Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə22/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   18   19   20   21   22   23   24   25   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
62 
biri ilə mübarizə aparırdı. Xammal qaynaq-
larının çox olması, hərbi, strateji və sənaye 
mərkəzlərinin Qərbi Avropaya yaxın olması 
ilə geniş bir bazara sahib olan Türkiyə kapi-
talist sənaye dövlətləri tərəfindən çox yaxın-
dan izlənilirdi” [9, s.37]. 
Ramazan  Çalıkın  göstərilən  əsərində 
problemin 
mahiyyətini 
düzgün 
qiymətləndirməyə kömək edən cəhətlərdən 
biri də Osmanlının ermənilərin daha sıx ya-
şadığı bölgəsinin Rusiya üçün Kiçik Asiyanın 
işğal edilməsində bir açar rolu oynamasının 
göstərilməsidir.  Müəllif  yazır:  “Artıq  İrəvan 
və Qarsda yerləşən rus ordusu Fərat yayla-
sına doğru irəliləyib Hozat və Harputda türk 
birliklərini  məğlub  etdikdən  sonra  Hələb 
yolu  ilə  Aralıq  dənizi  sahillərinə  asanlıqla 
çata  bilirdi.  Bu  vəziyyətdə  Ermənistan  Ru-
siya üçün bir bufer rolu kimi düşünülmüş-
dü. Eyni bölgə Bəsrəyə ediləcək bir hücum 
üçün də istifadə ediləcəkdi. Əslində, Qafqa-
zı  ələ  keçirəndən  bəri  Rusiya  daima  bunu 
gerçəkləşdirməyi düşünmüşdü” [9, s.41]
Ramazan  Çalık  qeyd  edir  ki,  “Qorxunc 
İvan, xüsusilə I Pyotrdan sonra daxili sabitliyi təmin edən, Qərb texnologiyası 
ilə ayaqlaşan Rusiya siyasi hədəfinə çatmaq üçün psixoloji-mənəvi dəyərləri də 
unutmamışdı. Ortodoksluğu önə keçirən Rusiya Osmanlı dövlətində ortodoks 
icması  ilə  əlaqə  qurmuşdu.  Bu  mənəvi  dəyərlər  Rusiyanın  cənuba  yürüşündə 
Balkan toplumlarını üsyana sövq etmək üçün yaxşı bir seçim idi. Əvvəlcə Bal-
kan toplumlarını ayağa qaldırıb üsyan etdirdi, ardından isə Osmanlı dövlətinə 
müharibə elan etdi” [9, s.39]. Müəllif bu yolda Rusiyanın yeddi dəfə müharibəyə 
qoşulmasını qeyd edir: “Osmanlı dövlətinə müharibə elan edilməsi Rusiyaya or-
todoksları, həmçinin slavyanları himayə etmək üçün lazım idi. Onun üçün 1804-
cü ildə donuz çobanı Kara Yogilərlə başlayan Serb üsyanı 1806-cı ildə Osmanlı-
Rus  müharibəsinin  səbəblərindən  biri oldu.  1821-ci  ildə  başlayıb  1826-cı  ildə 
yatırılan  Yunan-Mora  üsyanı  1828-ci  ildə  Osmanlı-Rus  müharibəsinin  başlan-
masını təmin etdi. Təhlükəli 1877-1878-ci il Rus-Türk müharibəsi isə Hersoqo-
vinada üsyan bəhanəsindən sonra başladı. Çünki Rus çarı “ortodoks aləminin 
münaqişəsiz lideri” olmağa qərar vermişdi. Liderlik Osmanlı dövlətini əzməklə 
boğazlar yolu ilə isti dənizlərə çıxmanın vasitəsi idi. İsti dənizlərə çıxmanın ikinci 
yolu Ərzurum-İskəndərun xətti idi. Sonrakı addım kimi isə Qafqaz-Bəsrə və Tür-
küstan üzərindən Hind okeanına çıxmaq planlaşdırılırdı” [9, s.40]. 
Məlumatların təhlilindən 
göründüyü kimi, istər 
Azərbaycan, istərsə də Osmanlı 
ərazilərinə qarşı Rusiyanın 
işğalçılıq siyasəti oxşar ssenari 
ilə davam etdirilirdi. İqtisadi 
və siyasi maraqlarını “erməni 
məsələsi”nin kölgəsində 
gizlədən Çar Rusiyası əvvəlcə 
Azərbaycan torpaqlarında 
“etibarlı etnik dayaq” yarada 
bilmiş, sonra isə Qara dəniz
Bosfor və Dardanel, eləcə 
də İskəndərun körfəzini ələ 
keçirmək planlarını “xristianları 
Müsəlman Türkiyəsinin 
zülmündən xilas etmək 
uğrunda mübarizə” 
şüarları ilə pərdələmişdir.


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
63
Məlumatların təhlilindən də göründüyü kimi, istər Azərbaycan, istərsə də 
Osmanlı ərazilərinə qarşı Rusiyanın işğalçılıq siyasəti oxşar ssenari ilə davam et-
dirilirdi. İqtisadi və siyasi maraqlarını “erməni məsələsi”nin kölgəsində gizlədən 
Çar  Rusiyası  əvvəlcə  Azərbaycan  torpaqlarında  “etibarlı  etnik  dayaq”  yarada 
bilmiş, sonra isə Qara dəniz, Bosfor və Dardanel, eləcə də İskəndərun körfəzini 
ələ  keçirmək  planlarını  “xristianları  Müsəlman  Türkiyəsinin  zülmündən  xilas 
etmək uğrunda mübarizə” şüarları ilə pərdələmişdir.
Nəticə
Problemin  aktuallığını  şərtləndirən  digər  bir  cəhət  “erməni  məsələsi”nin 
yaşadığımız  dövrdə  də  gündəmdən  düşməməsidir.  Yəni  XIX  əsrdə  Osmanlı 
imperiyası üçün başağrısına çevrilən bu “xəstəlik” XX əsrin əvvəllərində və son-
larında Azərbaycan Respublikası üçün qaçılmaz olmuşdur. 1991-ci ildə SSRİ-
nin süqutundan sonra Azərbaycan tarixşünaslığında da bir çox problemlərlə 
bağlı  yeni  baxışlar  ortalığa  qoyulmuşdur.  Bu  problemlərdən  biri  də  “erməni 
məsələsi”nin mahiyyətinə olan münasibət oldu. Bu mənada araşdırılan prob-
lem  siyasi  cəhətdən  çox  aktualdır.  Çünki  “erməni  məsələsi”  bu  gün  də  həm 
Qərb dövlətlərinin, həm də Rusiya Federasiyasının maraq dairəsindədir. İşğal 
olunmuş Azərbaycan torpaqlarının erməni əsarətində saxlanılması, bir milyon-
dan artıq qaçqının acı həyatına heç bir reaksiyanın olmaması onu göstərir ki, 
“erməni məsələsi” bu gün də qeyd olunan dövlətlərin və erməni ideoloqlarının 
maraqlarını təmin edir.
Silah gücünə, günahsız qanlar bahasına işğal edilmiş Azərbaycan torpaq-
larında ermənilər əvvəlcə Çar Rusiyasının, sonralar isə SSRİ-nin yardımları ilə 
əvvəlcə  İrəvan  quberniyası,  Şərur-Dərələyəz  mahalı,  sonralar  isə  Dağlıq  Qa-
rabağ  vilayətində  etibarlı  etnososial  baza  yarada  bilmişdilər.  “Erməni  amili”, 
“Türksüz Ermənistan” planı bu siyasətdə, bu strategiyada müstəsna yer tutur-
du. İşğal olunmuş ərazilərdə xristianlaşdırma, etnik təmizləmə siyasətini real-
laşdırmaq, ərazi iddiasını, “erməni dövləti” qurmaq xülyasını gerçəkləşdirmək 
məqsədilə başlanmış məkrli proses XX əsrin sonlarında Azərbaycan Respubli-
kası ərazisinin 20%-nin  itirilməsi ilə nəticələnmişdir.
İstifadə edilmiş ədəbiyyat:
1.  Əliyev F., Həsənov U. İrəvan xanlığı. Bakı: “Şərq-Qərb”, 2007, -144 s.
2.  Qlinka  S.N.  Azərbaycan  ermənilərinin  Rusiya  hüdudlarına  köçürülməsinin  təsviri. 
Bakı: Azərbaycan nəşriyyatı, 1995, -128 s.
3.  Erdal İ. Ermeni Meselesi. 1780-1880. Ankara: TTK Yayınları, 1988, -240 s.
4.  Tosun R. Ermeni Meselesi ve Kayserideki Ermeni Olayları. Ankara: TAMGA Yayıncılık, 
2000, -170 s.
5.  Исмаилов  Ф.С.  Восточный  вопрос  и  славянские  страны  в  первой  половине 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə