Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
41
üçüncüsü, müsəlmanların getdikcə dərinləşən sosial-mənəvi tənəzzülü.
Müsəlmanları bu təhlükəli bəlalardan xilas etmək üçün hökumətə və başabəla
millət rəhbərlərinə arxalanmaq əbəsdir. Hökumət “xadimləri”, xüsusilə cənab
Vorontsov-Daşkov canişinliyin kədərli günlərində erməni “Daşnaksütyun” par-
tiyasının bombaları və güllələri qarşısında qorxaqcasına boyun əyərək, həmin
təşkilatın əlində itaətkar bir alətə çevriliblər” [3, s.35-36].
Rusiya imperiyasında baş vermiş 1917-ci il fevral və oktyabr siyasi çevrilişləri
nəticəsində yaranmış böyük çaxnaşmalar fonunda daşnaklar Azərbaycan tor-
paqları hesabına erməni dövlətini yaratmaq niyyəti ilə daha da fəallaşırlar.
Qatı erməni millətçiləri özlərinin bu bədnam və məkrli siyasətlərini həyata
keçirmək üçün Rusiyada və xüsusən də Bakıdakı əlverişli məqam və şəraitin
yarandığını görüb bütün imkanlarını işə salır, dinc azərbaycanlı əhaliyə qar-
şı misli görünməmiş cinayətlər törətməyə başlayırlar. “Bu dövrdə ermənilər
“Böyük Ermənistan” yaratmaq planlarının
reallaşdırılması üçün şəraitin yetişdiyini
hiss edib, əsas qüvvələrini Cənubi Qaf-
qazda həm ərazicə, həm də əhalisinin sa-
yına görə böyük olan Azərbaycana qarşı
yönəltmiş oldular. Çünki onların Türkiyə
ərazisində erməni dövlətini yaratmaq plan-
ları türklər tərəfindən puça çıxarıldıqdan
sonra bütün diqqətlərini Azərbaycan tor-
paqlarına yönəltmişdilər” [1, s.151]. Rusi-
yanın hakim dairələri tərəfindən məqsədli
olaraq hərtərəfli dəstəklənmələri erməniləri
bəd əməllərini törətməkdə daha da
şirnikləndirirdi. Ermənilər təkcə əməli yöndə
deyil, ideoloji istiqamətdə də başda “Daş-
naksütyun”, “Hnçak” kimi siyasi təşkilatları
olmaqla fəallaşmış, özlərinin uydurma ide-
oloji təbliğat maşınlarını var gücləri ilə işə salmışdılar. Belə bir ağır dönəmdə,
təbii ki, Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə meydanına hələ gənc
ikən müsavatçılıq ideologiyasının fəal daşıyıcılarından biri kimi qədəm qoy-
muş M.B.Məmmədzadə də məsləkdaşları kimi rus şovinistləri və “sosialistlər”lə
yanaşı, qatı erməni millətçiləri ilə də mübarizə aparmaq məcburiyyətində idi.
Ermənilər Rusiya və Avropa şəhərlərində müxtəlif vasitələrlə, hətta Bakının
özündə belə rəhbərlik etdikləri “Bakinski raboçi”, “İzvestiya”, “Baku”, “Sosial-de-
mokrat”, “Arev” kimi qəzetlərin səhifələrində təbliğ etdikləri “milli ideya”larına,
törətdikləri cinayətkar əməllərinə haqq qazandırmağa çalışırdılar. Bunların
tam əksinə olaraq, həmin dövrdə Bakıda nəşr olunan “Açıq söz”, “Azərbaycan”,
“Kaspi”, “İstiqlal” və s. qəzetlərdə canlı şahidlərin, vətənpərvər ziyalıların dili
ilə ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri cinayətlər ifşa edilirdi.
Rusiyanın hakim dairələri
tərəfindən məqsədli olaraq
hərtərəfli dəstəklənmələri
erməniləri bəd əməllərini
törətməkdə daha da
şirnikləndirirdi. Ermənilər
təkcə əməli yöndə deyil,
ideoloji istiqamətdə də başda
“Daşnaksütyun”, “Hnçak” kimi
siyasi təşkilatları olmaqla
fəallaşmış, özlərinin uydurma
ideoloji təbliğat maşınlarını
var gücləri ilə işə salmışdılar.
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
42
Həmin ağır hadisələrin belə canlı şahidlərindən biri də M.B.Məmmədzadə
idi. O, bəhs edilən dönəmdə mətbuatda dərc etdirdiyi məqalələrində, eləcə
də sonrakı dövrlərdə qələmə aldığı əsərlərində erməni milli ideologiyasının
mürtəce mahiyyətini, ermənilərin türk-müsəlman azərbaycanlılara qarşı za-
man-zaman törətdikləri soyqırımların antibəşəri xarakterini tutarlı müddəalar
və faktlar əsasında kəskin şəkildə ifşa etmişdir.
Azərbaycan-Türkiyə münasibətlərinə qıs-
qanclıqla yanaşan ermənilərin o dövrdə nəşr
etdikləri “Cağatamart” qəzetində yalan və
şantajla dolu bir yazıya cavab olaraq vaxtilə
Mirzə Bala “İstiqlal” qəzetinin 26 fevral 1920-
ci il tarixli sayında dərc etdirdiyi “Azərbaycan
və Türkiyə” adlı məqaləsində göstərmişdir ki,
“bizi erməni mətbuatının hərəkəti o qədər
də düşündürmür. Zira, erməni komitələrinin
ümumən əleyhimizə bir hərb açmış olduq-
ları deyil, bu bizə və Avropa dairələrinə də
məlum və aşkar bir şeydir. Qarabağ hadisəsi,
Zəngəzur, Şərur, Naxçıvan, İrəvan və Qars
hadisələri hələ də göz önündədir”. Bizim
qarşımızda “Böyük Ermənistan” xülyası, onun
arxasınca erməni vəkillərindən Aqrunya-
nın Azərbaycanı və ümumən Zaqafqaziya-
nı ermənilərin ixtiyarına almaq üçün sülh
konfransına müraciətlərinin surəti durur. Bu xəritələr, bu planlar yalnız bizə deyil,
Avropa siyasətçilərinə, Zaqafqaziyanı ziyarət etmiş Antanta nümayəndələrinə
də bəlli bir şeydir. Erməni siyasi başçılarının bu tələbinin nə qədər həqiqətdən
uzaq bir yalan olduğu dünyaca təsdiq olunmuş bir həqiqət ikən Antanta məsul
dairəsinin son avantüraya inanmağına və hətta rəsmi surətdə müraciət etməyinə
biz təəccübdən başqa bir şey izhar edə bilmərik. Azərbaycan ilə Türkiyə arasında
bir qardaşlıq, bir millətdaşlıq, qandaşlıq bağlılığının mövcud olduğunu inkar edə
bilmərik. Bu bağlılıq dünya durduqca davam edəcəkdir. Zira bu, təbiətin, tari-
xin və türk ümumiliyinin yaratdığı nemətdir. Bu hiss ilə biz türk qardaşlarımızın
son faciəli hallarına yanırıq və möhtərəm Nəsib bəy əfəndinin söylədiyi kimi “biz
türklərin yaşamasını və tərəqqi etməsini arzu edirik. Bizcə, bu, bəşəriyyətə və
mədəniyyətə xidmətdən başqa bir şey deyildir” [5].
Daşnakların nəinki Rusiya daxilində və Qafqazda, habelə xaricdəki
fəaliyyətlərini də daima diqqətdə saxlayan M.B.Məmmədzadə vaxtaşırı onla-
rın törətdikləri soyqırımı, etnik təmizləmə kimi antibəşəri əməlləri ilə yanaşı,
müsəlman türk dünyasına qarşı apardıqları ideoloji mübarizələrinə də mətbuat
vasitəsilə, eləcə də yazdığı bir sıra əsərlərlə tutarlı cavablar vermişdir. Bu ba-
xımdan onun 1927-ci ildə İstanbulda nəşr olunmuş “Ermənilər və İran” adlı
Daşnakların nəinki Rusiya
daxilində və Qafqazda, habelə
xaricdəki fəaliyyətlərini də
daima diqqətdə saxlayan
M.B.Məmmədzadə vaxtaşırı
onların törətdikləri soyqırımı,
etnik təmizləmə kimi antibəşəri
əməlləri ilə yanaşı, müsəlman
türk dünyasına qarşı apardıqları
ideoloji mübarizələrinə də
mətbuat vasitəsilə, eləcə də
yazdığı bir sıra əsərlərlə tutarlı
cavablar vermişdir.