Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə31/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   27   28   29   30   31   32   33   34   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
87
iv) İnternet-kommersiya fəaliyyəti - məhsul 
və xidmətlərin birbaşa alıcılara satılması.
Tədqiqatlar  göstərir  ki,  internet  iqtisa-
diyyatı  informasiya  cəmiyyətinin  inkişaf 
etdiyi  ölkələrdə  daha  geniş  yayılmışdır  və 
dinamik inkişaf meyillərinə malikdir. Belə ki, 
2010-cu ildə “Böyük-20”lik  ölkələrində in-
ternet iqtisadiyyatının ümumi həcmi 2,3 tril-
yon ABŞ dollarına çataraq, həmin ölkələrdə 
ÜDM-in 4.1%-ni təşkil etmişdir. Sözügedən 
ölkələrdə internet iqtisadiyyatının həcminin 
2016-cı  ildə  4.1  trilyon  ABŞ  dollarına  çat-
ması  proqnozlaşdırılır.  Bu  da  ümumilikdə 
bu ölkələrdəki ÜDM-in 5.3%-ni təşkil etmək 
deməkdir [5].
Yuxarıdakı 
konseptual 
struktu-
ra  əsasən  qeyd  etmək  olar  ki,  elektron 
ticarət  (e-ticarət)  internet  iqtisadiyyatı  mexanizminin  işləməsi  üçün  əsas 
elementlərdən  biridir.  Yəni  e-ticarət  ilk  növbədə  məhsul  və  ya  xidmətlərin 
satışının həyata keçirilməsi üçün onlayn biznes fəaliyyəti kimi başa düşülür. 
Bu  o  deməkdir  ki,  onlayn  biznes  zamanı  ticarət  edən  tərəflər  (alıcı-satıcı) 
ənənəvi üsuldan çox elektron sövdələşmə üsuluna üstünlük verərək alqı-satqı 
əməliyyatlarını daha çox internet vasitəsilə həyata keçirirlər. Belə ki, ənənəvi 
ticarətdən  fərqli  olaraq  məhsul  və  xidmətlərdən  istifadə,  onlara  aid  sahib-
karlıq  hüquqları,  o  cümlədən  alqı-satqı  və  ödəniş,  adətən,  onlayn  rejimdə 
həyata keçirilir. Bu fenomen yeni texnoloji inkişafla bağlı olduğu üçün daha 
mükəmməl tərifə malik deyil. Amma müasir texnoloji inkişafı nəzərə alaraq 
e-ticarəti  daha  uyğun  anlayış  kimi  belə  ifadə  etmək  olar:  E-ticarət  biznes 
fəaliyyətində elektron kommunikasiya və rəqəmsal informasiya texnologiya-
larından istifadə etməklə əlavə dəyərin yaradılması üçün təşkilatlar, təşkilat 
və  fərdlər  arasında  qarşılıqlı  əlaqələrin  yaradılması,  ötürülməsi  və  inkişaf 
etdirilməsi  üzrə  fəaliyyətdir  [6].  Bu  baxımdan,  iqtisadi  əlaqələrin  internet 
mühitində  formalaşdırılması,  genişləndirilməsi  və  inkişaf  etdirilməsi  üçün 
e-ticarətin biznes-biznes (B2B), biznes–müştəri (B2C), biznes-hökumət (B2G) 
və müştəri-müştəri (C2C) kimi növləri mövcuddur.
Tim Berners-Li tərəfindən Ümumdünya İnternet Şəbəkəsinin (World Wide 
Web)  yaradılması  ilə  Books.com,  Amazon.com,  Walmart.com,  eBay.com 
və  s.  bu  kimi  e-ticarət  saytları  fəaliyyətə  başlamış,  e-ticarət  vasitəsilə  aparı-
lan  əməliyyatlar  sürətlə  inkişaf  edərək  qlobal  miqyas  almışdır.  “eMarketer” 
şirkətinin bu sahədə apardığı tədqiqatlar göstərir ki, 2011-ci ildə dünya üzrə 
aparılmış e-ticarətin həcmi 893.33 milyard ABŞ dolları idisə, 2012-ci ildə bu 
rəqəm 1.08875 trilyona çataraq 21.9% artımla nəticələnmişdir [7].
Geniş mənada internet 
iqtisadiyyatı iqtisadi, sosial və 
mədəni sahələrdə fəaliyyətin 
təşkili zamanı internet və 
İKT-nin əsas vasitə kimi 
tətbiq edilməsi ilə əlavə 
dəyərin yaradılmasıdır. Daha 
dəqiq anlamda isə internet 
iqtisadiyyatı məhsul və 
xidmətlərin istehsalı, alqı-
satqı, çatdırma və istehlakın 
internet üzərindən həyata 
keçirilməsidir.


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
88 
Şəkil 2. Qlobal regionların 2012-ci il üzrə e-ticarətdəki pay bölgüsü
Mənbə:  http://www.internetretailer.com  saytına  istinadən  müəllif  tərəfindən 
hazırlanmışdır.
Araşdırmalar  göstərir  ki,  internet  iqtisadiyyatı  informasiya  cəmiyyətinin 
inkişaf meyilləri ilə sıx bağlı olduğu üçün genişzolaqlı internetə çıxış imkan-
ları,  elektron  hökumətin  tətbiqi,  informasiya  sistemlərinin  və  şəbəkələrinin 
təhlükəsizliyi, İKT sahəsində bilik, bacarıq və məşğuliyyət, rəqəmsal texnolo-
giyaların biznesə geniş tətbiqi, tədqiqat və inkişaf (R&D) proqramları, rəqəmli 
resurslar və elektron ödəniş sistemi və s. imkanlar onun formalaşmasında mü-
hüm təsirlərə malikdir. Bunlarla yanaşı, bu sektorun genişlənməsi üçün intel-
lektual resurslar, rəqəmsal məhsul və xidmətlər bazarı, müvafiq normativ hü-
quqi baza, o cümlədən dövlət siyasəti mühüm əhəmiyyət kəsb edir. 
3.  Azərbaycanda milli internet iqtisadiyyatının 
mövcud vəziyyəti 
Azərbaycanda  milli  internet  iqtisadiyyatı  son  doqquz  ildə  formalaşmağa 
başlamış,  e-ticarətin  rəsmi  anlayışı  2005-ci  ildə  e-ticarət  haqqında  qanun-
vericiliyin  tətbiqindən  sonra  müəyyən  edilmişdir.  Mövcud  qanunvericiliyə 
görə,  e-ticarət  (i)  iştirakçıların  hüquqi  bərabərliyi,  iradə  sərbəstliyi,  əmlak 
müstəqilliyi, (ii) mülkiyyətin toxunulmazlığı, (iii) müqavilə azadlığı, (iv) sahib-
karlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi, (v) azad və ədalətli rəqabət, (vi) 
malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti və (vii) hüquq-
ların  məhkəmədə  müdafiəsinə  təminat  verilməsi  prinsiplərinə  uyğun  olaraq 
informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin 
göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir [8].


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
89
Azərbaycanda  milli  e-ticarətin  baş  tutması  üçün  ilk  onlayn  ödəniş  sis-
temi  2008-ci  ildə  “Silverkey  Azərbaycan”  şirkəti  tərəfindən  yaradılmışdır. 
Şirkətin təklif etdiyi “GoldenPay” sistemi vasitəsilə aşağıdakı istiqamətlər üzrə 
ödənişlərin həyata keçirilməsi mümkündür:
Şəkil 3.  “GoldenPay” sistemi vasitəsilə həyata keçirilən ödənişlər
 Mənbə: http://goldenpay.az saytına əsasən müəllif tərəfindən tərtib edil-
mişdir
Yuxarıda qeyd edilən istiqamətlər üzrə təkcə “GoldenPay” sistemi vasitəsilə 
öz  mal  və  xidmətlərini  satışa  çıxarmaq  istəyən  şirkətlərin  sayı  200-ə  yaxın-
laşmış,  bu  sistemlə  işləyən  www.hesab.az  internet  ödəmə  resursuna  kütləvi 
ödəmə xidmətləri göstərən 25-dən artıq böyük şirkət və 15 mindən artıq aktiv 
istifadəçi  qoşulmuşdur  [9].  Bu  sistemlə  www.topshop.az,  www.shop-az.com, 
www.besmart.az, www.shopera.az, www.kitabevim.az, www.modshop.az, www.
bakuelectronics.az,  www.florist.az,  www.yarmarka.az,  www.jewels.az,  www.er-
zag.com,  www.maqazin.az,  www.bestshop.az,  www.shoping.az  və  s.  onlayn 
rejimdə məhsul və xidmətlər təklif edən yerli internet saytları mövcuddur. 
Azərbaycanda e-ticarətin dövriyyəsinin həcmi ilə əlaqədar rəsmi açıqlama-
lar göstərir ki, ölkə üzrə pərakəndə ticarət şəbəkəsində satılmış istehlak mal-
larının həcmində sözügedən sektorun payı çox cüzi rəqəmlərlə ifadə olunur. 
Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər salsaq görərik ki, 2012-ci 
ildə ölkə üzrə pərakəndə əmtəə dövriyyəsində e-ticarətin dövriyyəsinin həcmi 
1.599.800 manat təşkil etmişdir. Bu rəqəm 2012-ci ildə ümumilikdə ölkə üzrə 
pərakəndə ticarət şəbəkəsində satılmış istehlak mallarının həcmində (17,6 mil-
yard) 0.009% təşkil etmişdir. Lakin buna baxmayaraq, bu sahədə tendensiya 
artım nümayiş etdirir. Belə ki, 2013-cü ilin rəsmi statistikasına əsasən, elektron 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə