Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə23/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   19   20   21   22   23   24   25   26   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
64 
XIX  в.  /  Bakı  Dövlət  Universitetinin  90  illik  yubileyi  münasibətilə  tarix  fakültəsi 
əməkdaşlarının  elmi-praktik  konfransının  materialları.  Bakı:  Bakı  Universiteti 
Nəşriyyatı, 2009, s.403-406.   
6.  Парсамян В.А. История армянского народа. 1801-1900 гг. Ереван: Издательство 
Айастан, 1972, 398 c.
7.  Erkan S. Çarlık Rusyası ve Sovyetler Birliği Döneminde Etnik Sürgünler // Uluslararası 
Suçlar ve Tarih, Ankara, Yaz 2006, sayı-1, s. 155-173.
8.  Büyük Petro ve Osmanlı İmperatorluğu. İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 
1993, -60 s.  
9.  Ramazan Ç. Alman Kaynaklarına Göre II Abdulhamid Döneminde Ermeni Olayları. 
Ankara: T. C. Kültür Bakanlığı Kültür eserleri Yayınları, 2000, -226 s.
10. Восточный вопрос во внешней политике России. Конец XVIII-нацало XX в. М.: 
Наук, 1978, -434 c.
Ziyad Amrahov
Territories of Ottoman’s and South Caucasus’s in the prism of the same 
problem: Armenian Question and Russia’s factor
In the article, the “Armenian question”, which Ottoman Empire and Azer-
baijan both faced  have been analysed. The political ambitions of the Tsarist 
Russia in the Ottoman Empire and in the South Caucasus have been studied 
attentively and proven by the author. From the comparative analysis of sources 
and historical literature it has been known that the Tsarist Russia expansionist 
policy towards Azerbaijan’s and Ottoman’s territories was contined in similar 
scenarios. Disguising its economic and political interests in the umbrage of 
Armenian question. The Tsarist Russia firstly created a “reliable ethnic base” 
on the territory of Azerbaijan, and disguised his plans, which were intended to 
occupy Black Sea, Bosphorus and Dardanelles and also Iskenderun Bay with 
the slogans “the struggle to rescue  Christians from the oppression of Muslim 
Turkey”.  
Зияд Амрахов
Территория Южного Кавказа и Османской империи в призме 
схожих проблем: российский фактор в “армянском вопросе”
В статье исследуется так называемый “армянской вопрос”, с которой 
столкнулись Азербайджан и Османская империя. В этом контексте тща-
тельно изучаются политические игры Царской России на Южном Кавка-
зе и на территориях Османской империи. Посредством сравнительного 
анализа источников и исторической литературы становится известно, что 
экспансионистская  политика  Царской  России  использовала  армянский 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
65
фактор для реализации своих сценариев.  Маскируя свои экономические 
и политические интересы под прикрытием “армянского вопроса” царская 
Россия во-первых, создала “надежную этническую базу” на территории 
Азербайджана, под лозунгом “спасения христиан от гнета мусульманской 
Турции”, стремилась занять все побережье Черной мори, проливы Бос-
фор и Дарданеллы, а также залив Искендерун.


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
66 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
67
MİLLİ  İQTİSADİ 
VƏ İDARƏETMƏ 
SİSTEMLƏRİNİN
AKTUAL MƏSƏLƏLƏRİ  


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
68 
Milli intellektual 
resursların üfüqi 
idarə edilməsinin 
metodoloji aspektləri


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
69
Açar sözlər: intellektual resurs, təşkilatlanma, üfüqi idarəetmə, idarəetmə 
subyekti, idarəetmə obyekti, korporativ maraqlar
Key  words:  intellectual  resources,  organization,  horizontal  management, 
Subject of management, facility management, corporate interests
Ключевые  слова:  интеллектуальные  ресурсы,  организация,  горизон-
тальное управление, субьект управления, объект управления, корпора-
тивные интересы
Milli intellektual 
resursların üfüqi 
idarə edilməsinin 
metodoloji aspektləri
Mətləb 
MAHMUDOV
AMEA Fəlsəfə, Sosiologiya və 
Hüquq İnstitutunun
aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru
m_mahmudov@yahoo.com


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
70 
Bildiyimiz  kimi,  istənilən  cəmiyyətdə  insan  resurslarının  idarə  olunması 
nə qədər məsuliyyətli olsa da, bir o qədər də ağır prosesdir. Bir çox hallarda 
bu ehtiyatların diversifikasiyasını həyata keçirmək də mümkün deyil. Belə ki, 
müasir  dövrdə  insan  resurslarının  müxtəlif  tərkibliliyi  bu  prosesləri  daha  da 
çətinləşdirir. Bu resursların içərisində intellektual, əqli əməklə məşğul olanların 
idarə olunması daha mürəkkəb, daha məsuliyyətli bir vəzifədir. Güman etmək 
olar ki, intellektual əmək sahibləri məntiqi düşüncə, dərrakə səviyyələrinə görə 
idarəetmə  prosesinin  müəyyən  şərtlərinə  asanlıqla  uyğunlaşmaq  qabiliyyəti 
olanlardır.  İlk  baxışdan  bunu  onların  davranışlarında,  həyat  tərzlərində 
müşahidə etmək mümkündür. Lakin təcrübə bu prosesin elə də asan olmadı-
ğını göstərir.
İntellektual  resursların  idarə  edilməsi  prosesinin  təhlili  ilk  növbədə 
bu  obyektin  sosial  mahiyyətini,  sosial  strukturunu,  formalaşma  və  inkişaf 
xüsusiyyətlərinin öyrənilməsi zərurətini ortaya qoyur. Eyni zamanda, intellek-
tual resursların sosial mahiyyətinin açıqlanmasına ehtiyac vardır.
İntellektual resurslar dedikdə cəmiyyətin əqli əmək sahibləri nəzərdə tutu-
lur. Bununla yanaşı, burada əqli əmək sahiblərinin də müxtəlifliyini nəzərdən 
qaçırmaq olmaz. 
Müasir dövrdə intellektual resursların artımına olan tələbat dəfələrlə yüksək 
tribunalardan səsləndirilmiş, cəmiyyətin diqqət mərkəzində olan mühüm bir 
vəzifə kimi vurğulanmışdır. Bu baxımdan cəmiyyətin elmi potensialının inkişaf 
etdirilməsinə olan diqqət ümummilli lider Heydər Əliyevin alim və ziyalılarımız-
la görüşlərində dəfələrlə diqqət mərkəzinə 
gətirilmiş,  onun  apardığı  siyasətin  layiqli 
davamçısı  respublikamızın  dövlət  başçısı 
İlham  Əliyevin  Milli  Elmlər  Akademiyasının 
60  illiyinə  həsr  olunmuş  14  dekabr  2005-
ci  il  tarixində  keçirilmiş  təntənəli  yığıncaq-
da söylədiyi nitqində bir daha öz təsdiqini 
tapmışdır.  O  bildirmişdir  ki,  “inkişaf  etmiş 
ölkələrin  təcrübəsinə  nəzər  salsaq,  onu  da 
görəcəyik  ki,  nə  təbii  ehtiyatlar,  nə  coğrafi 
vəziyyət yox, məhz intellektual potensial, elmin səviyyəsi o ölkələrin tərəqqisini 
müəyyən və təmin edir, ölkəni inkişaf etmiş ölkəyə çevirir” [1]. 
Bu baxımdan, dövlətimizin əldə etdiyi uğurlarla yanaşı, müasir dövrün ça-
ğırışları bilik iqtisadiyyatının prioritet təşkil etməsini, bu uğurların innovativ xa-
rakter almasını qarşımıza vacib bir vəzifə kimi qoyur.
Tarixi  təcrübə  həqiqi  innovasion  tələbatın  etibarlı  formada  ödənilməsi, 
yeniləşmə  istəyində  olan  cəmiyyətdə  pozitiv  mahiyyət  daşıyan  dəyişikliklər 
prosesində baş verməsini, insan həyatının elmi əsaslara, intellektual resursla-
ra arxalandığını göstərir. Sözsüz ki, burada söhbət “öz şirəsində qaynamaq-
dan”  getmir.  Əlbəttə  ki,  “yeni  velosiped”  kəşfi  intellektual  varlığın  devizinə 
çevrilməməlidir.  Artıq  dünya  xalqları  tərəfindən  əldə  edilmiş  elmi  kəşflər  və 
uğurlardan, onların töhfələrindən yan keçmək də mümkün deyil. Bütün bun-
larla yanaşı, ölkənin real elmi elitasının formalaşması, onun real iqtisadi bilik 
İntellektual resurslar dedikdə 
cəmiyyətin əqli əmək sahibləri 
nəzərdə tutulur. Bununla 
yanaşı, burada əqli əmək 
sahiblərinin də müxtəlifliyini 
nəzərdən qaçırmaq olmaz. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə