Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə40/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   36   37   38   39   40   41   42   43   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
99
təqdim  etmişdi.  V.Tonyan  Mehmanı  7  iyul  2004-cü  ildə  Ermənistanla 
Gürcüstanın  sərhədinə gətirərək, uzaq məsafədən göstərmiş, lakin son 
anda  naməlum  səbəbdən  girovun  qaytarılmasından  imtina  etmişdir. 
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət 
Komissiyasının İşçi Qrupu tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə, 
itkinlərin axtarışı məqsədilə yaradılmış, lakin sonradan etimadı doğrult-
madığı üçün fəaliyyəti dayandırılmış Beynəlxalq İşçi Qrupuna müraciət 
etsə də, Mehmanı qaytarmaq mümkün olmayıb [6, s.220-221].
Ailəliklə  Hüseynov  Hüseyn  İsmayıl  oğlu  (1930),  həyat  yoldaşı  Hü-
seynova Əziz Alış qızı (1956), qızları - Hüseynova Xoşbəxt (1963), Hü-
seynova  Süsən  (1971),  Hüseynova  Nəsibə  (1982)  və  oğlu  Hüseynov 
Zöhrabla (1973) birlikdə girov götürülüb. Sonradan Moskva şəhərində 
Hüseynin  kürəkəni  Əliyev  Vidadi  Şirastan  oğluna  milliyyətcə  erməni 
olan,  Əsgəran  rayonunun    Daşbulaq  kənd  sakini  Şahverənov  Şuqan 
Hüseynovların Daşbulaq kəndində ailəliklə saxlanılıb, təsərrüfat işlərinə 
cəlb  olunduqlarını  bildirib.  Hüseynovların  girov  götürüldükləri  faktını 
hazırda Azərbaycan Respublikasının Şabran rayonunun Udulu kəndində 
məskunlaşmış, girovluqdan azad edilmiş, milliyyətcə Ahıska türkü olan 
Binaliyev Gülalı Binali oğlu və  əsirlikdən azad edilmiş Ucar şəhəri, 28 
May  küçəsi  7-də  yaşayan  Məmmədov  Mayıl  Məhəmmədəli  oğlu  da 
təsdiq ediblər [6, s.295, 308, 309, 311, 313, 315]. Lakin qarşı tərəfin faktı 
inkar etdiyinə görə onları bu günə kimi azad etmək mümkün olmayıb.
 
Nəticə
Xocalıda yalnız dinc əhaliyə deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətlər 
beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırımı kimi tövsif olunur.  
Qeyd  dək  ki,  AMEA-nın  İnsan  Hüquqları  İnstitunun  Ekspert  Şurası 
tərəfindən “Xocalı faciəsi beynəlxalq cinayət olaraq  Ermənistan Respubli-
kasının Azərbaycan xalqına qarşı məqsədyönlü siyasətinin tərkib hissəsidir” 
adlı  sənəd    qəbul  edilmişdir.  Bu  sənəd  Azərbaycan  Respublikasının  Milli 
Məclisinə, Türkiyə, Gürcüstan, Rusiya və digər dövlətlərin parlamentlərinə, 
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı, Avropa Şurasının Baş Direktora-
tı, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan 
Haqları Bürosu,  eləcə də insan haqları üzrə milli və beynəlxalq təşkilatlara, 
xarici ölkələrdəki Azərbaycan diasporu mərkəzlərinə göndərilmişdir [2, s. 
45-46].
Biz Azərbaycan xalqına qarşı cinayət törətmiş konkret insanların gec-
tez ədalət məhkəməsi qarşısında cavab verəcəyinə inanırıq. Bunun üçün 
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən müvafiq 
işlər aparılır və cinayət törətmiş şəxslər barədə müfəssəl məlumatlar top-
lanılmışdır. İstintaq araşdırması zamanı 286 nəfər barədə təqsirləndirilən 
şəxs qismində axtarış elan edilmişdir. Onlardan 31 nəfəri bilavasitə Xocalı 
şəhərində törədilmiş soyqırımı aktına görə təqsirləndirilmişdir.


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
100 
Hesab  edirik  ki,  soyqırımı,  insanlıq  və  bəşəriyyətə  qarşı  cinayətlər 
törətmiş şəxslər cəzasız qalmamalıdır
İstifadə edilmiş ədəbiyyat:
1.  Martin J. Raphael Lemkin and the Invention of “Genocide”, The Journal of Historical
Review, Spring 1981 (Vol. 2, No. 1), pp. 19-34. www.ihr.org/jhr/v02/v02p-19_Martin.html.
2.  Soyqırımı və terror erməni ideologiyasının əsas amilləri kimi. / Beynəlxalq konfransın
tezislər toplusu / AMEA İnsan Hüquqları İnstitutu, Bakı, 2013, -185s.
3.  Novruzoğlu R. Genosid, I cild. Bakı, 2006, -345 s.
4.  BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli İnsan Hüquqları haqqında Bəyannaməsi,
-12 s. http://www.ombudsman.gov.az/view.php?lang=az&menu=91
5.  12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onlara əlavə protokollar. Bakı, 1999,
-391 s./ www.elibrary.az/.../cgiirbis_64.exe?
6.  Orucova E. Bizi əsirlikdən qurtarın. Bakı: “Qismət”, 2006, -678 s.
7.  Quigley  J.  The  genoсide  Convention:  international  law  analysis,  Aldershot,    Ashgate
2006, at pp. 22-23.
8.  Musatafayev R. Erməni terrorçu və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri.
Bakı: “Elm”, 2003, -367s.
9.  Гассер Х.П. Международное Гуманитарное Право. Введение. Москва: МККК, 1995,
-125 с.
10.   Hüseynov L. Beynəlxalq hüquq. Bakı: “Hüquq ədəbiyyatı”, 2000, -408s.
11.  BMT-nin  9  dekabr  1948-ci  il  tarixli  “Genosid  cinayətinin  qarşısının  alınması  və
cəzalandırılması haqqında” Konvensiyası. -6 s.
https://treaties.un.org/doc/Publication/UNTS/Volume%2078/volume-78-I-1021-English.
pdf.
12.  Haaqa Konvensiyasının 1899-cu və 1907-ci il “Müharibə cinayətləri” və “Bəşəriyyətə qarşı
cinayətlər” məcəllələrindən ibarət olan beynəlxalq cinayət Məhkəməsinin Roma Statusu,
-72 s. / http://www.un.org/ru/law/icc/rome_statute(r).pdf.
13.  Müharibə  cinayətkarlarının  və  ya  bəşəriyyətə  qarşı  cinayət  törədənlərin  həbsi,  təqibi
və  ya  ekstradisiyasında  əməkdaşlıq  etmədiyinə  görə  dövlətin  beynəlxalq  hüququn
pozulmasını  şərh  edən  “müharibə  cinayətkarlarının  və  bəşəriyyətə  qarşı  cinayətkar
fərdlərin”cəzalandıılmasını əks etdirən 2840 (XXVI) saylı 18 dekabr 1971-ci il Qətnaməsi.  
http://un.by/documents/humrights/milcrimes/miltx3.html.
Esmira Orujova
Khojaly Genocide: prisoners of war, hostages and missing persons
The article deals with the issue of prisoners of war, hostages and missing 
persons  as  a  result  of  Armenian  terrorism  during  one  of  the  most  heinous 
crimes of the twentieth century - the Khojaly genocide. The author analyzes 
the  problem  on  the  basis  of  international  humanitarian  law.  The  violations 
of  the  Geneva  Convention  and  other  normsof  international  humanitarian 
law  by  the  Armenians  have  beenfound  as  a  result  ofnumerous  eyewitness 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə