Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə32/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   28   29   30   31   32   33   34   35   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
90 
pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilə  nisbətən 1,6 dəfə artaraq 
2,6 milyon manat təşkil etmişdir [10]. Bu da 2013-cü ilin eyni dövründə ölkədə 
pərakəndə ticarət (19,7 milyard) üzrə əhali tərəfindən onlayn rejimi vasitəsilə 
sifariş verilən istehlak mallarının həcmində 0.013% artım təşkil etmişdir. Bunun-
la yanaşı, ölkədə internet iqtisadiyyatının həcmində yaranan artım meyillərini 
son beş ildə bu sektorda yaranmış gəlirlərin təhlilindən də görmək olar. Belə 
ki, bu dövrdə internet sektorunda yaranmış gəlirlərin həcmi təxminən 4 dəfə 
artaraq 2012-ci ildə 121.5 milyon ABŞ dollarına çatmışdır.
Şəkil 4. Son beş ildə Azərbaycanda internet sektorunun gəlirləri, mln. ABŞ dolları
Mənbə: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
4.  Azərbaycanda milli internet iqtisadiyyatının formalaşması 
üçün dövlət tərəfindən həyata keçirilən infrastruktur islahatları
İnternet iqtisadiyyatının ölkə iqtisadiyyatında kiçik rəqəmlərlə ifadə olun-
masına baxmayaraq, bu sahənin inkişafı dövlətin iqtisadi siyasətinin prioritet 
istiqamətlərindən biridir. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “İn-
formasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi 
müəyyən edəcək, təmin edəcəkdir. İnformasiya-kommunikasiya texnologiya-
ları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir” [11]. Bu 
çağırışdan irəli gələrək, ölkədə rəqəmsal iqtisadiyyata doğru müvafiq infrast-
ruktur  islahatları  aparılmış,  internetə  çıxış  imkanları  yaxşılaşdırılmış,  əhalinin 
kompüterləşməsi və informasiyalaşması sahəsində davamlı dövlət proqramları 
həyata  keçirilmiş,  e-hökumət,  e-imza,  e-ticarət,  e-vergi,  e-ödəniş  xidmətləri 
genişləndirilmiş, elektron ödəniş imkanları və milli ödəniş sistemi yaradılmış, 
informasiya sistemləri və şəbəkələrinin təhlükəsizliyini təmin edən institusio-


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
91
nal və elektron ticarət sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün 
normativ-hüquqi baza formalaşdırılmışdır. Bununla yanaşı, internet iqtisadiy-
yatı sahəsində elmi-texniki bazanın təşkili, yeni və yüksək texnologiyaların milli 
iqtisadiyyata inteqrasiyası, o cümlədən elmi-tədqiqat işlərinin və innovasiyala-
rın tətbiqinin genişləndirilməsi məqsədilə davamlı maliyyə resursları müəyyən 
edilmişdir.
Yuxarıda sadalanan istiqamətlər üzrə həyata keçirilən tədbirləri aşağıdakı 
ardıcıllıqla təhlil edək.
A) Əhalinin internetə çıxış imkanları
Məlumatların ötürülməsi üçün ölkənin bütün ərazisini əhatə edən şəbəkə 
infrastrukturu qurulmuş, bütün rayon mərkəzlərini və kəndlərin təqribən 50%-
ni vahid şəbəkədə birləşdirən “AzDataCom”, “Deltatelekom” və “Azərtelekom” 
şəbəkəsi yaradılmışdır. Hal-hazırda əhalinin 85%-ni internetə çıxış imkanı ilə 
təmin edəcək “Evlərə optika” prinsipinə əsaslanan, ucqar kəndlər də daxil ol-
maqla, ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli (10-100 Mb/s) və 
genişzolaqlı  internet  xidmətlərini  verən  optik  şəbəkənin  qurulması  layihəsi 
həyata keçirilir [12]. 
Avrasiya  regionunda  telekommunikasiya  operatorları  üçün  topdansatış 
şəbəkə, daha sürətli şəbəkə üzərindən məlumat ötürülməsi və yüksək tutumlu 
video paylaşma, internet mübadilə mərkəzləri, həmçinin bulud texnologiyaları 
üçün optimal infrastrukturun yaradılması kimi konsepsiyalara əsaslanan Avro-
pa ilə Asiyanı birləşdirəcək telekommunikasiya tranzit xətti - “Trans-Avrasiya 
Super İnformasiya Magistralı” layihəsi irəli sürülmüş, bu istiqamətdə konsorsi-
umun yaradılması üçün Azərbaycan, Rusiya, Türkiyə, Çin və Qazaxıstan tərəfini 
təmsil edən telekommunikasiya operatorları arasında anlaşma memorandu-
mu  imzalanmışdır  [13].  Bununla  yanaşı,  Azərbaycan  Avropa  ilə  Yaxın  Şərqi 
birləşdirəcək “Avropa-Yaxın Şərq Yüksəksürətli İnformasiya Magistralı” (EPEG) 
layihəsinin də iştirakçısıdır.
Yerüstü genişzolaqlı internet infrastrukturu ilə yanaşı, ölkədə peyk rabitəsi 
vasitəsilə genişzolaqlı internet xidmətlərinin göstərilməsi istiqamətində də iş 
aparılmış, “Azerspace-1” telekommunikasiya peyki orbitə çıxarılmışdır.
İnternet infrastrukturunun inkişafı sahəsində aparılan islahatlar nəticəsində 
son beş ildə (2008-2012-ci illər) ay ərzində internetdən 20 saatlıq istifadə üçün 
orta tarif 2.1 manatdan 1.4 manata, internetdən istifadə tarifinin adambaşına 
düşən orta aylıq miqdarının ümumi milli gəlirə nisbəti 0.9%-dən 0.3%-ə düş-
müş [10], nəticədə 100 internet istifadəçisinə düşən beynəlxalq internet kana-
lının tutumu 12.9 dəfə artaraq 324 kbit/s-dən 4187 kbit/s-yə, beynəlxalq in-
ternet kanallarının ümumi həcmi isə 2012-ci illə müqayisədə 10 Gbit/s artaraq 
2013-cü ildə 210 Gbit/s-yə çatmışdır. 2008-2012-ci illər ərzində müvafiq ola-
raq internetə çıxışı olan ev təsərrüfatlarının bütün ev təsərrüfatlarında xüsusi 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
92 
çəkisi 30.2%-dən 64.4%-ə çatmış [10], əhalinin hər 100 nəfərinə düşən internet 
istifadəçilərinin sayı 2 dəfə, genişzolaqlı internet xidməti istifadəçilərinin sayı 
isə 7 dəfə artmışdır [15]. 2014-cü ilin birinci rübünün yekununa əsasən, hazırda 
ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı 
internet istifadəçilərinin sayı isə 55-ə bərabərdir [14].
Şəkil 5.  2014-cü ilin birinci rübünün yekununa əsasən, əhalinin hər 100 
nəfərinə düşən internet və genişzolaqlı internet istifadəçilərinin sayının 
dəyişməsi
Şəkil 6.  2014-cü ilin birinci rübünün yekununa əsasən, Azərbaycanda 
beynəlxalq internet kanalının dəyişməsi, Gbit/s-lə
Mənbə: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
B) Əhalinin kompüterləşməsi və informasiyalaşması
Azərbaycanda ümumtəhsil məktəblərinin İKT ilə təminatı, o cümlədən təhsil 
sisteminin informasiyalaşdırılması məqsədilə xüsusi dövlət proqramları həyata 
keçirilmişdir. Belə ki, birinci Dövlət Proqramı (2005-2007-ci illər) çərçivəsində 
ölkədə fəaliyyət göstərən 4562 ümumtəhsil məktəbinin 82 faizi, 107 texniki 
peşə müəssisəsinin 42 faizi, 56 dövlət orta ixtisas təhsil müəssisəsinin 91 fa-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə