Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə20/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   16   17   18   19   20   21   22   23   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
58 
“müvəqqəti  idarə”  təşkil  etdi.  Türkmənçay  müqaviləsi  bağlandıqdan  son-
ra  Naxçıvan  və  İrəvan  xanlıqlarının  idarəçiliyi  dəyişdirildi.  Çar  I  Nikolayın 
21  mart  1828-ci  il  tarixli  sərəncamı  ilə  həmin  xanlıqlar  əsasında  “Erməni 
vilayəti” adlı müvəqqəti inzibati-idarə vahidi yaradıldı [1, s.15]. Göründüyü 
kimi, çar hökumətinin tarixi Azərbaycan torpaqları əsasında “Erməni vilayəti” 
yaratması ilə I Pyotrdan başlayaraq ermənipərəst siyasətin həyata keçirildi-
yi təsdiq olundu. Bununla da çar hökuməti tarixi planlarına uyğun olaraq, 
həm də özünə “etibarlı etnososial baza” yaratmış olurdu. Əslində, bu bazanı 
yatarmaq niyyətinin arxasında gizli məqamlar da var idi. Tarixi əsərlərdən 
məlum olur ki, I Pyotrun dövründə “açıq əməkdaşlıq” formasına qədəm qo-
yan bu münasibətləri ruslar daha çox iqtisadi və siyasi məqsədlərini reallaş-
dırmaq üçün göydəndüşmə hesab edirdilər. Belə iqtisadi və siyasi maraqla-
rın qarşısında həm İran, həm də Osmanlı keçilməz bir sədd hesab olunurdu. 
Rusiya “ümumi qüvvələrlə” (İran və Osmanlı nəzərdə tutulur - Z.Ə.) vuruş-
maq üçün yaradacağı etnososial bazadan 
bu  istiqamətdə  uzunmüddətli  proqram-
lar  həyata  keçirmək  üçün  istifadə  etmək 
niyyətində  idi  [2,  s.8].  Göründüyü  kimi, 
Çar  Rusiyası  Cənubi  Qafqazın,  xüsusilə 
Azərbaycanın  işğalında  “yardımçı  qüvvə” 
hesab  etdiyi  erməni  amilindən  bu  və  ya 
digər formada istifadə edirdi.   
Erməni  tarixçisi  V.A.Parsamyana  görə, 
XIX əsrin ikinci yarısında Rusiyada kapitalist 
münasibətlərinin sürətli inkişafı nəticəsində 
burjuaziya  həm  daxili,  həm  də  xarici 
siyasətdə  aktiv  rol  oynayırdı.  Boğazlar  və 
yeni strateji mövqelər uğrunda mübarizə ça-
rizmin xarici siyasətinin əsas məsələlərindən 
biri idi [5, s.403-406; 6, s.267]. Müəllifin də qeydlərindən göründüyü kimi, Çar 
Rusiyasının Osmanlı dövləti ilə bağlı işğalçılıq siyasəti açıq-aydın sezilirdi.
 “Rusiyanın xarici siyasətində Şərq məsələsi. XVIII əsrin sonu - XX əsrin 
əvvəlləri” adlı giriş, 3 bölmə və biblioqrafiyadan ibarət 434 səhifəlik mo-
noqrafiyada  erməni  məsələsinə  ayrıca  fəsil  həsr  edilmişdir.  II  bölmənin 
IV  fəsli  “XIX  əsrin  90-cı  illərində  Yaxın  Şərq  böhranı.  Erməni  məsələsi  və 
dövlətlər”  adlanır.  Əsərdə  XIX  əsrin  90-cı  illərində  Yaxın  Şərqdə  cərəyan 
edən  hadisələrə  münasibət  belə  şərh  olunur:  “90-cı  illərin  ortalarında 
dövlətlərin Uzaq Şərqdəki mübarizəsinin güclənməsi ilə eyni vaxtda Yaxın 
Şərqdə Sultan hökumətinin apardığı siyasətdən irəli gələn yeni münaqişə 
yarandı.  Balkan  yarımadasının  mühüm  əraziləri  üzərindəki  hakimiyyətini 
itirmiş II Əbdülhəmid bunu Osmanlı imperiyasının tərkibində qalmış xalq-
Göründüyü kimi, çar 
hökumətinin tarixi Azərbaycan 
torpaqları əsasında “Erməni 
vilayəti” yaratması ilə I Pyotrdan 
başlayaraq ermənipərəst 
siyasətin həyata keçirildiyi 
təsdiq olundu. Bununla da 
çar hökuməti tarixi planlarına 
uyğun olaraq, həm də özünə 
“etibarlı etnososial baza” 
yaratmış olurdu. 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
59
lara münasibətdə öz şəxsi diktaturasının və zülmünün güclənməsi ilə kom-
pensasiya  etməyə  çalışırdı.  Sultanın  siyasəti  təkcə  xristian  deyil,  həm  də 
müsəlman  əhalisinin  etirazına  səbəb  oldu.  Türkiyənin  Avropa  əyalətlərini 
səyahət edən fransız konsulu həm müsəlmanlar, həm də xristianlar arasında 
“müflisləşmə, dəhşətli dilənçilik hallarının artması” faktlarını qeydə almışdı. 
Konsul qeyd edirdi ki, “bu və digərləri” idarəetməni dəyişmək istəyirlər” [10, 
s.259]. Şübhəsiz, rusiyalı müəlliflər kollektivi tərəfindən yazılmış bu əsərdən 
müsbət nə isə oxumaq yanlışlıq olardı. Ona görə ki, müəlliflər az qala hər 
cümlədə  Rusiyanın  regionda  yeritdiyi  işğalçılıq  siyasətinə  haqq  qazandı-
rır,  bunu  daha  çox  “xristian  həmrəyliyi”  ilə  izah  etməyə  çalışırlar.  Maraq-
lıdır  ki,  əsərdə  Rus-Türk  müharibəsinin  gedişində  ermənilərin  xəyanətləri 
etiraf  edilmişdir:  “Berlin  müqaviləsindən  (bu  haqda  növbəti  fəsildə  ətraflı 
bəhs edilmişdir - Z.Ə.) irəli gələn islahatlar həyata keçirilməmişdi. Make-
doniya,  Fessaliya  və  Kritin  əhalisi  səbrsizliklə  həyatın  yaxşılaşdırılmasını 
gözləyirdilər. İstismar rejimi xüsusilə qeyri-türk xalqları üçün sultan admi-
nistrasiyasının əxlaq norması (!) idi. Türkiyənin erməni əhalisinin vəziyyəti 
xüsusən  ağır  idi.  1877-1878-ci  illər  Rus-Türk  müharibəsində  erməni 
dəstələrinin Rusiya tərəfində iştirak etməsi erməni əhalisinə münasibətdə 
Portanın repressiyalarına gətirib çıxarmışdı. Rusiya ermənilərin hüquqlarını 
artırmağa çalışaraq (bəlkə, öz şəxsi maraqlarını genişləndirmək naminə? - 
Z.Ə.) San-Stefano müqaviləsinin şərtlərinə Türkiyədə yaşayan ermənilərlə 
əlaqədar təxirəsalınmaz islahatların həyata keçirilməsini nəzərdə tutan XVI 
maddənin salınmasına nail olmuşdu” [10, s.259]. 
Əsərdə hadisələrə birtərəfli, təhrif edilmiş şəkildə və subyektivlik prizma-
sından  yanaşılması  özünü  daha  çox  Osmanlı  hökumətinin  daxili  siyasətinə 
qiymət verərkən göstərir. Əsərdə yazılır: “1891-ci ildə Kiçik Asiya ərazisində 
əsasən kürdlər və çərkəzlərdən ibarət olan, yerli administrasiyanın nəzarətində 
və  asılılığında  olmayan  qeyri-nizami  süvari  dəstələri  (hamidiye)  yaradıldı. 
Onların  təyinatını  “əyalətlərdə  əhalinin  hakimiyyətin  özbaşınalığına  qar-
şı hər hansı narazılıq ifadə etməsi zamanı qayda-qanunu həyata keçirmək” 
təşkil  edirdi.  Hamidiye  öz  vəzifəsini  onların  fiziki  məhvində  görərək  xüsu-
si  qəddarlığı  erməni  əhalisinə  münasibətdə  nümayiş  etdirirdi”  [10,  s.260]. 
Əsərdə daha sonra yazılır: “Porta erməniləri hətta erməni icmalarının daxili 
və  dini  məsələlərdə  malik  olduğu  cüzi  müstəqillikdən  də  məhrum  etməyə 
çalışırdı. Qərbi Ermənistanda qəzaların yaradılması zamanı sultan hökuməti 
əraziləri elə bölməyə çalışırdı ki, qəzaların heç birində erməni əhalisi üstünlük 
təşkil etməsin. Ermənilər birmənalı olaraq Avropa hökumətlərindən dəstək 
xahiş  edirdilər”  [10,  s.260].  Təəccüblüdür,  görəsən,  müəlliflər  bu  sətirləri 
yazarkən tarixi həqiqətləri nə dərəcədə saxtalaşdırdıqlarının fərqinə varmır-
larmı?  Halbuki  qeyd  edilən  bu  cür  hallar  Rusiyada  özünü  qabarıq  şəkildə 
göstərmişdir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə