Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə42/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   38   39   40   41   42   43   44   45   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
107
tan.  Təşkilatın  əsas  məqsədi  Qara  dəniz  regionu  dövlətlərinin  Hərbi  Dəniz 
Qüvvələri  arasında  əməkdaşlığı  inkişaf  etdirməklə  hövzədə  təhlükəsizliyin 
birgə səylər ilə qorunmasından ibarətdir. Yarandığı vaxtdan bəri bir neçə hərbi 
təlimin  keçirilməsinə  baxmayaraq,  QDİƏT-in    inkişafına  mane  olan  amillər 
“Blackseafor”un da güclənməsinə mənfi təsir edir. Belə ki,  Rusiya və Gürcüstan 
arasında 2008-ci ilin avqustunda baş vermiş  müharibədən sonra rəsmi Tbilisi öz 
hərbi qüvvələrini “Blackseafor”dan geri çağırıb [1]. 2014-cü ildə başlayan Ukray-
na böhranından sonra təşkilatın gələcək fəaliyyəti  suallar doğurur.   
Regionun  geosiyasi  mənzərəsini  daha  aydın  əks  etdirmək,  mövcud  və 
gözlənilən  meyilləri  aydınlaşdırmaq  üçün    bu  mənzərənin  bir-biri  ilə  sıx  bağ-
lı olan ayrı-ayrı hissələrinin - iqtisadi, siyasi, təhlükəsizlik və hərbi aspektlərinin  
təhlili vacibdir. 
2. İqtisadi meyillər – enerji təhlükəsizliyi 
Qara dəniz və onunla sıx bağlı olan Xəzər regionları üçün geosiyasi anlam-
da əsas iqtisadi məqam formasında enerji ehtiyatları və onların nəqli çıxış edir. 
Dünya  iqtisadiyyatında  əsas  təbii  enerji  növü  kimi  qaza  keçilməsindən  son-
ra  regionun  enerji  ehtiyatlarına  və  onun  nəqli  yollarına  beynəlxalq  səviyyədə 
maraqların  artması  enerji  təhlükəsizliyi  ilə  bağlı  qərarlara  qlobal  güclərin 
təsirinin möhkəmlənməsi ilə səciyyələnir. Təbii qazdan istifadə ilə bağlı enerji 
təhlükəsizliyi artıq ancaq region dövlətlərinin suveren qərarları ilə deyil, eyni za-
manda regionda mövcud olan böyük qaz ehtiyatlarında maraqları olan qlobal 
güc  mərkəzlərinin  təsiri  ilə  formalaşır.  Əgər 
XX  əsrin  ortalarında  yanacaq  bazarın-
da  kömürdən  neftə  keçid  iqtisadi  və  siyasi 
sistemlərdə  inqilabi  yeniliklərə  gətirib  çı-
xartdısa, neftdən təbii qaza keçid gələcəkdə 
ekoloji  təmiz  enerjiyə  transformasiya  üçün 
keçid dövrü kimi nəzərdə tutulur. Buna görə 
də təbii qaza keçid indiyədək tarixdə baş ver-
miş ən sürətli faza kimi qiymətləndirilir. Dün-
ya  iqtisadiyyatında  təbii  qaza  sürətli  keçid 
dövrü isə öz növbəsində regionda geosiyasi 
hadisələrin sürətlənməsinə birbaşa təsir edir. 
Təbii  qaz  ehtiyatları,  istehsalı,  nəqli  və 
istifadəsi  Xəzər  və  Qara  dəniz  regionu  ilə 
Aralıq  dənizi  hövzəsini  geosiyasi  maraq-
lar  baxımından  daha  da  yaxınlaşdırır.  Təbii 
qaz  ehtiyatları  ilə  bağlı  enerji  təhlükəsizliyi 
məsələsində məsafə əsas rol oynayır. Xəzər 
regionunda  mövcud  olan  qaz  ehtiyatlarının 
Təbii qaz ehtiyatları, istehsalı, 
nəqli və istifadəsi Xəzər və 
Qara dəniz regionu ilə Aralıq 
dənizi hövzəsini geosiyasi 
maraqlar baxımından daha 
da yaxınlaşdırır. Təbii qaz 
ehtiyatları ilə bağlı enerji 
təhlükəsizliyi məsələsində 
məsafə əsas rol oynayır. Xəzər 
regionunda mövcud olan 
qaz ehtiyatlarının Avropa 
İttifaqı ölkələrinə nəqli Xəzər 
Qara dəniz regionunun 
əhəmiyyətini tranzit ərazilər 
kimi daha da artırır. 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
108 
Avropa İttifaqı (Aİ) ölkələrinə nəqli Xəzər və 
Qara  dəniz  regionunun  əhəmiyyətini  tran-
zit  ərazilər  kimi  daha  da  artırır.  Təbii  qazın 
nəqli məsələsində isə qlobal güclərin möv-
qeyi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Son  illər 
təbii  qazın  sıxılmış  vəziyyətdə  yox,  boru 
kəmərləri vasitəsilə nəqlinə yaranan ehtiyac 
regionda  geosiyasi  vəziyyətin  fəallaşmasına 
səbəb  olur.  Qərbi  Avropaya  uzanacaq  qaz 
kəmərlərinin  tikintisində  Cənubi  Qafqaz 
dövlətləri  (Azərbaycan  və  Gürcüstan)  mü-
hüm  rol  oynayırlar.  Hazırda  bu  region-
da  enerji  təhlükəsizliyi  baxımından  əsas 
təhlükəli  ölkə  kimi  Ukrayna  çıxış  edir.  Uk-
rayna uzun müddətdir ki, Rusiya qazının Aİ-
yə  nəql  olunmasında  əsas  tranzit  ölkə  kimi 
çıxış edir. Rusiyadan Aİ-yə ixrac olunan qa-
zın  təqribən  80%-i  Ukrayna  vasitəsilə  nəql 
olunur.  Bu  vəziyyətdə  hər  hansı  səbəbdən 
qazın  nəqlində  yarana  biləcək  böyük  fasilə 
Aİ-nin enerji təhlükəsizliyinə ciddi zərər vura 
bilər. Gas Infrastructure Europe (GIE) verdiyi 
məlumata  əsasən,  Ukraynada  yerləşən  qaz 
anbarlarının tutumu optimal olaraq 36,1 mil-
yard kubmetrdir. Müqasiyə üçün qeyd edək 
ki, Aİ-nin 30 ölkəsində yerləşən qaz anbarla-
rının ümumi tutumu 75,4 milyard kub metr 
təşkil edir [2]. Məhz bu faktorlar hazırda Ukraynanı Aİ-nin enerji təhlükəsizliyində 
mühüm dövlətə çevirir. Amma “Meydan” hadisələrindən əvvəl də Rusiya və Uk-
rayna arasında qazın tranzit qiymətləri ilə bağlı davam edən sonsuz mübahisələr, 
Ukrayna  böhranı  və  nəhayət,  Rusiyaya  tətbiq  olunan  sanksiyalar  bu  ölkənin 
qazın tranziti ilə bağlı əsas oyunçu kimi qalması Aİ-nin enerji təhlükəsizliyi ilə 
əlaqədar ciddi suallar yaradır. Lakin Aİ-nin son dövrlər Rusiya qazından aslılığın 
azaldılmasına istiqamətlənmiş alternativ təbii qaz kəmərlərinə üstünlük verməsi, 
ABŞ və digər ölkələrdən şist qazının idxalına istiqamətlənən siyasəti, habelə bəzi 
tədqiqatlara əsasən, təbii qazdan alternativ təbii enerjiyə keçidin yaxın 30 ildə 
baş tuta biləcəyi haqqında məlum  proqnozu nəzərə aldıqda yaxın illərdə Uk-
raynanın məhz Rusiya qazının Avropaya tranzitində əsas ölkə kimi qalacağını 
söyləmək olar. Hazırda məhz Rusiya qazının Aİ-yə ixracı üçün ən sərfəli və möv-
cud qaz tranziti infrastrukturuna malik olan dövlət kimi Ukrayna çıxış edir. Ru-
siyanın Ukraynadan yan keçməklə birbaşa (Qara dəniz və Bolqarıstan vasitəsilə) 
Aİ-yə qazın nəqli üçün inşa etmək istədiyi “Cənub axını” layihəsi hazırda dayan-
Regionda iqtisadi baxımdan 
əsas ziddiyyət kimi Xəzərdə 
hasil olunan təbii qazın 
Avropaya nəqli ilə bağlı 
Rusiya və Aİ-nin fərqli 
mövqeləri çıxış edir. Belə 
ki, Aİ ABŞ-ın dəstəyi ilə 
Azərbaycan və Türkmənistana 
məxsus qazın Xəzər dənizi
Azərbaycan, Gürcüstan və 
Türkiyədən keçməklə (Rusiya 
təsirindən kənar) nəqli 
layihəsini (“Cənub dəhlizi”) 
dəstəkləyirsə, Rusiya əvvəllər 
Qara dənizdən keçməklə 
Bolqarıstana (Ukraynadan 
kənar “Cənub axını” layihəsi), 
son zamanlar isə Qara dəniz 
və Türkiyədən keçməklə 
Yunanıstana (“Türk axını” 
layihəsi) qaz nəqlini irəli 
sürür.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə