Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
61
Türk Dünyası Araşdırmaları Vəqfinin mütəmadi olaraq nəşrə hazırladığı
əsərlər [8] də maraqlı tədqiqatlar sırasına daxildir. Bu baxımdan tədqiqatçı
Əşrəf Bəngi Özbilən tərəfindən türk dilinə tərcümə edilən “Böyük Pyotr və Os-
manlı imperatorluğu” adlı tədqiqat işi Rusiyanın Osmanlı imperiyası haqqın-
da siyasətinin qaranlıq məqamlarına aydınlıq gətirir. Əsər doqquz bölmədə
verilməklə, əsasən, I Pyotrun hakimiyyət illərində cərəyan edən hadisələri
əhatə edir. Əsərin III bölməsi “Rusiya və ortodokslar” adlanır. Bölümün adından
da məlum olduğu kimi, müəllif rus-türk münasibətlərində provaslav amilini
mərkəzi mövzu kimi xarakterizə etməyə çalışmışdır. Müəllif yazır ki, Rus çarının
1711-ci ildə ilk dəfə sultanın torpaqlarına girib Dunaya 40 mil yaxınlaşması,
Boqdanı müvəqqəti olaraq hakimiyyəti altına alması və Balkan xristianlarına
“kafirlərə” qarşı həyəcan dolu bir müraciət etməsi Osmanlıya qarşı
gələcək fir-
tınalardan xəbər verirdi [8, s.28].
Müəllif əsərinin IV fəslini “Rusiya, Avstriya və Balkan xristianları” başlığı al-
tında vermişdir. Bu fəsildən tamamilə aydın olur ki, Rusiyanın yeganə məqsədi
Avstriya ilə ittifaq bağlayaraq Balkan xristianlarını Türkiyəyə, daha dəqiq desək,
Osmanlı dövlətinə qarşı üsyana sövq etmək olmuşdur. Müəllif yazır: “Hər şeyə
rəğmən avstriyalıların 1638-1698-ci illərdə səfərləri zamanı serblər türklərə
qarşı üsyana təhrik edilmiş, bir neçə yüz min nəfər Macarıstanın cənubuna kö-
çürülmüşdür. 1687-ci ildə Üsküp mitropoliti Moskvaya gedib serb yepiskopla-
rının acınacaqlı vəziyyətindən şikayət etdi...” [8, s.36]. Müəllif qeyd edir ki, Pyotr
əslində Dneprdən Dunaya qədər olan Qara dəniz sahilinin kəşfini əmr etmişdi.
Bir il sonra Ukraintsev İstanbula göndərilmişdi. Beləliklə də, Avstriya-Rusiya
ittifaqı Türkiyəyə qarşı çevrilmiş, lakin mürəkkəbi qurumadan sona çatmışdır [8,
s.38]. Göründüyü kimi, müəllif Çar Rusiyasının işğalçılıq siyasətində oxşar stra-
tegiyadan - Osmanlı imperiyasına qarşı gələcək planları üçün Balkanlarda serb
və digər xristian azlıqlardan, Qafqazda, xüsusilə Azərbaycanda möhkəmlənmək
üçün isə erməni amilindən istifadə edilməsini göstərməyə müvəffəq olmuşdur.
Türkiyə tarixçisi Ramazan Çalık da bəhs olunan problemlə bağlı tədqiqatları
ilə seçilir [9]. 2000-ci ildə Ankarada nəşr olunan əsərinin “Güclü dövlətlərin
Osmanlı dövlətinə baxışı” adlı birinci bölməsində müəllif yazır: “İstanbul və Bo-
ğazlar hər zaman Avropanın diqqət mərkəzində olmuşdur. Bu siyasətin əsrlərcə
ümumi adı “Şərq məsələsi” olmuşdur. Fəqət “Şərq məsələsi” zaman-zaman
hədəfini dəyişmişdir. Əgər 1699-cu ilə qədər xristian torpaqlarının türklər
tərəfindən işğalının qarşısını almaq, yəni “müdafiə etmə” siyasəti güdürdüsə,
bundan sonra Osmanlı idarəçiliyində olan xristianların xilas edilməsi, yəni “hü-
cum” strategiyası xarakterini almışdır. 1880-ci ildən sonra isə “Şərq məsələsi”
parçalama, yəni islam torpağının hər bir Qərb dövlətinin öz marağı, mənfəəti
və istəyinə uyğun şəkildə bölünməsi kimi özündə ehtiva etməyə başlamış-
dır” [9, s.36]. Müəllif Avropa dövlətlərinin Osmanlı imperiyası haqqında
düşüncələrini bu şəkildə ifadə edir: “XIX yüzilliyin 80-ci illərinə doğru İngiltərə,
Fransa və Rusiya Osmanlı imperiyasını boyunduruq altına salmaq üçün bir-