Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
79
Hindistan və Uzaq Şərq ölkələri). İnsanlar arasındakı münasibətlər ciddi forma-
da ölçülüb-biçilib, amma iş prosesi dəyişilə bilər.
Üçüncü model (“yağlanmış maşın”): qısahəcmli iyerarxik münasibətlər
və sabaha inamsızlıq hökm sürür (Almaniya və İsrail). Bu yerlərdə iş dəqiq qu-
rulub, hər şey formalaşdırılıb, işin dəqiq planlaşdırılması mərkəzləşdirlməyib.
Dördüncü model (“bürokratik piramida”): irihəcmli iyerarxik
münasibətlər və sabahkı günə inamsızlıq hökm sürür (Fransa və Yaponiya).
İdarəetmə sistemi formalaşdırılıb, mərkəzləşdirilib, münasibətlər ənənələrə və
qanunlara müvafiq olaraq dəqiq formada müəyyənləşdirilib.
Buradan idarəetmə prosesində idarə olunan təşkilatın, vəzifəli şəxslərin
və vətəndaşların mexaniki quruluşuna ümid etməyin mümkün olmaması
qənaətinə gəlmək olar. Qeyd olunan milli psixologiya və mədəniyyətdən əlavə
“aşağıdan təşəbbüs” hərəkətlərinin təsirlərini də nəzərə almaq lazımdır. İyerar-
xik pillələrdə atılan addımlar lokal qərarların aşağı səviyyələrində yer alanda,
adətən, insanlarda mərkəzi orqanların qanunlarına və sərəncamlarına nisbətən
daha böyük inam yaradır. Onların real təsiri dərhal formal göstəriciləri üstələyir
və bu amil hökmən nəzərə alınmalıdır. Bazar münasibətlərində fəaliyyət
göstərən təsərrüfat və digər subyektlər, adətən, özlərinin korporativ normalarını
formalaşdırırlar. Korporativ etika, işgüzar davranış, ləyaqət və s. məsələlər ABŞ,
Yaponiya, Almaniya və İngiltərə şirkətlərində işçilərin davranışının nizamlan-
masında böyük rol oynayır. Qeyd etmək lazımdır ki, son dövrlər, xüsusilə 2002-
ci ildən sonra Azərbaycanda da bir çox özəl müəssisələr respublikanın Əmək
Məcəlləsi ilə yanaşı özlərinin “Korporativ əxlaq və ya davranış” məcəllələrini
yaradaraq müqavilələrin əmək kollektivi tərəfindən və hər bir işçinin imzası ilə
təsdiqlənməsini həyata keçirirlər. Bu normalar üç prinsip əsasında qurulur: lo-
yallıq, müstəqillik və konfedensiallıq. Burada ən vacib məsələ təşkilatdankənar
ictimai maraqların və qaydaların diqqətdən kənarda saxlanılmamasıdır.
Digər bir məsələ idarəetmə subyektlərinin və obyektlərinin korrelyasiya-
sı ilə uzlaşan qanunauyğunluqların nəzərə alınmasıdır. Bildiyimiz kimi, dövlət
idarəçiliyi müxtəlif dövlət orqanlarının öz ararlarında və müxtəlif qeyri-dövlət
subyektləri ilə olan münasibətlərinin qarşılıqlı əlaqələrinin nizamlanması ilə
xarakterizə olunur. Bu ictimai münasibətlər həm dövlət aparatının özünün
daxilində, həm də “dövlət-vətəndaş cəmiyyəti” münasibətlərinin kəsişməsində
təzahür edir. Digər bir rus tədqiqatçısı A.B.Dyomin idarəetmə obyektinin
sərbəstliyinin azalması dərəcəsindən asılı olaraq idarəetmə rejiminin həyata
keçirdiyi aşağıdakı idarəçilik təsirlərini təsnifatlandırmışdır:
1. Razılaşdırılmamış təsir – dövlətin qarışmaması rejimi, idarəetmə obyekti-
nin tam azad formada öz davranışını seçməsi, dövlət idarəçiliyinin gözə
dəyməməsi;
2. Reqlamentləşdirilmiş təsir – dövlət idarəetmə obyektinin azad formada öz
davranışını seçməsi üçün hüquqi mühit yaradır və “oyun qaydalarına” riayət
edərək obyektin fəaliyyətinə qarışmır;
3. Xəbərdarlıqlı təsir – seçilmiş davranış haqqında dövlət orqanlarına
xəbərdarlığın
edilməsi rejimi;
4. Müqaviləli təsir – dövlət idarəçiliyi prosesinin iştirakçıları tərəfindən
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
80
əvvəlcədən müəyyən razılaşdırılmış şərtlər əsasında bağlanılmış müqaviləyə
müvafiq davranış rejimi;
5. Qeydli təsir – seçilmiş davranışın qeydiyyata salınması vəzifəsinin icra olun-
ması;
6. İcazəli təsir – seçilmiş davranış üçün müvafiq icazənin alınması vəzifəsi (li-
senziya, kvota,
sertifikat, attestat);
7. Sərəncamlı təsir – obyektin davranışı idarəetmə obyektinin birbaşa göstərişi
əsasında qurulur;
8. Qadağalı təsir – idarəetmə obyektinin və ya hər hansı bir idarəetmə sub-
yektinin müəyyən davranış növlərinə dövlət tərəfindən qoyulmuş qadağa-
lar rejimi [8, s.5-6].
Bütün bunlarla yanaşı, digər qanunauyğunluqlar da vardır. Müxtəlif sahələrin
idarə olunmasının təşkili zamanı müəyyən dövlət orqanlarının qəbul etdikləri
sənədlərə münasibətdə varislik prinsiplərinin pozulmasını müşahidə etmək
olar. Belə ki, bəzi ciddi maliyyə məsuliyyətindən yan keçmək üçün bu varislər
müxtəlif bahanələrlə həmin sənədlərin onlara aid olmamasını əsaslandırmağa
çalışırlar. Bu səbəbdən də uzun illər bir sahə üzrə çalışmış personalların pensi-
ya təminatı məsələlərində problemlər yaranır və bu problemlərin neqativ ab-
havası hazırda varisliyini danan həmin müəssisənin işçilərinə ötürülür. Bu da öz
növbəsində idarəetmə tsiklinin və sabitliyinin pozulmasına, müəssisənin insan
resurslarının sabit inkişafının zəifləməsinə və səmərəliliyinin aşağı düşməsinə
təsir göstərir.
İRT-lərdə idarəetmə sisteminin qurulması və onların fəaliyyətinin təşkili həm
də idarəetmənin xarakterindən asılı olur. Yuxarıda qeyd edildyi kimi, idarəetmə
subyektlərinin və obyektlərinin prinsipial münasibətləri çox fərqli müstəvilərdə
təzahür edir. Bu müstəvidə sosial-mədəni sahənin təsirini yaddan çıxarmaq ol-
maz. Belə ki, məhz bu sahənin təsirindən idarəetmə üsulları, işçilərin davranışı
və hüquqi normativ aspektlərin formalaşması məsələləri asılıdır.
Yekun olaraq, bu istiqamətdə araşdırmalar aparan Ə.F.Abbasovun intellek-
tual ehtiyatların inkişaf etdirilməsi və onların innovativ xarakter alması haq-
qında qeyd etdiyi fikirlərin müasir dövrdə milli iqtisadiyyatımızın tədricən bilik
iqtisadiyyatına çevrilməsində nəzərə alınması vacibdir. Alim haqlı olaraq bildi-
rir ki, cəmiyyətin və dövlətin innovasiyalara olan kütləvi və kəskin tələbatı bu
gün bir fakt olaraq qalmaqdadır. İctimai yeniləşmə zərurətindən qaynaqlanan
bu tələbat çoxşaxəli və çoxsəviyyəlidir. İnnovasion tələbat yeni iqtisadi üsul
və formalardan tutmuş yeni sosial təşkilatlanma və idarəetmə məsələlərinə
qədər problemləri əhatə edir. Biz, bir tərəfdən, qabaqcıl elmi-texniki və texno-
loji nailiyyətləri mənimsəməli və mənimsəyərək də
müvafiq iqtisadi,
təsərrüfat
sistemi daxilində bu nailiyyətlərdən səmərəli istifadə etməli, digər tərəfdən,
fərdi və kollektiv yaradıcılığa, daha yüksək birgəyaşayış və birgəfəaliyyət
mədəniyyətinə yol açan sosial-siyasi, hüquqi norma və prinsiplər əsasında
təşkilatlanıb tənzimlənən ictimai mühit yaratmalıyıq [9].
Tarixi təcrübə göstərir ki, həqiqi innovasion tələbatların etibarlı surətdə
ödənilməsi yeniləşmə istəyində olan cəmiyyətdə pozitiv mahiyyətli
münasibətlərin, təfəkkürün yaranması, iqtisadiyyatın, idarəetmənin, siyasətin və