Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə19/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   15   16   17   18   19   20   21   22   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
54 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
55
Açar  sözlər:  Cənubi  Qafqaz,  Osmanlı  imperiyası,  Bosfor  və  Dardanel 
boğazları, İskəndərun körfəzi, “erməni məsələsi”
Key words: South Caucasus, the Ottoman Empire, the Bosphorus and Dar-
danelles straits, the Gulf of Iskenderun, “Armenian question”
Ключевые слова: Южный Кавказ, Османская империя, проливы Бос-
фор и Дарданеллы, залив Искендерун, “Армянский вопрос”
Cənubi Qafqaz və 
Osmanlı əraziləri 
oxşar problemin 
prizmasında: 
“erməni məsələsi”ndə 
Rusiya faktoru
Ziyad 
ƏMRAHOV
Bakı Dövlət Universitetinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru 
zamrahov@gmail.com


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
56 
Giriş
Məlumdur  ki,  XIX  əsrdən  etibarən  Azərbaycanın  və  Osmanlı  imperiyası-
nın tarixi taleyi ilə bağlı məsələlərdə, rastlaşdıqları ağır sınaqlarda, faciəli tari-
xi hadisələrdə bu və ya digər dərəcədə “erməni amili” özünü qabarıq şəkildə 
göstərməkdədir.  Bu  təhlükəli  amil  indi  də  mövcuddur  və  tarixi  proseslərin 
izlənilməsi onu deməyə əsas verir ki, hələ uzun müddət də mövcud olacaqdır. 
Tale həm Azərbaycan, həm də qardaş Türkiyə xalqını son dərəcə etibarsız bir 
qonşu ilə birgə yaşamağa məcbur etmişdir. “Erməni məsələsi” təkcə keçmiş 
Osmanlı, indiki Türkiyə Cümhuriyyətinə qarşı deyil, həm də Azərbaycana qarşı 
da həyata keçirilən işğalçı bir siyasətdir.
Hələ XIX əsrin əvvəllərində Aralıq dənizindən başlayaraq bütün Cənubi Qaf-
qaza sahib çıxmaq istiqamətində ermənilərin həyata keçirdikləri irticaçı siyasət 
Osmanlı dövləti və Azərbaycan tərəfindən böyük narahatçılıqla qarşılanmışdı. 
Qarşılarına qoyduqları  məqsədə çatmaq üçün ermənilərin əl atdıqları vasitələr 
isə türk xalqlarına misilsiz faciələr gətirdi. Tarixi proseslərin gedişatı göstərdi 
ki, millətçilik və təcavüzkarlıq erməni xislətinin ayrılmaz hissəsidir və onun yox 
olmasını düşünmək də olsa-olsa gələcək faciələrə qarşı biganəlik göstərməyin 
ifadəsidir.
“Erməni  məsələsi”nin  belə  uzunömürlü  olmasının,  sözsüz  ki,  bir  sıra  ob-
yektiv və subyektiv səbəbləri vardır. Bu səbəblərə misal kimi erməni kilsəsinin 
uzun  illər  ərzində  müstəqil  hakimiyyətə  sahib  olmaq  niyyəti,  xarici  amil, 
ermənilərin xarici dövlətlərin türk xalqlarına istiqamətlənmiş siyasətinin alətinə 
çevrilmək bacarığı və bu məqamdan yaradıcı şəkildə istifadə edə bilmələri və 
s. göstərmək olar
Bəs onda, görəsən, məsələnin əsl mahiyyəti nədir? Haradan qaynaqlanır? 
Doğrudanmı,  Osmanlı  imperiyasında  yaşayan  ermənilər  böyük  dövlətlərin 
“yardımı”  olmasaydı,  “yox  olmaq  təhlükəsi”  qarşısında  qalacaqdılar?  Bu 
mənada bəhs olunan məsələ tarixi-politoloji sahədə ən çox ədəbiyyat yaradan 
problemlərdən biridir. 
“Erməni məsələsi”nə tarixdən baxış
“Erməni  məsələsi”  praktiki  olaraq  XIX  əsrin  70-ci  illərində,  daha  dəqiq 
desək,  1877-1878-ci  illər  Rus-Türk  müharibəsinin  yekun  sənədində  (San-
Stefano  müqaviləsinin  16-cı,  Berlin  Konqresinin  61-ci  maddələri  ilə  -  Z.Ə.) 
özünə  beynəlxalq  status  qazansa  da,  əslində,  öz  başlanğıcını  XIX  əsrin  30-
cu  illərindən  götürür.  Məhz  həmin  illərdə  Osmanlı  imperiyasının  ayrı-ayrı 
əyalətlərinə Avropanın böyük dövlətləri tərəfindən göndərilən missioner qrup 
və təşkilatların imperiyanın dostluq və mehribanlıq şəraitində yaşayan azsaylı 
xalqları, o cümlədən erməni toplumu arasında dini ayrı-seçkiliyin, şovinist əhval-


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
57
ruhiyyənin  qızışdırılması  və  millətçilik  toxumlarının  səpilməsi  istiqamətində 
apardıqları  işlər  özünü  qabarıq  şəkildə  göstərməyə  başlayır.  Bu  işdə  birinci-
lik Böyük Britaniya, Fransa və Çar Rusiyasına məxsusdur. Başqa sözlə, əlverişli 
geosiyasi  məkana  malik  Osmanlı  dövlətinin  əzəmətini  zəiflətmək  uğrunda 
Avropanın böyük dövlətləri fəal mübarizə mövqeyinə keçmiş, Türkiyə tarixşü-
naslığında  “Şərq  məsələsi”nin  tərkib  hissəsi  kimi  nəzərdən  keçirilən  “erməni 
məsələsi”ni ortalığa atmışdılar. Çox keçmədən onların Osmanlı imperiyasının 
ayrı-ayrı əyalətlərinə göndərdikləri missioner qrup və təşkilatlar azsaylı xalqlar 
arasında düşmənçilik toxumları səpməyə nail oldular. Xüsusilə ermənilərin belə 
missioner  təşkilatlara  meyillənməsi  özünü  qabarıq  şəkildə  göstərirdi.  Məhz 
onların yardımı ilə erməni toplumu arasında düşmənçilik meyilləri oyadacaq 
qəzet və jurnallar, üzərində qondarma erməni dövlətinin xəritəsi əks olunan 
əyani vəsaitlər yayılmağa başladı. Təbii ki, belə dağıdıcı və yırtıcı əməllər Os-
manlı  hökuməti  tərəfindən  ciddi  qarşılanır  və  onlara  qarşı  əməli  tədbirlər 
həyata keçirilirdi. Lakin hökumətin bu tədbirləri missioner qrupları Osmanlıya 
göndərən Avropa protestantlarının hamisi İngiltərə, katoliklərin hamisi Fran-
sa,  ortodoksların  hamisi  Çar  Rusiyası  və  eləcə  də  Amerika  Birləşmiş  Ştatları 
tərəfindən  sərt  reaksiya  ilə  qarşılanır  və  bu  bölgədə  şovinist  əhval-ruhiyyə 
daha da qızışdırılırdı. 
Problemin  aktuallığını  şərtləndirən  əsas  amillərdən  biri  də  XX  əsrin 
əvvəllərinə  qədər  Müsəlman  Şərqinin  ən  böyük  dövləti  olan  Osmanlının 
yerləşdiyi  mühüm  geosiyasi  mövqeyindən,  əlverişli  və  son  dərəcə  strateji 
boğazlarından, zəngin xammal mənbəyindən Avropanın böyük dövlətlərini 
məhrum  etmək  siyasətidir.  XIX  əsrin  ilk  yarısından  süni  olaraq  “erməni 
məsələsi”nin  ortalığa  atılmasında  xüsusi  fəallığı  ilə  seçilən  Böyük  Britaniya 
və  Çar  Rusiyasının  Osmanlıya  qarşı  siyasətinin  hansı  müstəvilərdə  cərəyan 
etməsindən, öz qarşılarına hansı məqsədləri qoymasından asılı olmayaraq, bu 
qarşılıqlı və son dərəcə mürəkkəb münasibətlər sistemində Osmanlı dövləti, 
təbii ki, öz maraqlarını qorumağa, XIX əsrin sonu XX əsrin əvvəllərində par-
çalanmaq təhlükəsi qarşısında qaldığı bir məqamda dövlət sərhədlərinin bü-
tövlüyünü qoruyub saxlamağa çalışırdı (bu barədə ətraflı məlumat üçün bax: 
3, s. 40-44, 9, s.120-126)
XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqazın tarixində qanlı faciələr 
dövrü başladı. Bu qanlı faciələr təkcə müharibələrlə yadda qalmır, həm də 
etnik  təmizləmə  ilə  müşahidə  edilirdi.  Regionda  tədricən  möhkəmlənən 
Rusiya  imperiyası  özünün  tarixi  maraqlarına  uyğun  olaraq,  ələ  keçirdiyi 
ərazilərdə etibarlı dayaq yaratmaq üçün bir sıra planları həyata keçirməyə 
başladı.  Bu  planlar  sırasında  “xristian  həmrəyliyi”  əsas  yer  tuturdu.  İşğal 
edilmiş ərazilərdə belə “xristian həmrəyliyi” qonşu dövlətlərdən ermənilərin 
köçürülməsi ilə müşahidə edilirdi. Qafqazda hərbi əməliyyat aparan rus qo-
şunlarının  baş  komandanı  İ.F.Paskeviç  1827-ci  il  oktyabrın  6-da  İrəvanda 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə