Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə30/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   26   27   28   29   30   31   32   33   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
85
qlobal əhatədə birləşdirir. 1991-ci ildə dün-
yada  3  milyon  əhali  internetdən  istifadə 
edirdisə,  Beynəlxalq  Telekommunikasiya 
İttifaqının  məlumatına  əsasən,  2013-cü 
ildə  ümumdünya  internet  istifadəçilərinin 
sayı 2.7 milyarda çataraq dünya əhalisinin 
39%-ni təşkil etmişdir [1]. “Cisco” şirkətinin 
proqnozuna əsasən isə bu rəqəmin 2015-ci 
ildə 3 milyarda, yəni planet əhalisinin 40%-
nə çatacağı ehtimal edilir [2].
İnternet  inkişaf  etdikcə  ənənəvi  rabitə 
və  kütləvi  media  vasitələri  olan  telefon, 
musiqi,  film  və  televiziya  keyfiyyət  və  for-
ma  baxımından  dəyişiklikliyə  məruz  qal-
mış, bu sahədə internet üzərindən səsli və 
multimedia rabitə (VoIP), internet protokol 
televiziya (IPTV), elektron poçt (email), ani 
xəbərləşmə texnologiyaları (Google Talk, Windows Live Messenger və Skype), 
sosial media saytları (Flickr, Youtube və Slideshare), sosial şəbəkə saytları (Fa-
cebook, Twitter, Myspace), elektron ticarət saytları (TradeMe, Ebay, Amazon, 
Walmart), onlayn məlumat axtarış sistemləri (Google, Blekko, Yahoo!, Bing, Bu-
siness.com) kimi rəqəmsal texnologiyalar meydana çıxmışdır. Müasir dövrün 
texnologiyaları hesabına yazılı mətbuat, kitab və digər çap nəşrləri tədricən 
öz  yerini  elektron  resurslarla  əvəz  edir,  insanlar,  özəl  və  dövlət  müəssisələri 
və  digər  qruplar  arasındakı  münasibətlər,  o  cümlədən  ictimai  iştirak,  ticarət 
fəaliyyəti rəqəmsal texnologiyalar vasitəsilə daha sürətlə inkişaf edir. Belə ki, 
sosial-iqtisadi  fəaliyyətin  təşkilində  internet  əsaslı  texnologiyaların  tətbiqi 
“e-hökumət”,  o  cümlədən  “e-kommersiya”  həllərinin  genişlənməsinə  şərait 
yaradır.  Bu  minvalla  müasir  cəmiyyətdə  hökumət-vətəndaş  (G2C),  hökumət-
biznes  (G2B),  hökumət-işçi  (G2E),  hökumət-hökumət  (G2G),  biznes-biznes 
(B2B),  biznes-müştəri  (B2C),  biznes-hökumət  (B2G),  müştəri-müştəri  (C2C) 
əlaqələri internet texnologiyaları əsasında təşəkkül tapmış, e-təhsil, e-səhiyyə, 
e-ticarət, e-vergi və s. onlayn xidmətlərdən istifadə kütləvi hal almışdır.
İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının  şərhlərinə  əsasən,  internet  öz 
əhəmiyyətinə görə iqtisadi fəaliyyətin təşkilində əsas infrastruktur rolunu oy-
nayaraq, iqtisadiyyata birbaşa, dinamik və dolayı formada təsir edir. Birinci hal-
da birbaşa internetlə bağlı olan iqtisadi fəaliyyət əlavə dəyər yaradır, ikinci hal-
da internetin əlavə vasitə kimi məhsul və xidmətlərin istehsalında və satışında 
tədbiqi məhsuldarlığı artırmaqla ümumi daxili məhsulun artımı ilə nəticələnir, 
üçüncü halda isə istehlakçı qalığını
1
 təmin etməklə cəmiyyətdə əmin-amanlığa 
nail olunması üçün sosial kapitalı
2
 formalaşdırır [3].

İstehlakçının ödəmək istədiyi maksimum qiymət və faktiki xeyrinə ödədiyi (bazar qiyməti) qiymət arasındakı fərq.

Cəmiyyətdə sosial qarşılıqlı fəaliyyətin keyfiyyət və kəmiyyətini formalaşdıran institutlar, əlaqələr və normalar.
Hazırda internet qarşılıqlı 
kompüter şəbəkələrinin 
elə bir qlobal sisteminə 
çevrilmişdir ki, o, standart 
İnternet Protokol dəstlərinin 
(TCP/IP) tətbiq edilməsi ilə 
milyonlarla insan, özəl, dövlət, 
elm, biznes və hökumət 
şəbəkələrini geniş yayılmış 
naqilsiz və optik şəbəkə 
texnologiyaları vasitəsilə 
sürətlə yerli əhatədən qlobal 
əhatədə birləşdirir. 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
86 
Şəkil 1. İnternetin sosial-iqtisadi fəaliyyətə təsiri
Mənbə:  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının  şərhlərinə  istinadən 
müəllif tərəfindən tərtib edilmişdir.
İnternetin  iqtisadiyyata  effektli  təsirlərini  Dünya  Bankının  qiymətləndir-
mələrindən də görmək olar. Belə ki, genişzolaqlı internetin yayılma səviyyəsinin 
hər 10% artması aşağı və orta gəlirli ölkələrdə 1.38%, yüksək gəlirli ölkələrdə 
isə 1.21% iqtisadi artımı təmin edir [4]. 
2.  İnternet iqtisadiyyatının mahiyyəti və hazırkı vəziyyəti
Geniş  mənada  internet  iqtisadiyyatı  iqtisadi,  sosial  və  mədəni  sahələrdə 
fəaliyyətin təşkili zamanı internet və İKT-nin əsas vasitə kimi tətbiq edilməsi 
ilə  əlavə  dəyərin  yaradılmasıdır.  Daha  dəqiq  anlamda  isə  internet  iqtisadiy-
yatı məhsul və xidmətlərin istehsalı, alqı-satqı, çatdırma və istehlakın internet 
üzərindən həyata keçirilməsidir [3].
Bu  sahənin  dərindən  öyrənilməsi  üçün  bir  sıra  elmi-tədqiqat  mərkəzləri, 
o cümlədən Texas Universitetinin “Elektron Ticarət və Tədqiqat üzrə Mərkəzi” 
tərəfindən araşdırmalar aparılmışdır. Sözügedən Mərkəzin tədqiqatları göstərir 
ki,  internet  iqtisadiyyatının  işləmə  mexanizmi  aşağıdakı  dörd  seqmentdən 
ibarət konseptual struktura söykənir:
i)  Fiziki (internet) infrastruktur - Net və Veb üçün şəbəkə təchizatı, proqram 
təminatı (software), texniki vasitə və qurğular (hardware);
ii)  İnternet-tətbiqlər (applications) infrastrukturu - Veb əməliyyatların həyata 
keçirilməsi üçün proqram məhsulları və bu əməliyyatların təkmilləşdirilməsi 
üçün məsləhət xidmətləri;
iii) İnternet-vasitəçilik fəaliyyəti - satıcı və alıcı arasında e-ticarət əlaqələrinin 
və əməliyyatların baş tutması üçün imkanların yaradılması və vebkontentin 
təşkili;
Rəqəmsal iqtisadiyyatı 
formalaşdırmaqla əlavə dəyər  yaradır.
ÜDM-in artımında əlavə vasitə 
rolunu oynayır.
Sosial kapital formalaşdırır.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə