Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə26/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   22   23   24   25   26   27   28   29   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
75
resurslar təşkilatının (İRT) bütün işçilərinin riayət etməli olduqları korporativ 
məsuliyyət elementlərini ehtiva edən işgüzar etik siyasətə və davranış norma-
larına bir daha nəzər salınmasını vacib sayırıq.
İRT digər peşə-fəaliyyət təşkilatlarından fərqli olaraq çox incə və həssas da-
yaqlar üzərində qurulur. Burada istənilən bir fərdin qeyri-adekvat hərəkəti bu 
təşkilatın çox çətinliklə və uzun illər ərzində qazanılmış nüfuzuna xələl gətirə 
bilər.  Bu  baxımdan  təşkilatın  bütün  işçiləri  təşkilat  qarşısında  qoyulan  əsas 
siyasəti düzgün dərk etməli, müvafiq qərarlar çıxarmalıdırlar. Məsələn, hüquq-
mühafizə və ya hərbi-müdafiə məqsədlərinə xidmət edən təşkilatlarda dövlətin 
milli maraqlarına aid olan siyasətin pozulması nəticəsində həm təşkilat, həm də 
konkret bir işçiyə qarşı cəza tədbirləri, cərimələr tətbiq oluna, həmin təşkilatın 
ləğv edilməsindən tutmuş konkret işçinin həbs edilməsi tədbirləri həyata keçirilə 
bilər. Bundan başqa, təşkilat sözügedən siyasəti pozan işçilərinə qarşı müvafiq 
intizam tədbirləri görə, o cümlədən onların əmək müqavilələrinə xitam verə bilər.
İRT-də  bu  münasibətlərin  tənzimlənməsi  fərqli  xarakter  daşıya  bilər. 
Ən  yumşaq  cəza  tədbiri  kimi  təşkilatın  siyasətinə  xidmət  etməyən  işçi  mü-
kafatlandırmalardan,  xüsusi  münasibətlərdən  (məsələn,  müəyyən  ekspert 
səlahiyyətlərindən,  elmi  qiymətləndirmə  qurumlarının  fəaliyyətinə  cəlb 
edilməkdən) kənarlaşdırıla bilər. Bir sözlə, korporativ xarakterli bütün təşkilatlar 
sankı  hər  tərəfə  səpələnmiş  böyük  dövlətin  kiçik  zərrəcikləridirlər.  Dövlətin 
funksional parametrləri məhdud formada bu təşkilatlarda öz ifadəsini tapır. 
  İRT  siyasətinin  həyata  keçirilməsi  üçün  münasib  prosedurlar  həmin 
təşkilatın qərarverici orqanı tərəfindən reallaşdırılır (məsələn, elmi şura, eks-
pert şurası, dissertasiya şurası). Onun qərarlarının yerinə yetirilməsi üçün bü-
tün yarımbölmə idarəçiləri (sonradan menecerlər kimi ifadə olunacaq) vaxtaşırı 
olaraq öz əməkdaşları ilə məsləhətləşmələr aparmalı və bu haqda yuxarı ins-
tansiya idarəetmə orqanını xəbərdar etməlidirlər. İRT-lərdə yaranan xidmət və 
məhsullar kollektiv əmək nəticəsində müm-
kün  olduğu  üçün  bu  qurumlarda  hamının 
etik  davranış  normalarına  riayət  etmələri 
öhdəlik kimi qəbul edilməlidir. 
XX əsr İRT-lərin sürətlə inkişaf etdiyi bir 
dövr kimi tarixə düşmüşdür. XXI əsr isə ar-
tıq  İRT-lər  dövrü  də  adlanır.  İRT-nin  möv-
cud  olması  onun  ətraf  mühitinin  dəyişmə 
tezliyindən  asılı  olaraq  idarəetmənin 
ənənəvi  və  mexaniki    vəziyyətdən  daha 
dərinləşdirilmiş, fərdlərin təşkilatdaxili dav-
ranışının dərk olunaraq anlaşılması əsasında 
qurulmasına şərait yaratmışdır. Bu vəziyyət 
son  onilliklərdə  ətraf  mühitin  sürətli 
dəyişkənliyinə  tez  bir  zamanda  adaptasiya 
oluna bilən İRT idarəetmə sistemlərinin ya-
ranmasına gətirib çıxarmışdır.
Uğurlu İRT fəaliyyətlərinin təhlili göstərdi 
XX əsr İRT-lərin sürətlə 
inkişaf etdiyi bir dövr kimi 
tarixə düşmüşdür. XXI əsr 
isə artıq İRT-lər dövrü də 
adlanır. İRT-nin mövcud 
olması onun ətraf mühitinin 
dəyişmə tezliyindən asılı 
olaraq idarəetmənin ənənəvi 
mexaniki  vəziyyətdən daha 
dərinləşdirilmiş, fərdlərin 
təşkilatdaxili davranışının 
dərk olunaraq anlaşılması 
əsasında qurulmasına şərait 
yaratmışdır. 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
76 
ki,  XX  əsrin  80-ci  illərində  formalaşan  sabit  sosial  qurumlar  (o  cümlədən, 
elmi-təcrübi  müəssisələr)  menecmentdə  təşkilat  mədəniyyətinin  vacibliyini 
önə çəkmişlər. Məhz menecerlər, ekspertlər və konsaltinq qruplarının təşkilat 
mədəniyyəti  konsepsiyasından  bəhrələnmələri  indi  hamıya  məlum  olan  bir 
çox iri şirkətlərin qarşılaşdıqları böhranlardan uğurla çıxmalarına və sabit in-
kişafa  malik  olmalarına  səbəb  oldu.  Sözsüz  ki,  təşkilat  mədəniyyətinin  İRT 
nəzəriyyələrinin yaradılması və səmərəli dəyişkənliyi metodologiyasının nəinki 
bizim ölkədə, hətta dünyanın bəzi inkişaf etmiş ölkələrində belə kifayət qədər 
işlənilməməsi səbəbindən bunların bəzilərinin tətbiqi nəticəsində xoşagəlməz, 
neqativ hallar yaranmışdı. 
Məlum olmuşdur ki, bu cür hallara səbəb ilk növbədə mühüm təsir amillərinin 
nəzərə  alınmamasıdır.  Bu  da  öz  növbəsində  təşkilat  mədəniyyətinin  kifayət 
qədər  öyrənilməməsindən  irəli  gəlir.  Həmçinin,  bir  çox  korporativ  təşkilatlar 
təşkilolunma mədəniyyətini sabit və səmərəlilik baxımından mühüm amil kimi 
qiymətləndirsələr də, İRT-lərin çoxspektrliliyi onların qarşılıqlı əlaqələndirilməsi 
və səmərəliliklərinin təmin edilməsində problemlər yaratmışdır. 
Kiçik bir struktur dəyişikliyi həmişə özündə yuxarı səviyyədəki idarəetmə 
mexanizminə təsir edəcək xüsusiyyətə malik olur. Məsələn, hər hansı bir is-
tehsal sahəsinə tətbiq edilən yeni texnoloji avadanlıq həmin avadanlığın istis-
marından tutmuş istehsal olunan məhsulun əmtəə dövriyyəsinə çıxarılmasına 
qədər olan bir prosesi əhatə etməklə bir çox sistemlərin və alt sistemlərin işinin 
qismən korrektə edilməsinə və son məqamda yeni idarəetmə mexanizminin 
yaradılmasına təkan verir. 
İdarəetmə  mexanizmində  baş  verən,  neqativ  bir  təzahür  kimi 
qiymətləndirilən  “zəncirvari reaksiya” prosesini xatırlatsaq, görərik ki, bu hal aşa-
ğı səviyyədəki idarəetmə mexanizmindən tutmuş yuxarı səviyyədəki idarəetmə 
mexanizmlərinin də ahəngdar fəaliyyətinə pis təsir göstərir. Bütün hallarda bu 
qarşılıqlı təsir inkişafda olan uyğunsuzluq və bərabərsizlik təzahürlərini istisna 
etməklə, tam və tutarlı olmalıdır. Əks-halda müəyyən bir sahədə əldə olun-
muş inkişaf effekti digər sahələrdə olan qaçılmaz əks-xarakterli amillərin ya-
ranmasına səbəb ola bilər. Məsələn, yeni texnologiyanın tətbiqi öz növbəsində 
yeni kadr hazırlığı məsələlərini gündəmə gətirir. Bunun  ardınca təhsilin təşkili 
prinsipləri dəyişilməli, mütəxəssis hazırlığı əmək bazarının tələblərinə uyğun 
formada qurulmalıdır. İlk baxışdan idarə edilməsi sadə görünən məktəbəqədər 
təhsil müəssisələrində uşaqların tərbiyə edilməsində yeni metodlarla təlimlərin 
keçirilməsi proseslərinin arxasında böyükhəcmli təşkilati məsələlərin dayandı-
ğını müşahidə etmək olar. Bura həmin müəssisələrdə çalışan mütəxəssislərin 
hazırlığı,  bu  müəssisələrin  potensialı  və  bu  məsələləri  həyata  keçirən  struk-
turların tabeli məsuliyyətliliyinin idarəetmə mexanizminin mürəkkəb xarakterə 
malik olması və intellektual-loqistik məsələlərin nəzərə alınması daxildir. Bu-
nunla yanaşı, hər bir idaretmə mexanizminin muxtariyyətliliyi özündə nisbi, lo-
kal dəyişikliklərə məruz qalmanı ehtiva edir. 
İRT-lərdə idarəetmə fəaliyyətinin səmərəliliyinin artırılması problemi onun 
bütün  sahələrini  əhatə  edən  müəyyən  inzibati-hüquqi  və  digər  tədbirlərin 
həyata keçirilməsini aktuallaşdırır. Bir zamanlar müvafiq direktiv normativlərlə 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə