Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə28/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   24   25   26   27   28   29   30   31   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
79
Hindistan və Uzaq Şərq ölkələri). İnsanlar arasındakı münasibətlər ciddi forma-
da ölçülüb-biçilib, amma iş prosesi dəyişilə bilər. 
Üçüncü model (“yağlanmış  maşın”):  qısahəcmli  iyerarxik münasibətlər 
və sabaha inamsızlıq hökm sürür (Almaniya və İsrail).  Bu yerlərdə iş dəqiq qu-
rulub, hər şey formalaşdırılıb, işin dəqiq planlaşdırılması mərkəzləşdirlməyib. 
Dördüncü  model  (“bürokratik  piramida”):  irihəcmli  iyerarxik 
münasibətlər  və  sabahkı  günə  inamsızlıq  hökm  sürür  (Fransa  və  Yaponiya). 
İdarəetmə sistemi formalaşdırılıb, mərkəzləşdirilib, münasibətlər ənənələrə və 
qanunlara müvafiq olaraq dəqiq formada müəyyənləşdirilib. 
Buradan  idarəetmə  prosesində  idarə  olunan  təşkilatın,  vəzifəli  şəxslərin 
və  vətəndaşların  mexaniki  quruluşuna  ümid  etməyin  mümkün  olmaması 
qənaətinə gəlmək olar. Qeyd olunan milli psixologiya və mədəniyyətdən əlavə 
“aşağıdan təşəbbüs” hərəkətlərinin təsirlərini də nəzərə almaq lazımdır. İyerar-
xik pillələrdə atılan addımlar lokal qərarların aşağı səviyyələrində yer alanda, 
adətən, insanlarda mərkəzi orqanların qanunlarına və sərəncamlarına nisbətən 
daha böyük inam yaradır. Onların real təsiri dərhal formal göstəriciləri üstələyir 
və  bu  amil  hökmən  nəzərə  alınmalıdır.  Bazar  münasibətlərində  fəaliyyət 
göstərən təsərrüfat və digər subyektlər, adətən, özlərinin korporativ normalarını 
formalaşdırırlar. Korporativ etika, işgüzar davranış, ləyaqət və s. məsələlər ABŞ, 
Yaponiya, Almaniya və İngiltərə şirkətlərində işçilərin davranışının nizamlan-
masında böyük rol oynayır. Qeyd etmək lazımdır ki, son dövrlər, xüsusilə 2002-
ci ildən sonra Azərbaycanda da bir çox özəl müəssisələr respublikanın Əmək 
Məcəlləsi ilə yanaşı özlərinin “Korporativ əxlaq və ya davranış” məcəllələrini 
yaradaraq müqavilələrin əmək kollektivi tərəfindən və hər bir işçinin imzası ilə 
təsdiqlənməsini həyata keçirirlər. Bu normalar üç prinsip əsasında qurulur: lo-
yallıq, müstəqillik və konfedensiallıq. Burada ən vacib məsələ təşkilatdankənar 
ictimai maraqların və qaydaların diqqətdən kənarda saxlanılmamasıdır. 
Digər  bir  məsələ  idarəetmə  subyektlərinin  və  obyektlərinin  korrelyasiya-
sı ilə uzlaşan qanunauyğunluqların nəzərə alınmasıdır. Bildiyimiz kimi, dövlət 
idarəçiliyi müxtəlif dövlət orqanlarının öz ararlarında və müxtəlif qeyri-dövlət 
subyektləri  ilə  olan  münasibətlərinin  qarşılıqlı  əlaqələrinin  nizamlanması  ilə 
xarakterizə  olunur.  Bu  ictimai  münasibətlər  həm  dövlət  aparatının  özünün 
daxilində, həm də “dövlət-vətəndaş cəmiyyəti” münasibətlərinin kəsişməsində 
təzahür  edir.  Digər  bir  rus  tədqiqatçısı  A.B.Dyomin  idarəetmə  obyektinin 
sərbəstliyinin  azalması  dərəcəsindən  asılı  olaraq  idarəetmə  rejiminin  həyata 
keçirdiyi aşağıdakı idarəçilik təsirlərini təsnifatlandırmışdır: 
1.  Razılaşdırılmamış təsir – dövlətin qarışmaması rejimi, idarəetmə obyekti-
nin  tam  azad  formada  öz  davranışını  seçməsi,  dövlət  idarəçiliyinin  gözə 
dəyməməsi;
2.  Reqlamentləşdirilmiş təsir – dövlət idarəetmə obyektinin azad formada öz 
davranışını seçməsi üçün hüquqi mühit yaradır və “oyun qaydalarına” riayət 
edərək obyektin fəaliyyətinə qarışmır;
3.  Xəbərdarlıqlı  təsir  –  seçilmiş  davranış  haqqında  dövlət  orqanlarına 
xəbərdarlığın edilməsi rejimi;
4.  Müqaviləli  təsir  –  dövlət  idarəçiliyi  prosesinin  iştirakçıları  tərəfindən 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
80 
əvvəlcədən müəyyən razılaşdırılmış şərtlər əsasında bağlanılmış müqaviləyə 
müvafiq davranış rejimi;
5.  Qeydli təsir – seçilmiş davranışın qeydiyyata salınması vəzifəsinin icra olun-
ması;
6.  İcazəli təsir – seçilmiş davranış üçün müvafiq icazənin alınması vəzifəsi (li-
senziya, kvota, sertifikat, attestat);
7.  Sərəncamlı təsir – obyektin davranışı idarəetmə obyektinin birbaşa göstərişi 
əsasında qurulur;
8.  Qadağalı təsir – idarəetmə obyektinin və ya hər hansı bir idarəetmə sub-
yektinin müəyyən davranış növlərinə dövlət tərəfindən qoyulmuş qadağa-
lar rejimi [8, s.5-6]. 
Bütün bunlarla yanaşı, digər qanunauyğunluqlar da vardır. Müxtəlif sahələrin 
idarə olunmasının təşkili zamanı müəyyən dövlət orqanlarının qəbul etdikləri 
sənədlərə  münasibətdə  varislik  prinsiplərinin  pozulmasını  müşahidə  etmək 
olar. Belə ki, bəzi ciddi maliyyə məsuliyyətindən yan keçmək üçün bu varislər 
müxtəlif bahanələrlə həmin sənədlərin onlara aid olmamasını əsaslandırmağa 
çalışırlar. Bu səbəbdən də uzun illər bir sahə üzrə çalışmış personalların pensi-
ya təminatı məsələlərində problemlər yaranır və bu problemlərin neqativ ab-
havası hazırda varisliyini danan həmin müəssisənin işçilərinə ötürülür. Bu da öz 
növbəsində idarəetmə tsiklinin və sabitliyinin pozulmasına, müəssisənin insan 
resurslarının sabit inkişafının zəifləməsinə və səmərəliliyinin aşağı düşməsinə 
təsir göstərir. 
İRT-lərdə idarəetmə sisteminin qurulması və onların fəaliyyətinin təşkili həm 
də idarəetmənin xarakterindən asılı olur. Yuxarıda qeyd edildyi kimi, idarəetmə 
subyektlərinin və obyektlərinin prinsipial münasibətləri çox fərqli müstəvilərdə 
təzahür edir. Bu müstəvidə sosial-mədəni sahənin təsirini yaddan çıxarmaq ol-
maz. Belə ki, məhz bu sahənin təsirindən idarəetmə üsulları, işçilərin davranışı 
və hüquqi normativ aspektlərin formalaşması məsələləri asılıdır. 
Yekun olaraq, bu istiqamətdə araşdırmalar aparan Ə.F.Abbasovun intellek-
tual ehtiyatların inkişaf etdirilməsi və onların innovativ xarakter alması haq-
qında qeyd etdiyi fikirlərin müasir dövrdə milli iqtisadiyyatımızın tədricən bilik 
iqtisadiyyatına çevrilməsində nəzərə alınması vacibdir. Alim haqlı olaraq bildi-
rir ki, cəmiyyətin və dövlətin innovasiyalara olan kütləvi və kəskin tələbatı bu 
gün bir fakt olaraq qalmaqdadır. İctimai yeniləşmə zərurətindən qaynaqlanan 
bu  tələbat  çoxşaxəli  və  çoxsəviyyəlidir.  İnnovasion  tələbat  yeni  iqtisadi  üsul 
və  formalardan  tutmuş  yeni  sosial  təşkilatlanma  və  idarəetmə  məsələlərinə 
qədər problemləri əhatə edir. Biz, bir tərəfdən, qabaqcıl elmi-texniki və texno-
loji nailiyyətləri mənimsəməli və mənimsəyərək də müvafiq iqtisadi, təsərrüfat 
sistemi  daxilində  bu  nailiyyətlərdən  səmərəli  istifadə  etməli,  digər  tərəfdən, 
fərdi  və  kollektiv  yaradıcılığa,  daha  yüksək  birgəyaşayış  və  birgəfəaliyyət 
mədəniyyətinə  yol  açan  sosial-siyasi,  hüquqi  norma  və  prinsiplər  əsasında 
təşkilatlanıb tənzimlənən ictimai mühit yaratmalıyıq [9].
Tarixi  təcrübə  göstərir  ki,  həqiqi  innovasion  tələbatların  etibarlı  surətdə 
ödənilməsi  yeniləşmə  istəyində  olan  cəmiyyətdə  pozitiv  mahiyyətli 
münasibətlərin, təfəkkürün yaranması, iqtisadiyyatın, idarəetmənin, siyasətin və 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə