Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə13/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   9   10   11   12   13   14   15   16   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
41
üçüncüsü,  müsəlmanların  getdikcə  dərinləşən  sosial-mənəvi  tənəzzülü. 
Müsəlmanları bu təhlükəli bəlalardan xilas etmək üçün hökumətə və başabəla 
millət rəhbərlərinə arxalanmaq əbəsdir. Hökumət “xadimləri”, xüsusilə cənab 
Vorontsov-Daşkov canişinliyin kədərli günlərində erməni “Daşnaksütyun” par-
tiyasının bombaları və güllələri qarşısında qorxaqcasına boyun əyərək, həmin 
təşkilatın əlində itaətkar bir alətə çevriliblər” [3, s.35-36]. 
Rusiya imperiyasında baş vermiş 1917-ci il fevral və oktyabr siyasi çevrilişləri 
nəticəsində yaranmış böyük çaxnaşmalar fonunda daşnaklar Azərbaycan tor-
paqları  hesabına  erməni  dövlətini  yaratmaq  niyyəti  ilə  daha  da  fəallaşırlar. 
Qatı  erməni  millətçiləri  özlərinin  bu  bədnam  və  məkrli  siyasətlərini  həyata 
keçirmək üçün Rusiyada və xüsusən də Bakıdakı əlverişli məqam və şəraitin 
yarandığını  görüb  bütün  imkanlarını  işə  salır,  dinc  azərbaycanlı  əhaliyə  qar-
şı  misli  görünməmiş  cinayətlər  törətməyə  başlayırlar.  “Bu  dövrdə  ermənilər 
“Böyük  Ermənistan”  yaratmaq  planlarının 
reallaşdırılması  üçün  şəraitin  yetişdiyini 
hiss  edib,  əsas  qüvvələrini  Cənubi  Qaf-
qazda  həm  ərazicə,  həm  də  əhalisinin  sa-
yına  görə  böyük  olan  Azərbaycana  qarşı 
yönəltmiş  oldular.  Çünki  onların  Türkiyə 
ərazisində erməni dövlətini yaratmaq plan-
ları  türklər  tərəfindən  puça  çıxarıldıqdan 
sonra  bütün  diqqətlərini  Azərbaycan  tor-
paqlarına  yönəltmişdilər”  [1,  s.151].  Rusi-
yanın  hakim  dairələri  tərəfindən  məqsədli 
olaraq hərtərəfli dəstəklənmələri erməniləri 
bəd  əməllərini  törətməkdə  daha  da 
şirnikləndirirdi. Ermənilər təkcə əməli yöndə 
deyil,  ideoloji  istiqamətdə  də  başda  “Daş-
naksütyun”,  “Hnçak”  kimi  siyasi  təşkilatları 
olmaqla fəallaşmış, özlərinin uydurma ide-
oloji təbliğat maşınlarını var gücləri ilə işə salmışdılar. Belə bir ağır dönəmdə, 
təbii  ki,  Azərbaycanın  istiqlaliyyəti  uğrunda  mübarizə  meydanına  hələ  gənc 
ikən  müsavatçılıq  ideologiyasının  fəal  daşıyıcılarından  biri  kimi  qədəm  qoy-
muş M.B.Məmmədzadə də məsləkdaşları kimi rus şovinistləri və “sosialistlər”lə 
yanaşı, qatı erməni millətçiləri ilə də mübarizə aparmaq məcburiyyətində idi.
Ermənilər Rusiya və Avropa şəhərlərində müxtəlif vasitələrlə, hətta Bakının 
özündə belə rəhbərlik etdikləri “Bakinski raboçi”, “İzvestiya”, “Baku”, “Sosial-de-
mokrat”, “Arev” kimi qəzetlərin səhifələrində təbliğ etdikləri “milli ideya”larına, 
törətdikləri  cinayətkar  əməllərinə  haqq  qazandırmağa  çalışırdılar.  Bunların 
tam əksinə olaraq, həmin dövrdə Bakıda nəşr olunan “Açıq söz”, “Azərbaycan”, 
“Kaspi”, “İstiqlal”  və s.  qəzetlərdə canlı şahidlərin, vətənpərvər ziyalıların  dili 
ilə ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri cinayətlər ifşa edilirdi. 
Rusiyanın hakim dairələri 
tərəfindən məqsədli olaraq 
hərtərəfli dəstəklənmələri 
erməniləri bəd əməllərini 
törətməkdə daha da 
şirnikləndirirdi. Ermənilər 
təkcə əməli yöndə deyil, 
ideoloji istiqamətdə də başda 
“Daşnaksütyun”, “Hnçak” kimi 
siyasi təşkilatları olmaqla 
fəallaşmış, özlərinin uydurma 
ideoloji təbliğat maşınlarını 
var gücləri ilə işə salmışdılar.


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
42 
Həmin  ağır  hadisələrin  belə  canlı  şahidlərindən  biri  də  M.B.Məmmədzadə 
idi.  O,  bəhs  edilən  dönəmdə  mətbuatda  dərc  etdirdiyi  məqalələrində,  eləcə 
də  sonrakı  dövrlərdə  qələmə  aldığı  əsərlərində  erməni  milli  ideologiyasının 
mürtəce  mahiyyətini,  ermənilərin  türk-müsəlman  azərbaycanlılara  qarşı  za-
man-zaman törətdikləri soyqırımların antibəşəri xarakterini tutarlı müddəalar 
və faktlar əsasında kəskin şəkildə ifşa etmişdir.
Azərbaycan-Türkiyə münasibətlərinə qıs-
qanclıqla yanaşan ermənilərin o dövrdə nəşr 
etdikləri  “Cağatamart”  qəzetində  yalan  və 
şantajla dolu bir yazıya cavab olaraq vaxtilə 
Mirzə Bala “İstiqlal” qəzetinin 26 fevral 1920-
ci il tarixli sayında dərc etdirdiyi  “Azərbaycan 
və Türkiyə” adlı məqaləsində göstərmişdir ki, 
“bizi  erməni  mətbuatının  hərəkəti  o  qədər 
də düşündürmür. Zira,  erməni komitələrinin 
ümumən  əleyhimizə  bir  hərb  açmış  olduq-
ları  deyil,  bu  bizə  və  Avropa  dairələrinə  də 
məlum və aşkar bir şeydir. Qarabağ hadisəsi, 
Zəngəzur,  Şərur,  Naxçıvan,  İrəvan  və  Qars 
hadisələri  hələ  də  göz  önündədir”.  Bizim 
qarşımızda “Böyük Ermənistan” xülyası, onun 
arxasınca  erməni  vəkillərindən  Aqrunya-
nın  Azərbaycanı  və  ümumən  Zaqafqaziya-
nı  ermənilərin    ixtiyarına  almaq  üçün  sülh 
konfransına müraciətlərinin surəti durur. Bu xəritələr, bu planlar yalnız bizə deyil, 
Avropa  siyasətçilərinə,  Zaqafqaziyanı  ziyarət  etmiş  Antanta  nümayəndələrinə 
də bəlli bir şeydir. Erməni siyasi başçılarının bu tələbinin nə qədər həqiqətdən 
uzaq bir yalan olduğu dünyaca təsdiq olunmuş bir həqiqət ikən Antanta məsul 
dairəsinin son avantüraya inanmağına və hətta rəsmi surətdə müraciət etməyinə 
biz təəccübdən başqa bir şey izhar edə bilmərik. Azərbaycan ilə Türkiyə arasında 
bir qardaşlıq, bir millətdaşlıq, qandaşlıq bağlılığının mövcud olduğunu inkar edə 
bilmərik. Bu bağlılıq dünya durduqca davam edəcəkdir. Zira bu, təbiətin, tari-
xin və türk ümumiliyinin yaratdığı nemətdir. Bu hiss ilə biz türk qardaşlarımızın 
son faciəli hallarına yanırıq və möhtərəm Nəsib bəy əfəndinin söylədiyi kimi “biz 
türklərin yaşamasını və tərəqqi etməsini arzu edirik. Bizcə, bu, bəşəriyyətə və 
mədəniyyətə xidmətdən başqa bir şey deyildir” [5].
Daşnakların  nəinki  Rusiya  daxilində  və  Qafqazda,  habelə  xaricdəki 
fəaliyyətlərini də daima diqqətdə saxlayan M.B.Məmmədzadə vaxtaşırı onla-
rın törətdikləri soyqırımı, etnik təmizləmə kimi antibəşəri əməlləri ilə yanaşı, 
müsəlman türk dünyasına qarşı apardıqları ideoloji mübarizələrinə də mətbuat 
vasitəsilə, eləcə də yazdığı bir sıra əsərlərlə tutarlı cavablar vermişdir. Bu ba-
xımdan  onun  1927-ci  ildə  İstanbulda  nəşr  olunmuş  “Ermənilər  və  İran”  adlı 
Daşnakların nəinki Rusiya 
daxilində və Qafqazda, habelə 
xaricdəki fəaliyyətlərini də 
daima diqqətdə saxlayan 
M.B.Məmmədzadə vaxtaşırı 
onların törətdikləri soyqırımı, 
etnik təmizləmə kimi antibəşəri 
əməlləri ilə yanaşı, müsəlman 
türk dünyasına qarşı apardıqları 
ideoloji mübarizələrinə də 
mətbuat vasitəsilə, eləcə də 
yazdığı bir sıra əsərlərlə tutarlı 
cavablar vermişdir. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə