Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə25/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   21   22   23   24   25   26   27   28   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
73
tədbirlərdir. Keçən əsrin 60-70-ci illərində Qərb ölkələrində dövlətin siyasi kur-
sunun müəyyən edilməsində əsasən etatist baxışlara üstünlük verilirdi. Dövlət 
idarəçiliyinə müasir yanaşmaya müvafiq olaraq, siyasi kursun müəyyən edilməsi 
müqavilə münasibətlərinin üstünlük təşkil etməsi ilə xarakterizə olunur. Dövlət 
və cəmiyyət arasında münasibətlərin dəyişməsi dövlət idarəçiliyinin səmərəliliyi 
problemini  ön  plana  çıxarmışdır.  Tənzimləyici  rolu  köklü  dəyişikliyə  uğrayan 
dövlət aparatı postsənaye ölkələrində artıq dövlətin idarə edilməsi prosesinin 
yeganə iştirakçısı deyildir. Belə ki, bu prosesə getdikcə daha çox yeni maraq qrup-
ları qatılır. Belə şəraitdə dövlətin rolunun səmərəliliyi ictimai-iqtisadi sistemdə 
qarşılıqlı pozitiv əlaqələrlə şərtlənir. Cəmiyyətin idarə olunmasında rolu getdikcə 
azalan icbarilikdən daha çox tənzimləməyə və kooperasiyaya üstünlük verilməyə 
başlanılır. Beləliklə, idarəetmənin formaları, dövlət idarəetməsinin idarəçilik stra-
tegiyası tədricən şaquli vektoral fəaliyyətdən 
üfüqi  fəaliyyətə  doğru  irəliləməyə  başla-
yır.  Dövlət  idarəetməsinin  rasionallaşması 
dövlətin  kommersiyalaşması  ilə  eyni  za-
manda  baş  verir.  Bunun  nəticəsində  şəxsi 
korporasiyaların  idarəetmə  personalı  fəal 
surətdə dövlətin inzibati strukturlarına daxil 
olaraq məmur aparatının əvvəlki qapalılığını 
pozur.  İdarəetmənin  mərkəzləşdirilməsinin 
zəifləməsi  yerli  idarəetmə  orqanlarının 
fəaliyyətinin  aktivləşməsində,  qeyri-dövlət 
institutlarının 
potensialından 
istifadə 
edilməsinin miqyasının genişləndirilməsində 
əks olunur. 
 Müasir dövrdə bir çox ölkələrdə dövlət 
menecmenti 
ölkənin 
iqtisadiyyatının 
sabitləşdirilməsinə  xidmət  etmiş,  dövlət 
xərclərini  xeyli  azaltmışdır.  Elmi-texniki 
tərəqqi dövlət hakimiyyətinin və idarəetmənin rasionallaşdırılması prosesinə 
ciddi təsir göstərir. İqtisadi əlaqələrin genişlənməsi, elmi kəşflər və tədqiqatlar, 
yeni  kommunikasiya  və  texniki  vasitələrin  inkişafı  bütün  dünyanı  vahid  bir 
məkanda birləşdirir. Belə bir şəraitdə inkişaf templərində və rasionallaşmada 
geriləmə dövlətin suverenliyinə təhlükə yarada bilər. 
Müasir dövrdə struktur islahatları dövrünü yaşayan ölkələrin bəzilərinin so-
sial-iqtisadi həyatında nəzərə çarpan nailiyyətlər ilk növbədə həmin ölkələrdə 
formalaşdırılan  uğurlu  korporativ  idarəçilik  strukturlarının  zəruri  hüquqi 
qaydalar  vasitəsilə  fəaliyyət  göstərmələrində  ifadə  olunur.  Bu  cür  idarəçilik 
modellərinə  görə  icraçı  rəhbərlər  (adətən,  onları  menecerlər  adlandırırlar) 
qarşılıqlı  formada  razılaşdırılmış  bir  qurumun  dayanaqlılığının  qorunub  sax-
lanılması maraqları naminə ifrat çalışqanlıq nümayiş etdirirlər [3]. Buna bax-
mayaraq,  onlar  razılaşdırılmış  tərəflərdən  aldıqları  səlahiyyət  mandatından 
maksimum istifadə etmək azadlığına malikdirlər. Hər zaman kənardan demok-
ratik  idarəçilik  təəssüratı  yaradan  bu  sistem  bəziləri  (təhsil  səviyyəsi  kifayət 
Müasir dövrdə struktur 
islahatları dövrünü yaşayan 
ölkələrin bəzilərinin sosial-
iqtisadi həyatında nəzərə 
çarpan nailiyyətlər ilk 
növbədə həmin ölkələrdə 
formalaşdırılan uğurlu 
korporativ idarəçilik 
strukturlarının zəruri hüquqi 
qaydalar vasitəsilə fəaliyyət 
göstərmələrində ifadə olunur. 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
74 
dərəcədə olmayanlar) üçün ciddi rejimli qurum və ya diktator fəaliyyəti kimi 
də qiymətləndirilir. Belə hallarda rəhbərin müəyyən təzyiqlərlə qarşılaşması, la-
tent sabotaja məruz qalması ehtimalları da istisna olunmur. Belə ki, tərəfdaşları 
(bu, ümumiləşdirilmiş addır, əgər söhbət biznes strukturundan gedirsə, müasir 
dövrdə  onları  səhmdarlar,  qeyri-kommersiya  strukturlarından  gedirsə,  onda 
təsisçilər adlandırırlar) tərəfindən menecerlərə səlahiyyətlərin verilməsi və eti-
madın göstərilməsi son dərəcədə zəruridir. Əks halda onlar zəruri sayılan ope-
rativ qərarlar qəbul edə bilməzlər.
Gənc ölkələr öz demokratik institutlarını formalaşdırdıqca dövlət və korpo-
rativ qurumlar arasındakı fərqlər də genişlənəcək. 
Bəzi beynəlxalq ekspertlərin qənaətinə görə, müasir dövrdə insanlar getdikcə 
daha çox qeyri-zəruri tələbatlarının əsirinə çevrilirlər. Yəni onlar əsasən ikinci 
dərəcəli (həyati əhəmiyyəti olmayan) tələbatlar asılılığına düşürlər. Maksimal 
komfort, tam sərbəstliyi təmin edən texnoloji təchizat, təhlükəsiz nəqliyyat və 
avadanlıq, mənzil şəraiti və s. bu kimi vasitələri çox sadalamaq olar. Hər bir 
halda  burada  insanların  maksimal  rifah  arzularının  məhdudlaşdırılmasından 
söhbət gedə bilməz. Belə ki, korporativ maraqlar buna heç zaman imkan da 
verməz. Artıq “zəncirvari nüvə reaksiyasına” bənzər tələbatlar iyerarxiyasının 
kumulyasiyası  prosesi  başlamışdır.  Bu  səbəbdən  bizə  verilmiş  yeganə  şans 
məhdud zaman çərçivəsində (bu, bir neçə əsr də ola bilər) Allahın bizə bəxş 
etdiyi bəşər həyatını qoruyub saxlamağa çalışmaqdır [4, s.234]. 
Gənc müstəqil dövlətlər kimi Azərbaycan da çox mühüm bir reallıq qarşısın-
dadır: bir tərəfdən azad sahibkarlıq cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilərək 
ölkədə demokratiyanın möhkəmləndirilməsi üçün orta sinfin formalaşmasın-
da,  onun  rolunun  həlledici  əhəmiyyət  kəsb  etməsində  yaxından  iştirak  edir, 
digər tərəfdən isə sosial təbəqələşməni stimullaşdırır [4, s.24]. 
İntellektual  resursların  fəaliyyətində  korporativ  təmərküzləşmənin 
əhəmiyyəti çox böyükdür. Belə ki, korporativ maraqlar iş yerlərinin yaradılması 
və  qorunub  saxlanılmasında,  zəruri  xidmətlərin  təşkilində  mühüm  rol  oyna-
yır. Buna görə də korporativ maraqlar intellektual peşə sahiblərinin bir araya 
gəlməsində,  zəruri  infrastruktur  sisteminin  formalaşmasında  həlledici  inkişaf 
təmayüllərindən biridir [5, s.66]. 
Bütün yuxarıda qeyd olunanlar bir daha bizim cəmiyyətdə də korporativ 
qurumların problemlərinə bu sahədə toplanmış müsbət təcrübədən istifadə 
etməklə  və  bəlkə  də,  orada  mövcud  olan  analoji  idarəetmə  modellərini 
təkmilləşdirməklə  yaradıcı formada yanaşmanın zəruriliyini  göstərir. 
Bu baxımdan, intellektual peşə sahiblərinin təşkilatlarının funksional fəaliyyət 
göstəricilərinə görə müsbət nüfuzu bütün cəmiyyət üçün çox əhəmiyyətlidir. 
Hər bir halda obyektiv həqiqətlər haqqında biliklər heç bir zaman ümumi siyasi 
maraqlara qurban verilməməlidir. 
İntellektual  resursların  üfüqi  idarə  edilməsi  aspektlərində  onların  toplaş-
dıqları qurumların, təşkilatların işgüzarlıq, səmərəlilik həvəslərinin daim yüksək 
tempdə  saxlanılması  ilə  bağlı  məsuliyyətlilik  hər  bir  idarəçinin  (konkret  me-
necerin) üzərinə düşür. Məsələn, elmi-tədqiqat müəssisəsində bu funksiyaları 
müvafiq sahələr üzrə şöbə müdirləri icra edirlər. Bu araşdırmada intellektual 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə