Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə21/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   17   18   19   20   21   22   23   24   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
60 
Problemin Türkiyə tarixşünaslığı kontekstindən 
dəyərləndirilməsi
Tarixi tədqiqatlar göstərir ki, XIX əsrin II yarısından başlayaraq Osmanlı im-
periyasını “erməni məsələsi” narahat etməyə başlayır.  Çağdaş türk tarixçilərinə 
görə, “erməni məsələsi”nin meydana çıxması tamamilə imperializmdən qay-
naqlanır.  Başqa  bir  ifadə  ilə  “erməni  məsələsi”  böyük  dövlətlərin  Osman-
lı  imperatorluğu  üzərindəki  imperialist  məqsədlərini  gerçəkləşdirmək  üçün 
ortalığa  atdıqları  süni  bir  siyasətdir.  Yəni  bu  süni  məsələnin  səbəbləri  geniş 
ölçüdə  imperializm  və  onun  gətirdiyi  “Şərq  məsələsi”ndə  axtarılmalıdır  [3, 
s.19;  8,  s.4;  9,  s.19].  Türkiyə  tarixçisi  Ramazan  Çalık  qeyd  olunan  məsələ  ilə 
bağlı  öz  tədqiqatlarında  belə  yazır:  “Avropa  dövlətləri  Osmanlı  dövlətinin 
hər  zaman  öz  mənfəət  və  gələcəkləri  üçün  bir  təhlükə  olduğunu  görməklə 
bərabər,  müxtəlif  hadisələrin  təcrübəsindən  sonra  bu  dövlətin  üstünlüyünü 
qəbul etmək məcburiyyətində qalmış, hətta öz aralarındakı mücadilələrin həlli 
üçün Osmanlı dövlətinin yardımına ehtiyac duymuşlar. Yalnız Osmanlı impe-
ratorluğunun əzəmətinin bitdiyi və müxtəlif səbəblərdən zəiflədiyi dövrlərdə 
dünyada “Şərq məsələsi” adlandırılmış bir problem ortaya çıxarılmışdır. Bunun 
təşəbbüskarlarından biri Çar Rusiyası idi” [9, s.61].
Bəhs  olunan  dövrün  siyasi  hadisələrinin  canlandırılmasında  Ankara-
da işıq üzü görən “Uluslararası suçlar və tarix” adlı jurnal [7, s.155-173] mü-
hüm əhəmiyyət kəsb edir. 2006-cı ildə 1-ci sayı işıq üzü görən, 255 səhifədən 
ibarət  olan  bu  dərgidə  məsələ  daha  çox  Rusiyanın  planlaşdırdığı  panslav-
yanizm  siyasətinin  bir  hissəsi  kimi  xarakterizə  edilir.  Burada  oxuyuruq:  “Ru-
siyanın  Türkiyə  ilə  Krım  savaşına  girməsi  və  məğlubiyyəti  panslavyanizmə 
münasibətində də əhəmiyyətli bir dəyişiklik yaratmışdır. Krım savaşı, şübhəsiz 
ki, Rusiyanı hədəfindən bir müddət ayrı salmışdı. İngiltərə, Fransa və s. kimi 
Qərb dövlətlərinin Osmanlı dövlətinə verdikləri dəstək Rusiyanı məğlubiyyətə 
uğratdığı kimi, beynəlxalq cəmiyyətdən də təcrid etmişdi. Belə vəziyyət Rusi-
yanın slavyanizm silahına daha sıx sarılmasına yol açmışdı. Sistemli bir düşüncə 
halına salınan bu cərəyan Qərb mədəniyyəti qarşısında slavyan mədəniyyətini 
və provaslavlığı üstün tutmağa yönəlmişdi” [7, s.155-173]. 
Süleyman Erkan bəhs olunan məqalədə maraqlı bir müqayisə aparır. Müəllifə 
görə, Balkan müharibəsindəki məğlubiyyət Türkiyədə türkçü-turançı cərəyanını 
gücləndirdiyi kimi, 1856-cı il Krım savaşındakı məğlubiyyət də Rusiyada slav-
yanizm  cərəyanını  ön  plana  çəkmişdir.  M.Çernyayev,  K.Aksakov,  R.A.Fadeyev 
və bu kimi şair və tarixçilər slavyanizmi qızğın surətdə dəstəkləyirdilər. Bu fikir 
adamlarının dəstəyi ilə slavyanizm panslavyanizmə çevrilərək Krım müharibəsi 
vaxtı ölən I Nikolayın yerinə taxta çıxan Çar II Aleksandrın əlində bir alətə çev-
rildi  [7,  s.155-173].  Müəllifə  görə,  panslavyanizmin  siyasi  bir  hərəkat  halına 
gəlməsi Rusiyanın bu cərəyanı öz imperialist hədəfləri üçün bir vasitə olaraq 
seçməsi  ilə mümkün olmuşdur.


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
61
Türk  Dünyası  Araşdırmaları  Vəqfinin  mütəmadi  olaraq  nəşrə  hazırladığı 
əsərlər  [8]  də  maraqlı  tədqiqatlar  sırasına  daxildir.  Bu  baxımdan  tədqiqatçı 
Əşrəf Bəngi Özbilən tərəfindən türk dilinə tərcümə edilən “Böyük Pyotr və Os-
manlı imperatorluğu” adlı tədqiqat işi Rusiyanın Osmanlı imperiyası haqqın-
da  siyasətinin  qaranlıq  məqamlarına  aydınlıq  gətirir.  Əsər  doqquz  bölmədə 
verilməklə,  əsasən,  I  Pyotrun  hakimiyyət  illərində  cərəyan  edən  hadisələri 
əhatə edir. Əsərin III bölməsi “Rusiya və ortodokslar” adlanır. Bölümün adından 
da  məlum  olduğu  kimi,  müəllif  rus-türk  münasibətlərində  provaslav  amilini 
mərkəzi mövzu kimi xarakterizə etməyə çalışmışdır. Müəllif yazır ki, Rus çarının 
1711-ci ildə ilk dəfə sultanın torpaqlarına girib Dunaya 40 mil yaxınlaşması, 
Boqdanı müvəqqəti olaraq hakimiyyəti altına alması və Balkan xristianlarına 
“kafirlərə” qarşı həyəcan dolu bir müraciət etməsi Osmanlıya qarşı gələcək fir-
tınalardan xəbər verirdi [8, s.28].
Müəllif əsərinin IV fəslini “Rusiya, Avstriya və Balkan xristianları” başlığı al-
tında vermişdir. Bu fəsildən tamamilə aydın olur ki, Rusiyanın yeganə məqsədi 
Avstriya ilə ittifaq bağlayaraq Balkan xristianlarını Türkiyəyə, daha dəqiq desək, 
Osmanlı dövlətinə qarşı üsyana sövq etmək olmuşdur. Müəllif yazır: “Hər şeyə 
rəğmən  avstriyalıların  1638-1698-ci  illərdə  səfərləri  zamanı  serblər  türklərə 
qarşı üsyana təhrik edilmiş, bir neçə yüz min nəfər Macarıstanın cənubuna kö-
çürülmüşdür. 1687-ci ildə Üsküp mitropoliti Moskvaya gedib serb yepiskopla-
rının acınacaqlı vəziyyətindən şikayət etdi...” [8, s.36]. Müəllif qeyd edir ki, Pyotr 
əslində Dneprdən Dunaya qədər olan Qara dəniz sahilinin kəşfini əmr etmişdi. 
Bir  il  sonra  Ukraintsev  İstanbula  göndərilmişdi.  Beləliklə  də,  Avstriya-Rusiya 
ittifaqı Türkiyəyə qarşı çevrilmiş, lakin mürəkkəbi qurumadan sona çatmışdır [8, 
s.38]. Göründüyü kimi, müəllif Çar Rusiyasının işğalçılıq siyasətində oxşar stra-
tegiyadan - Osmanlı imperiyasına qarşı gələcək planları üçün Balkanlarda serb 
və digər xristian azlıqlardan, Qafqazda, xüsusilə Azərbaycanda möhkəmlənmək 
üçün isə erməni amilindən istifadə edilməsini göstərməyə müvəffəq olmuşdur. 
Türkiyə tarixçisi Ramazan Çalık da bəhs olunan problemlə bağlı tədqiqatları 
ilə  seçilir  [9].  2000-ci  ildə  Ankarada  nəşr  olunan  əsərinin  “Güclü  dövlətlərin 
Osmanlı dövlətinə baxışı” adlı birinci bölməsində müəllif yazır: “İstanbul və Bo-
ğazlar hər zaman Avropanın diqqət mərkəzində olmuşdur. Bu siyasətin əsrlərcə 
ümumi  adı  “Şərq  məsələsi”  olmuşdur.  Fəqət  “Şərq  məsələsi”  zaman-zaman 
hədəfini  dəyişmişdir.  Əgər  1699-cu  ilə  qədər  xristian  torpaqlarının  türklər 
tərəfindən işğalının qarşısını almaq, yəni “müdafiə etmə” siyasəti güdürdüsə, 
bundan sonra Osmanlı idarəçiliyində olan xristianların xilas edilməsi, yəni “hü-
cum” strategiyası xarakterini almışdır. 1880-ci ildən sonra isə “Şərq məsələsi” 
parçalama, yəni islam torpağının hər bir Qərb dövlətinin öz marağı, mənfəəti 
və  istəyinə  uyğun  şəkildə  bölünməsi  kimi  özündə  ehtiva  etməyə  başlamış-
dır”  [9,  s.36].  Müəllif  Avropa  dövlətlərinin  Osmanlı  imperiyası  haqqında 
düşüncələrini bu şəkildə ifadə edir: “XIX yüzilliyin 80-ci illərinə doğru İngiltərə, 
Fransa  və  Rusiya  Osmanlı  imperiyasını  boyunduruq  altına  salmaq  üçün  bir-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə