Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə18/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   14   15   16   17   18   19   20   21   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
51
Onlar fəaliyyətlərini və Moskva ilə əlaqələrini davam etdirmiş, nəhayət, Leni-
nin bir fərmanı ilə Qaragözyan Azərbaycanı bölməyə və Daşnak planını tətbiq 
etməyə müvəffəq olmuşdu. Mərkəzi “Stepanakert” adlanan “Xankəndi” olmaq-
la  “Muxtar  Dağlıq  Qarabağ  Ölkəsi”  adı  ilə  Azərbaycanın  tam  göbəyində  bir 
“Ermənistan” yaradıldı və bu “Ermənistana” Armenak Qaragözyan başçı təyin 
edildi.
M.B.Məmmədzadə böyük ürək ağrısı ilə yazır ki, Azərbaycandan ayrılan yal-
nız Qarabağ deyildi. Muxtar Qarabağa Şuşa qəzasının mühüm qismi – yaylalar, 
məşhur Turşsu dağları, əzəldən əhalisi türklər olan Xəlifəli məntəqəsi, Malıbəyli 
kəndi, Şəlvən dərəsi, Qınzırıstan, İsmayılbəyli kəndləri, Cavanşir qəzasından bü-
tün dağlar və yaylalar, Cəbrayıl qəzasından dağlıq, meşəlik qismi və buradakı 
kəndlər, Qubadlı qəzasından Qala dərəsi, Alyanlı, Musurmanlar məntəqəsi və 
digər yayla, dağlıq və meşəliklər daxil edilir. Şuşa bu “ölkənin” ortasında oldu-
ğu kimi Əskəran keçidi də ermənilərin əlinə keçmiş olurdu. Məsələ bununla da 
bitmirdi. Qarabağın Zəngəzur başda olmaqla digər mühüm hissələri bilavasitə 
Yerevana birləşdirilmiş, Zəngəzur ilə Ermənistan arasındakı qalan ərazidə də 
bir “Kürdüstan Cümhuriyyəti” uydurulmuşdu. Unudulmamalıdır ki, Yerevan bu 
gün milli kürd hərəkatının mərkəzlərindən biri hesab edilir. Qaragözyan ilə Te-
vadros Mirzəbekyan Qarabağla Gəncəni Yerevana ilhaq etməyi rəsmən təklif 
etməklə kürdlərin “yetişməsini” gözləmək istəmişdilər.
Zəngəzurun Yerevana ilhaqından əvvəl “Lenin milli siyasəti” əsasında türk 
torpaqları olan Şərur və Dərələyəz qəzalarının mühüm hissəsi, Göyçə gölünün 
şərq və şimal sahilləri, Qazax qəzasının dağlıq qismi Ermənistana ilhaq edil-
mişdi.
Lakin bütün bunlarla da daşnakların Moskvanın əli ilə “Lenin milli siyasəti” 
sayəsində tətbiq etməkdə olduğu layihə bitmir.  
Daxildə Moskvanın himayəsi və müdafiəsi altında olan məkrli erməni daş-
nakları  Azərbaycan  hesabına  “Böyük  Ermənistan”  yaratmaq  planını  həyata 
keçirməkdən  ötrü  “pantürkizm  ideologiyasının  ocaqlarından”  saydıqları 
Gəncənin ilhaq edilməsilə Yerevanın Xəzər sahillərinə qədər olan ərazilərdə ha-
kim olmasını nəzərdə tuturdular. “Ermənilər bu hədəfə doğru necə yürüyürlər” 
sualını  cavablandırarkən  M.B.Məmmədzadə  bir  çox  mənbələrə,  o  cümlədən 
də 1931-ci ildə Tiflisdə çıxan “Zarya Vostoka” qəzetinə müraciət etmişdir. O, 
həmin suala 1938-ci ildə Berlində nəşr olunmuş “Milli Azərbaycan hərəkatı” 
adlı kitabında da aydınlıq gətirmişdir.
Nəticə
Böyük vətənpərvər, istiqlalçı mütəfəkkir M.B.Məmmədzadə mürtəce erməni 
ideologiyası  və  ermənilərin  azərbaycanlılara  qarşı  zaman-zaman  törətdikləri 
soyqırımlar  haqqında  söylədiyi  fikirləri  ilə  doğma  xalqını  həmişə  ayıq-sayıq 
olmağa, özünün milli varlığını qorumaq uğrunda mübarizəyə səsləmişdi. Mil-


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
52 
li nicatın yeganə çıxış yolunu isə o, möhkəm milli dövlətçiliyə nail olmaqda 
görürdü.  “Milli  dövlət  xaricində  bir  millət  olaraq  yaşamağımıza  imkan  yox-
dur”, - deyən M.B.Məmmədzadəyə görə: “Əgər bir millət olaraq, türk olaraq, 
azərbaycanlı olaraq yaşamaq şüur və qənaəti daşıyırıqsa, milli bir dövlət halın-
da qurulmaq, azad və müstəqil yaşamaq üçün həyatımızı əsirgəməməliyik” [4, 
s.246].
M.B.Məmmədzadənin  müasir  dövrümüzlə  həmahəng  səsləşən  bu  tarixi 
vəsiyyətinin hər bir azərbaycanlı üçün böyük ibrətamiz əhəmiyyəti vardır.
İstifadə edilmiş ədəbiyyat:
1.  “Azərbaycan” qəzeti, 31 mart 1920-ci il.
2.  Abışov B.Ş. Azərbaycanlıların soyqrımı (1917-1918-ci illər). Bakı: “Nurlan”, 2005.
3.  İbrahimli X.Ç. Azərbaycan siyasi mühacirəti (1920-1991). Bakı: “Elm”, 1996.
4.  Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: “Nicat”, 1992.
5.  Məmmədzadə M.B. Azərbaycan və Türkiyə. // “İstiqlal” qəzeti, 26 fevral 1920-ci il.
6.  Mehmetzade M.B. Ermeniler ve İran. İstanbul, 1927.
7.  Mehmedzade  M.B.  Taşnakların  açtıkları  sefer.  //  “Kurtuluş”  dergisi,  №10,  Berlin, 
1935.
8.  Məmmədzadə M.B. Lenin milli siyasəti. Bakı, 2007.
9.  Məmmədzadə M.B. Lenin milli siyasəti Azərbaycanda nə nəticələr verdi? //“Bildiriş” 
qəzeti, 10 sentyabr 1931-ci il.
10. Məmmədzadə M.B.  Mart günləri. // “İstiqlal” qəzeti, 31 mart 1920-ci il.
11. Məmmədzadə M.B. Erməni çıxışı. // “İstiqlal” qəzeti, aprel 1920-ci il.
12. Məmmədzadə M.B. Bakı qətliamının 20-ci il dönümü (1918-31 mart-1938). // “Kur-
tuluş” dərgisi, Berlin, 31 mart 1938.
13.  Yaqublu N.Q. Müsavat partiyasının tarixi. Bakı: “Ay-Ulduz”, 1997.
Rafail Ahmadli
Mirza Bala Mammadzade about the reactionary characters of the 
Armenian ideology and the genocide perpetrated by dashnaks
The  article  is  dedicated  to  the  views  of  one  of  the  thinkers  during  the 
struggle for independence, M.B.Mammadzade, on reactionary ideology and 
genocide committed by Armenians against Azerbaijanis. It is noted that at the 
time of paying attention to these events M.B.Mamedzade warned us to be vi-
gilant, strongly recommended to preserve their national identity. He only way 
to acquire freedom, seen in achieving gain nationhood. 
The  author  draws  attention  to  the  glorious  pages  of  participation  of 
M.B.Mamedzade in the struggle of our people for national unity, his partici-


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
53
pation in the development of national-ethnic relations in the first years of the 
Republic and analyzes the life path of his political activity.
The article summarizes the problems received adequate conclusions. 
Рафаил Ахмедли
Мирза Бала Мамедзаде о рекционном характере идеологии 
армян и о геноциде чинимом дашнаками 
Статья  посвящена  позиции  одного  из  мыслителей  в  период  борьбы 
за независимость М.Б.Мамедзаде по вопросам реакционной идеологии 
Дашнакцутюн и совершенного армянами геноцида против азербайджан-
цев. Научное наследие М.Б.Мамедзаде предупреждает нас быть бдитель-
ными, рекомендует всячески сохранять свою неповторимую националь-
ную  идентичность.  Единственным  способом  приобретения  свободы  он 
видел в усилении национальной государственности.
Автор статьи обращает внимание на участие М.Б.Мамедзаде в борьбе 
нашего народа за достижения национального единства, его участие в раз-
витии  национально-этнических  отношений  в  годы  первой  республики, 
анализирует жизненный путь его творческой деятельности.
В конце статьи автор подытоживает проблемы и приходит к соответ-
ствующим выводам.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə