Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə55/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   51   52   53   54   55   56   57   58   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
140 
fəaliyyətinin əsaslarını müəyyənləşdirmiş oldu, turizm sahəsində münasibətləri 
tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm 
ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə 
etmək  məqsədilə  Ümummilli  Liderin  2002-ci  il  27  avqust  tarixli  Sərəncamı 
ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair 
Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Dövlət Proqramının tələblərinə uyğun 
olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar 
tikilmiş, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuşdur.
4.  İnkişafın  yeni  mərhələsində  milli  turizmin  inkişafı  güclü  
iqtisadi bazaya əsaslanır
İnkişafın  yeni  mərhələsində  sosial-iqtisadi  inkişafın  Azərbaycan  modeli-
nin xarakterik cəhətlərindən biri də qarşıya qoyulan məsələlərin proqramlar 
çərçivəsində mərhələlər üzrə həllinə nail olunması, ayrı-ayrı sahələrin inkişafının 
cari və uzunmüddətli proqramlarla təmin edilməsi siyasətidir. Belə proqramlar 
içərisində  regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş proqram-
lar,  habelə  investisiya  proqramları,  məşğulluq,  təhsil,  səhiyyə,  sosial  təminat 
və s. sahəvi proqramlar insanların sosial rifah halının yüksəldilməsinə birba-
şa ünvanlanmış çox mühüm fəaliyyət kimi qiymətləndirilməlidir. Azərbaycan 
Respublikasının  sosial  siyasətində  turizmin  inkişafı  xüsusi  yer  tutur.  Turizm 
bütün  formalarda,  yəni  həm  daxili,  həm  də  xarici  turizm  sahəsində  əhalinin 
rifah halının yüksəldilməsinə yönələn sosial siyasətdir. Belə ki, turizmin inkişafı 
Azərbaycanın dünyaya tanıdılması, xalqımızın milli-mədəni özünüdərki, təbii 
və mədəni resurslara düşünülmüş, sayğılı münasibəti, regionların inkişafı, yeni 
iş yerlərinin açılması, yeni gəlir sahələrinin əldə edilməsi və s. baxımından xü-
susi əhəmiyyət kəsb edir.  Turizmin inkişafı ilə əlaqədar turizm regionlarında 
infrastrukturun formalaşmasına şərait yaranır, yeni otellər, əyləncə mərkəzləri 
və s. fəaliyyətin reallaşması ilk növbədə bölgələrdə yeni iş yerlərinin açılması-
na, məşğulluq siyasətinin uğurlu həllinə zəmin yaradır. 
2004-cü ildən başlayan və artıq ikinci mərhələsi uğurla davam edən region-
ların sosial-iqtisadi inkişafı dövlət proqramları bütövlükdə ölkəmizin qüdrətinin 
artmasına, o cümlədən Azərbaycan əhalisinin sosial rifahına yönələn və konkret 
nəticələr verən mütərəqqi milli layihələrdir. Məhz bu proqramlar çərçivəsində 
iqtisadiyyatın şaxələnməsi siyasəti təmin edilmiş, qeyri-neft sektorunun inkişafı 
regionların ictimai-sosial həyat səviyyəsini yüksəltmiş, aqrar sahə, emal sahəsi, 
turizm, sanator-kurort işi və bu kimi istiqamətlərin formalaşmasına güclü təkan 
vermişdir. Bu proqramın uğurlu icrası sahəsində ötən il qeyri-neft sektorunda 
artım tempi 10 faizdən çox olmuşdur. Artıq neçə ildir ki, Azərbaycan sosial-
iqtisadi inkişaf səviyyəsinə görə “aşağı gəlirli ölkələr” sırasından “orta gəlirli 
ölkələr” sırasına keçmişdir. Hədəf ondan ibarətdir ki, növbəti 10 ildə - 2013-
2023-cü illərdə Azərbaycan əhalisi yüksək gəlirli ölkəyə çevrilməlidir. Növbəti 
10 il ərzində qarşıya hədəf qoymalıyıq ki, ümumi daxili məhsul 2 dəfə artsın.  
Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində turizm sektoru inten-
siv olaraq inkişaf etmişdir. Ölkədə açılan 1 milyon 300 minə yaxın iş yerinin 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
141
(həmin iş yerlərindən 900 mini  daimi iş ye-
ridir) ümumi tərkibində turizm obyektlərinin 
də əhəmiyyətli rolu vardır. Bu sahə insanla-
rın  məşğulluğunun  genişlənməsinə,  yox-
sulluğun  aşağı  salınmasına,  əhalinin  rifah 
halının  yaxşılaşdırılmasına  xidmət  edir.  Re-
gionların sosial-iqtisadi inkişafı ilə əlaqədar 
icra edilən dövlət proqramları çərçivəsində 
ümumilikdə  turizm  sahəsində  böyük 
nailiyyətlər  əldə  edilmişdir.  Regionlarda 
çoxsaylı  turizm  mərkəzləri  yaradılmışdır. 
Xüsusilə  qeyd  edilməlidir  ki,    3-cü  dövlət 
proqramında  turizmin  inkişafı  ayrıca  ola-
raq  nəzərdə  tutulmuşdur  ki,  bu  da  turizm 
sahəsində  görülən  işlərin  yaxın  5  ildə  öz 
bəhrəsini verməsini təmin edəcəkdir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağ-
lı  uğurla  reallaşdırılan  inkişaf  strategiyası 
kimi sonuncu Dövlət Proqramı artıq özünün 
növbəti  -  üçüncü  mərhələsi  ərəfəsindədir. 
2013-2020-ci illəri əhatə edəcək bu mərhə-
lədə ölkədə turizm infrastrukturunun inkişaf 
etdirilməsi  və  turizm  xidmətlərinin  daha  da 
genişləndirilməsi, regionlarda və Bakıda yeni 
beynəlxalq  standartlara  cavab  verən  meh-
manxanaların, Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi və tarixi 
abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi nəticəsində turizm sekto-
runda 2013-2016-cı illər ərzində orta hesabla 21,9 faiz artım gözlənilir. 
Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan-2020: 
gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş hədəflərin reallaş-
dırılması, xüsusilə də turizm sahəsini əhatə edən irimiqyaslı tədbirlərin həyata 
keçirilməsi nəticəsində regionlarımızın və kəndlərimizin tarazlı və  bununla da 
gələcəkdə Azərbaycanın davamlı inkişafı, eləcə də bölgə əhalisinin və xalqımı-
zın rifahının daha da yaxşılaşması təmin ediləcəkdir. 
 Milli turizm infrastrukturunun dünya standartlarına cavab verən modeli-
nin yaradılması, turizm xidmətlərinin beynəlxalq səviyyəyə uyğun şəkildə təşkil 
edilməsi və  milli kadr korpusunun formalaşdırılması məqsədilə dövlət baş-
çısının  ardıcıl  olaraq  verdiyi  qərar  və  sərəncamların  əhəmiyyəti  ayrıca  qeyd 
edilməlidir.  Heç  şübhəsiz,  ölkəyə  gələn  turistlərin  sayının  artırılması  üçün 
peşəkar və keyfiyyətli kadr potensialının olması olduqca önəmlidir.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il 
tarixli Fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Azərbaycan Respub-
likasının Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yara-
dılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393 
nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə təsdiq 
edilmişdir [bax: 9].  
Azərbaycan Respublikasının 
sosial siyasətində turizmin 
inkişafı xüsusi yer tutur. 
Turizm bütün formalarda, 
yəni həm daxili, həm də xarici 
turizm sahəsində əhalinin 
rifah halının yüksəldilməsinə 
yönələn sosial siyasətdir. 
Belə ki, turizmin inkişafı 
Azərbaycanın dünyaya 
tanıdılması,  xalqımızın milli-
mədəni özünüdərki, təbii və 
mədəni resurslara düşünülmüş 
sayğılı münasibəti, regionların 
inkişafı, yeni iş yerlərinin 
açılması, yeni gəlir sahələrinin 
əldə edilməsi və s. baxımından 
xüsusi əhəmiyyət kəsb edir. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə