Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə17/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   13   14   15   16   17   18   19   20   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
49
unudulmayacaq  qanlı  bir  iz  buraxmışdır.  O  qanlı  mart  günlərindən  bu  yana 
Azərbaycan  türk  milləti  böyük  fədakarlıqlar  ortaya  qoymuşdur.  “Azərbaycan 
türklüyü ilk növbədə müstəqil və hürr bir cümhuriyyət vücuda gətirmiş və onu 
dunyada təsdiq və qəbul etdirmişdir. Azərbaycan türklüyü Şərq aləmində yeni 
bir tarix vücuda gətirmiş, türk-turan tarixində yeni bir intibah dövrü yaratmış-
dır. Fəqət Azərbaycan türklüyü çalışarkən, çarpışarkən təhlükə və xofdan xilas 
olmamışdır. Buna baxmayaraq, Azərbaycan türklüyü hürriyyətini və istiqlalını 
təhdid və zərbələr altında, hücum və xəyanətlər içərisində, xoff və dəhşətlər 
arasında əldə etmiş və möhkəmlətmişdir. Lakin Azərbaycan türklüyü bu iki il 
ərzində  erməni-daşnak  xəyanətindən  qurtulmamış,  İrəvan,  Naxçıvan,  Şərur, 
Ordubad, Zəngəzur, Qars faciələrinə məruz qalmış, indi də bolşevik təhlükəsi 
yaxınlaşarkən  yenə  qanlı  mart  günlərində  Əsgəran,  Qarabağ  xəyanətlərinə 
məruz  qalmışdır.  Azərbaycan  türklüyü  əleyhinə  itilənmiş  bu  daşnak  xəncəri 
vaxtilə bolşevik əli ilə Azərbaycanın qəlbinə taxılmış, lakin ümumtürklük əzmi 
ilə  geri  qaytarılmışdı.  Bu  gün  yenə  o  qanlı  xəncər  bolşevik  təhlükəsindən 
istifadə  edərək  türk  xalqına  ölüm  zərbəsi  endirmək  istəyir.  “Ey  Azərbaycan 
istiqlalı  ilə  çırpınan  qəlblər!  Ey  türklüyün  parlaq  günlərini  arzulayan  ürəklər! 
Ey qanlı günləri xatırlayan paytaxt xalqı, fəhlə və zəhmətkeşləri! Səni bir vaxt 
səmimiyyətlə mübarizəyə sövq etmiş Qarabağ və Gəncə tərəfə imdada qoş!
Ey qanlı əllərdə inləmiş qızlar! Sənin hürriyyətin uğrunda can verən qardaş-
larının yarasını sarı! Unutma ki, mart günlərini xatırlayarkən bu gün eyni mart 
faciəsi içərisindəsən” [10].    
İlk növbədə Çar Rusiyasına, sonra da bolşeviklərə arxalanan erməni daş-
naklara qarşı mübarizəni daim gündəmdə saxlayan M.B.Məmmədzadə öz yazı-
ları ilə xalqı daim ayıq-sayıq olmağa çağırmışdır. O, “İstiqlal” qəzetinin 1920-ci 
il aprel saylarından birində göstərmişdir ki, ermənilər heç bir vaxt beynəlmiləl 
qərarlara əhəmiyyət verməmişlər. Zaqafqaziya cümhuriyyətləri indi qanlı bolşe-
vik təhlükəsi qarşısındadırlar. Bu münasibətlə daxili ixtilafı rədd etmək, qüvvətli 
müdafiə  vəziyyəti  almaq  vacib  bir  məsələdir.  Zənn  edilməsin  ki,  Ermənistan 
Zaqafqaziyanın  şimalından  məruz  qaldığı  təhlükəni  nəzərə  alıb  doğru  yola 
gələcək.  Nəinki  imperialist  planlarından  əl  çəkəcək,  bizimlə  müttəfiq  belə 
ola  biləcəkdir.  Biz  həmişə  görmüşük  ki,  vətənimiz  Şimal  təhlükəsinə  məruz 
qalarkən,  erməni  iştahası  baş  qaldırır.  Vətənimizin  cənub-qərb  hissələri  qəti 
surətdə ana yurda ilhaq edilməyincə, silah əldən buraxılmamalıdır. Zaqafqa-
ziyanın  asayişini  istəyənlər  Ermənistanı  türk  xalqının  hesabına  qurmaqdan 
çəkindirməlidirlər [10].
Həmişə  məlum  havadarlarına  arxalanmış  təcavüzkar  ermənilərin  “Böyük 
Ermənistan”  yaratmaq  kimi  bədnam  niyyətləri  ilə  Azərbaycan  xalqına  qar-
şı  törətdikləri  kütləvi  qətliamları  gündəmdə  saxlayan  M.B.Məmmədzadə  bu 
münasibətlə tarixi həqiqətləri ictimai fikrə çatdırmaq, “Daşnaksütyun” ideologi-
yasının mürtəce mahiyyətini ifşa etmək nöqteyi-nəzərindən yazılarında göstərirdi 
ki, bu cür faciələr əslində rus istibdadının müsəlman-türk millətinə qarşı yürüt-


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
50 
düyü şovinist siyasətinin təzahürlərindən başqa bir şey deyildir. Belə ki, I Dünya 
müharibəsi zamanı Çar Rusiyasının bir alət kimi istifadə etdiyi ermənilər sonra 
da  Romanovlar  səltənətinə  son  qoymuş  qırmızı  rus  bolşeviklərinə  satılırdılar. 
Bolşeviklər isə Qafqazı sovetləşdirdikdən sonra “Böyük Ermənistan” yolu ilə Ya-
xın Şərqə yayılmaq, Aralıq və Hind dənizlərinə çıxmaq istəyirdilər. Bu baxımdan 
Azərbaycan milliyyətçilərinin təmsil etdikləri mübarizə yalnız Azərbaycan davası 
deyil, bütün türklərin, bütün İslam Şərqinin davası idi. Bakıda 1918-ci il  mar-
tın 31-də şəhid edilən 14 min məsum türk bütün türklüyün və bütün Qafqa-
zın  ortaq  hüriyyətləri  üçün  can  vermişdilər.  Bölşevik-daşnak  cəlladları  Bakı  ilə 
kifayətlənməmiş, eyni zamanda Şamaxı, Quba, Lənkəran, Salyan və Kürdəmiri 
qılıncdan keçirmiş, Gəncə və Tiflis üzərinə yürüməyə başlamışdılar. Bu vəhşi isti-
lanın qarşısını almaq və bütün Qafqazı xilas etmək təşəbbüsünü öhdəsinə alan 
yenə “Müsavat” firqəsi olmuşdu. Mart qətliamından 22 gün sonra “Müsavat” baş-
da olmaqla bütün azərbaycanlı deputatların israrı ilə Zaqafqaziya Seymi Zaqaf-
qaziyanın Rusiyadan ayrı müstəqil bir dövlət olduğuna qərar vermiş, ondan bir 
ay sonra 1918-ci il mayın 28-də isə Türkiyədən alınan qardaş yardımı sayəsində 
Azərbaycanın bolşevik-daşnak  qüvvələrindən  təmizlənməsi, sentyabrın 15-də 
Bakının azad edilməsi, yalnız Azərbaycan türkü deyil, bütün Qafqazın və bütün 
qonşu dövlətlərin, Yaxın Şərq türk və müsəlman xalqlarının hürriyyət və istiqlal-
ları üçün də əmniyyət yaratmışdır [12,12-13].
M.B.Məmmədzadə “Lenin milli siyasəti” əsərində tarixi faktlarla izah edir-
di  ki,  Müsəlman  Şərqində  ilk  demokratik  respublika  olan  Azərbaycan  Xalq 
Cümhuriyyətinin süquta yetirilməsilə isə yeni faciələrə yol açıldı.
Bolşevik istilası baş verdiyi zaman Azərbaycan ordusu Qarabağ, Zəngəzur və 
Qazax cəbhələrindən hələ çıxmamışdı. Mosvka məhz bu vəziyyətdən istifadə 
edərək  şimaldan  Bakıya  daxil  olmuş,  qanlı  siyasətinə  başlamışdı.  Bu  zaman 
Yerevan  hökuməti  Moskva  tərəfində  təşəbbüsə  başlamış  və  qırmızı  istilada 
başlıca rolun ona aid olduğunu, Qarabağ müharibəsini, Azərbaycan ordusu-
nu şimaldan cənuba çəkmək üçün başladığını, bunun müqabilində Zəngəzurla 
Qarabağın onlara verilməsini irəli sürmüşdü. Əslində, bolşeviklərin özləri Qa-
rabağ  müharibəsini  xüsusi  olaraq  təşkil  etdiklərini  iddia  etmişdilər.  Daşnak 
Ermənistanına bu xidmətləri müqabilində Moskva verdiyi vədə əməl edərək 
hələ Ermənistan sovetləşmədən Azərbaycan ərazisinin ayrılmaz bir hissəsi olan 
Qarabağla Zəngəzuru bir dekretlə Daşnak Ermənistanına “proletar hədiyyəsi” 
etmiş və bu türk torpaqlarının Ermənistana ilhaqını elan etmişdi.
M.B.Məmmədzadə  yuxarıda  adı  çəkilən  həmin  əsərində  bir  cəhətə  də 
xüsusilə diqqət yetirir ki, 1920-ci illərdə daşnak olduqları halda gizli olaraq bol-
şevik partiyasında çalışdıqları Moskvaya aydın olan Leon Mirzoyan və Arme-
nak Qaragözyan Qafqaz Kommunist Partiyasında mühüm mövqe sahibi idilər. 
Leon Mirzoyan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və 
Bakı Komitəsinin rəisi, Azərbaycan fəhlə birliklərinin ümumi rəisi, Qaragözyan 
isə  sonrakı  “Qarabağ  Muxtar  Vilayəti”  kommunist  təşkilatının  rəisi  olmuşdu. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə