерный  вестник  Дона»,  2007–2013.  
http://www.ivdon.ru/magazine/archive/n4p2y2012/1464
18.   Изабель  Ортиз  “Cоциальная  политика.  Организация  Объединeнных  Наций. 
Департамент экономических и социальных вопросов. Нью-Йорк, 2007, -87c.
19.   Кравченко  Ю.В.,  Панкратов  С.А.  Представление  концепции  социального 
конструирования  реальности  в  рамках  институционального  подхода  // 
Социокультурные исследования: Межвуз. сб. науч. тр. / Редкол.: Н. В. Дулина 
(отв. ред.) и др. / Волгоград. гос. техн. ун-т. - Волгоград, 2004, вып. 9, - c.128-133.
20.   Куликов,  В.  Социальная  политика  как  приоритет  и  приоритеты  социальной 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə