Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət 
(yaralanma, travma, kontuziya) almış işçilərə — 14 təqvim gününədək;
ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin sağlamlıq imkanları 
məhdud 18 yaşınadək uşağı olan valideynlərə — 14 təqvim gününədək;
f) doktoranturada, aspiranturada təhsil alan işçilərə —1 təqvim ayınadək;
g) ali  təhsil müəssisələrində  qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta 
ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü;
ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi 
zamanı müəllifə — 14 təqvim gününədək;
h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — səhiyyə müəssisəsinin rəyi ilə 14 
təqvim gününədək;
x) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə — 14 təqvim gününədək;
i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə — 7 təqvim gününədək.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki  
komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində  
göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir. (
16

44

47

48

57

58
)
İyirmi birinci fəsil. Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları
Maddə 131. Əmək məzuniyyətinin verilməsi qaydası 
1.   İşçinin   birinci   iş   ili   üçün  əmək   məzuniyyətindən   istifadə   etmək   hüququ  əmək   müqaviləsinin 
bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
2.   İşçiyə   altı   ay   işlədikdən   sonra   birinci   iş   ili   bitənədək   əmək   məzuniyyəti   ərizəsi   əsasında 
işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.
3. İşçiyə işin ikinci və sonrakı illəri üçün əmək məzuniyyəti işəgötürənlə qarşılıqlı razılıqla müəyyən 
edilən vaxtda verilə bilər.
4. Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən 
aşağıdakı işçilərin istifadə etmək hüququ vardır:
a)   qadınların   hamiləliyə   və   doğuşa   görə   —   sosial   məzuniyyətdən   bilavasitə   əvvəl,   yaxud 
sonra;
b) on səkkiz yaşına çatmamış işçilərin;
c) müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin;
ç) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;
d) hərbi qulluqçu arvadının (ərinin);


e)   təhsil   müəssisələrində   oxuyan   şəxslərin   —   kurs   işlərinin   və   ya   imtahanların   verildiyi, 
diplomun müdafiə edildiyi vaxtda;
ə) əlillərin.
5.   Bilavasitə   təlim-tədris   prosesində   iştirak   edən   pedaqoji   işçilərə   işə   girdikləri   vaxtdan   asılı 
olmayaraq əmək məzuniyyətləri, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilir.
6. Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq 
istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Bu əlavə 
məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir. (
48
)
Maddə 132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər 
1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər 
daxil edilir:
a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə 
işçinin işdən ayrıldığı dövr;
b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa 
edilən işçilərin məcburi işburaxma dövrü;
c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
ç)   təhqiqat,   ibtidai   istintaq,   prokurorluq   və   məhkəmə   orqanlarının   qanunsuz   hərəkətləri 
nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada 
tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə 
olduğu dövr.
2. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, 
habelə   azadlıqdan   məhrum  etmədən   islah  işlərinə   məhkum   edilən   şəxslərin  cəza  çəkdiyi  müddət 
məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. (
15
)
Maddə 133. Əmək məzuniyyətlərinin verilməsində növbəlilik 
1. İstehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını 
təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik 
cədvəlləri tərtib edilə bilər.
2. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin 
rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.
3. Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər:

14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan 
qadınlara; 

16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma; 

hərbi qulluqçunun arvadına (ərinə); 

əlillərə; 

müharibə veteranlarına; 

Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya 


məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə

yaşı on səkkizdən aşağı olan işçilərə; 

işləməklə yanaşı təhsil alan şəxslərə; 

bu Məcəllənin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri 
olan işçilərə.
4. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının 
hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir. (
44

48
)
Maddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası 
1.   Əmək   məzuniyyətlərinin   verilmə   vaxtı   işəgötürənin   və   işçinin   təşəbbüsü   ilə   əsaslandırılmaqla 
onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.
2. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə əmək məzuniyyətinin verilmə 
növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti 
təqvim ilinə keçirilməsi başa düşülməlidir.
3. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:
a) əmək qabiliyyəti müvəqqəti itirildikdə;
b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə.
4.   İşçiyə   əmək   məzuniyyətinin   müəyyən   edilmiş   növbədə   nəzərdə   tutulan   vaxtda   verilməsinin 
istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və 
işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.
5. Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün 
verilən əmək məzuniyyəti ilə birləşdirilə bilər.
Maddə135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi 
1.   Bu   Məcəlləyə   uyğun   olaraq   işəgötürən   tərəfindən   işçiyə   əmək   məzuniyyətinin   verilməməsi  
qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili  
(iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə  
kompensasiya ödənilir. (
31
)
Maddə 136. Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası 
1.   Bu   Məcəllənin   114-cü   maddəsində   nəzərdə   tutulmuş   əsas   məzuniyyət   yalnız   115   və   116-cı 
maddələrlə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.
2. İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox 
əlavə   məzuniyyətə   hüququ   olduqda,   onun   əsas   məzuniyyətinə   daha   çox   müddətli   bir   əlavə 
məzuniyyət birləşdirilir.(
14
)
Maddə 137. Əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə