Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə33/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   29   30   31   32   33   34   35   36   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
93
izi, ali məktəblərin isə hamısı kompüter avadanlığı ilə təmin olunmuşdur. Bu 
dövrdə  pedaqoji  kadrların  İKT  üzrə  hazırlığı  da  diqqət  mərkəzində  olmuş, 
ümumtəhsil məktəblərində 12232 nəfər müəllim, dövlət ali məktəblərinin 391 
nəfər professor-müəllim heyəti İKT-yə dair xüsusi hazırlıq kursları keçmiş, təhsil 
müəssisələrinin internetə qoşulması təmin edilmişdir [16].
Sözügedən istiqamətdə işlərin davam etdirilməsi məqsədilə ikinci Dövlət 
Proqramı  (2008–2012-ci  illər)  çərçivəsində  təhsil  müəssisələrinə  5565  ədəd 
stolüstü kompüter, 1640 ədəd noutbuk paylanmış, ümumtəhsil məktəblərində 
104406 nəfər müəllim heyəti İKT-yə dair xüsusi hazırlıq kurslarından keçmişdir 
ki, bu da pedaqoji kadrların 69%-ni təşkil etmişdir.
Bundan  əlavə,  2009-cu  ildən  başlayaraq  ölkədə  orta  məktəblərin 
müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri üçün 
bazar qiymətlərindən 25%-40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə fa-
izsiz kredit şərti ilə kompüterlər almaq imkanı verən “Xalq kompüteri” layihəsi 
həyata keçirilir.
Ç) E-hökumət infrastrukturunun yaradılması
Ölkə  başçısı  tərəfindən  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  inki-
şafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya 
(2003-2012-ci  illər)”  çərçivəsində  Azərbaycan  Respublikasında  rabitə  və  in-
formasiya  texnologiyalarının  inkişafı  üzrə  2005-2008-ci  illər  və  2010-2012-
ci  illər  üçün  Dövlət  Proqramları  (Elektron  Azərbaycan)  həyata  keçirilmişdir. 
Nəticədə, sosial-iqtisadi fəaliyyətin internet məkanında təşkilinə imkan verən 
elektron hökumət (www.e-gov.az), elektron imza (www.e-imza.az) və elektron 
ticarət  (www.b2b.az)  portalları  yaradılmışdır.  Hazırda  Azərbaycanda  elektron 
hökumət portalı vasitəsilə əhali və sahibkarlıq subyektlərini əhatə edən 282 
növ  e-xidmət  mövcuddur.  Bu  portalda  kənd  təsərrüfatı,  tikinti,  İKT,  turizm, 
səhiyyə, istirahət və əyləncə, təhsil, biznes və maliyyə xidmətləri, nəqliyyat və 
sənaye sahələrində alqı-satqı təkliflərinin yerləşdirilməsi mümkündür.
Ölkədə  elektron  biznes  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  elektron 
bəyannamələr,  ƏDV  depozit  hesabları,  elektron  hesab  fakturaları,  elektron 
qeydiyyat  və  mobil  imza  layihələri  həyata  keçirilmiş,  İnternet  Vergi  İdarəsi 
(www.e-taxes.gov.az),  “elektron  vergi  hesab-fakturası”,  “onlayn  kargüzar-
lıq”,  “e-bəyannamələr”,  fərdi  sahibkarın  və  kommersiya  hüquqi  şəxslərin 
“e-qeydiyyat” alt sistemləri yaradılmışdır. 
C) Elektron ödəniş imkanları və milli ödəniş sistemləri
Azərbaycan  Mərkəzi  Bankı  tərəfindən  beynəlxalq  təcrübə  əsasında  Milli 
Ödəniş Sisteminin (MÖS) təşkili və inkişafı istiqamətində geniş islahatlar apa-
rılmış, bütün ölkə üzrə vahid elektron ödəniş məkanının yaradılması zərurəti 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
94 
nəzərə  alınaraq,  Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü  il  9  dekabr 
tarixli  Fərmanı  ilə  “Azərbaycan  Respublikasında  Milli  Ödəniş  Sisteminin  in-
kişafı  üzrə  2005-2007-ci  illər  üçün  Dövlət  Proqramı”  təsdiq  edilərək  həyata 
keçirilmişdir.  Bundan  əlavə,  2008-ci  ildən  etibarən  Kütləvi  Ödənişlər  üzrə 
Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılaraq istismara verilmişdir. Hazır-
da ölkədə “AzeriCard”, “MilliKart” və “KapitalKart” milli prosessinq sistemləri 
mövcuddur ki, hər üç sistem internet vasitəsilə ödənişlərin təhlükəsiz aparıl-
ması  məqsədilə  “3-D  Secure”  texnologiyalarının  tətbiqi  nəticəsində  Master-
Card və VISA təşkilatlarında müvafiq olaraq “SecureCode” və “VerifiedbyVISA” 
üzrə sertifikasiyadan keçmişdir. Bu da kart sahibləri və pərakəndə ticarət, iaşə 
və digər xidmət müəssisələri üçün ödənişlərin tam təhlükəsizliyini təmin edir.
Cədvəl 1.  2012-ci il tarixinə ölkədə kart prosessinq sistemi üzrə bölgü
Kart prosessinq sistemi 
Xidmət olunan 
bankların sayı
Ödəniş kartlarının sayı
AzeriCard
29
2197686
MilliKart
10
247351
KapitalCard
1
2207798
Cəmi:
4 652 835
Mənbə: Azərbaycan Mərkəzi Bankı
Ödəniş kartlarının emissiya və istifadəsinin tənzimlənməsi, habelə ödəniş 
kartları üzrə risklərin idarə olunması məqsədilə Mərkəzi Bank tərəfindən xü-
susi  normalar  müəyyən  edilərək,  “Ödəniş  kartlarının  emissiyası  və  istifadə 
Qaydaları” təsdiq edilmişdir. Bu normalar əsasında ölkədə fəaliyyət göstərən 
banklar tərəfindən “VisaInt.”, “MasterCardWorldwide”, “American Express”, “Di-
nersClub” kimi təşkilatlara məxsus beynəlxalq ödəniş kartları və həmçinin lokal 
ödəniş kartları emissiya olunur [17].
Dövlət  tərəfindən ödəniş  infrastrukturunun inkişaf etdirilməsi və  elekt-
ronlaşdırma  istiqamətində  aparılan  davamlı  siyasət  nəticəsində  nağdsız  və 
elektron hesablaşmaların həyata keçirilməsinə imkan verən ödəniş sistemləri 
təkmilləşdirilmiş,  bu  sahədə  sabitlik  təmin  edilmişdir.  Mərkəzi  Bankın  
məlumatlarına əsasən, 2013-cü ildə elektron ödənişlərin həcmi ÜDM-in 2 mis-
lini ötüb keçmişdir [18].
D) İnformasiya sistemləri və şəbəkələrinin təhlükəsizliyi
Bu istiqamətdə bir sıra addımlar atılmış, ölkəmiz “Fərdi məlumatların avto-
matlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” 
1981-ci il yanvarın 28-də Strasburq şəhərində və “Kibercinayətkarlıq haqqın-


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
95
da” 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış konvensiyala-
ra  qoşulmuşdur.  Bundan  əlavə,  kibertəhlükəsizlik  sahəsində  aparılan  dövlət 
siyasətinin  aşağıdakı  istiqamətlər  üzrə  effektiv  təşkili  məqsədilə  Azərbaycan 
Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanı 
ilə  Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyinin  yanında  Elektron 
Təhlükəsizlik Mərkəzi (www.cert.az) yaradılmışdır. Bu Mərkəzin əsas fəaliyyət 
dairəsinə aşağıdakı məsələlər daxildir:
►  kibertəhlükəsizlik  sahəsində  informasiya  infrastrukturunun  subyektlərinin 
fəaliyyətinin koordinasiyası;
►  informasiya  sistemləri  və  şəbəkələrinin,  kompüter  avadanlıqları  və  on-
ların  proqram  təminatının,  lokal  və  korporativ  informasiya  sistemləri  və 
ehtiyatlarının  təhlükəsizliyinə  qarşı  yönəldilmiş  kiberhücumlar,  qanun-
suz  müdaxilələr,  ziyanverici  proqramlar  barədə  istifadəçilərdən,  proqram 
təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki ana-
loji strukturlardan və digər mənbələrdən daxil olan məlumatların toplanıl-
ması və təhlili;
►  mövcud  və  yarana  biləcək  elektron  təhlükələr  barədə  ölkə  səviyyəsində 
məlumatlandırmanın  həyata  keçirilməsi,  kibertəhlükəsizlik  sahəsində 
istifadəçilərin maarifləndirilməsi;
►  elektron  təhlükələrin  qarşısının  alınması  istiqamətində,  o  cümlədən 
istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə 
təlimatların  hazırlanması,  onlara  tövsiyələr  verilməsi,  metodiki  dəstəyin 
göstərilməsi;
►  ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi 
ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
E)  İnternet  mühitində  yaranan  münasibətlərin  tənzimlənməsi  üzrə 
normativ-hüquqi baza
İnternet mühitində iqtisadi fəaliyyətin təşkili zamanı qarşılıqlı münasibətlərin 
hüquqi tənzimlənməsi məqsədilə müvafiq hüquqi baza yaradılmış və aşağıda-
kı vacib normativ-hüquqi sənədlər qəbul edilmişdir:
●  Fərdi  məlumatların  toplanılması,  işlənilməsi  və  mühafizəsi  ilə  bağlı 
münasibətlərin, milli informasiya məkanının fərdi məlumatlar bölümünün 
formalaşdırılması,  habelə  fərdi  məlumatların  transsərhəd  ötürülməsi  ilə 
əlaqədar məsələləri tənzimləyən, o cümlədən bu sahədə fəaliyyət göstərən 
dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və 
vəzifələrini müəyyən edən “Fərdi məlumatlar haqqında” Azərbaycan Res-
publikasının Qanunu;
●  Elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd 
dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin 
hüquqlarını  müəyyən  edən,  onların  arasında  yaranan  münasibətləri 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə