Azərbaycan Respublikasının Əmək Məcəlləsi


Maddə 149. Əməyin işəmuzd ödənilməsi qiymətlərinin müəyyən edilməsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

Maddə 149. Əməyin işəmuzd ödənilməsi qiymətlərinin müəyyən edilməsi 
1.   Əməyin   işəmuzd   ödənilməsində   qiymətlər   müəyyən   edilmiş   iş   dərəcələri,   əməyin   ödənilmə 
dərəcələri,  tarif (vəzifə) maaşları  və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən 
edilir.
2. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif 
maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd 
qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə 
(və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər.
3. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan 
aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır.
Maddə 150. Hasilat, vaxt və xidmət normalarının qüvvədə olma müddətləri 
1. Daimi hasilat normaları (vaxt normaları) və xidmət normaları qeyri-müəyyən müddət üçün qoyulur 
və dəyişdirilən vaxtadək qüvvədə qalır.
2. Müvəqqəti hasilat normaları (vaxt normaları) və xidmət normaları məhsul istehsalının, texnikanın, 
texnologiyanın   mənimsənilməsi   və   ya   istehsal   və   əməyin   təşkil   edilməsi   dövrü   üçün   üç   ay 
müddətinədək müəyyən edilə bilər.
3. Ayrı-ayrı hallarda müvəqqəti normaların qüvvədə olması müddəti müəssisənin həmkarlar ittifaqları 
təşkilatının  razılığı  ilə  işəgötürən  tərəfindən  uzadıla  bilər.  Müəyyən edilmiş  müddət  qurtardıqdan 
sonra müvəqqəti normalar daimi normalarla əvəz edilməlidir.
4. Texnologiya dəyişiklikləri, bədbəxt hadisələr, qəza və bu qəbildən olan digər birdəfəlik xarakterli 
işlər üçün normalar hər bir konkret halda bu şərtlə müəyyən edilir ki, müvafiq işin görüldüyü vaxt 
ərzində həmin işlər üzrə müvəqqəti və ya daimi normalar müəyyən edilməmiş olsun.
Maddə 151. Hasilat normalarının yerinə yetirilməsi üçün şəraitin təmin olunması 
Hasilat normalarının yerinə yetirilməsi üçün işəgötürən iş şəraitinin aşağıdakı minimum şərtlərini 
mütləq təmin etməlidir:
a) əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsal sanitariyası (gigiyenası) qaydalarına 
uyğun   olan   sağlam   və   təhlükəsiz   əmək   şəraiti   yaradılması   üçün   iş   yerlərində   qızdırıcı, 
ventilyasiya   və   işıqlandırma   sistemlərinin   normal   işləməsinin   təmin   olunmasını,   habelə 
işçilərin səhhətinə mənfi təsir göstərən güclü səs, titrəmə və şüalanma kimi amillərin zərərli 
təsirlərinin aradan qaldırılmasını;
b) maşın, dəzgah və mexanizmlərin normal vəziyyətdə işləməsini;
c) texniki sənədləşdirmənin vaxtlı-vaxtında aparılmasını;
ç)   işlərin   (xidmətlərin)   yerinə   yetirilməsi   üçün   zəruri   olan   material   və   alətlərin   lazımi 
keyfiyyətdə olması və onların vaxtında verilməsini;
d)   istehsalatın   vaxtlı-vaxtında   elektrik   enerjisi,   qaz   və   digər   enerji   daşıyıcıları   ilə   təmin 
olunmasını.


Maddə 152. İşəmuzd qiymətlərin ixtiraçılar və səmərələşdiricilər üçün saxlanması 
1.   İxtiraların   və   ya   səmərələşdirmə   təkliflərinin   tətbiq   edilməsi   nəticəsində   hasilat,   vaxt,   xidmət 
normaları və işəmuzd qiymətlər dəyişərsə, əvvəlki qiymətlər yeni normalar və qiymətlər tətbiq edilən 
gündən altı ay ərzində həmin ixtiraların və təkliflərin müəllifləri üçün əmək haqqı hesablanarkən 
saxlanılır.
2. İxtiranın, təklifin tətbiq edilməsində ixtiraçıya və ya səmərələşdiriciyə kömək etmiş digər işçilər 
üçün əmək haqqı hesablanarkən isə əvvəlki qiymətlər 3 ay ərzində saxlanılır.
Maddə 153. Normalaşdırılmış tapşırıqların və xidmət normalarının müəyyən edilməsi 
Əməyin vaxtamuzd ödənilməsi sistemində işçilərə normalaşdırılmış tapşırıqlar, eləcə  də ayrı-ayrı  
funksiyaların   və   iş   həcmlərinin   yerinə   yetirilməsi   məqsədi   ilə   xidmət   və   işçilərin   say   normaları  
müəyyən edilə bilər. (
48
)
İyirmi beşinci fəsil. Əməyin ödənilməsi normaları
Maddə 154. Əmək haqqı 
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi 
ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya 
natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların 
və digər ödənclərin məcmusudur.
2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə  yol verilməməsi prinsiplərini 
pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən 
etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
Maddə 155. Əmək haqqının minimum məbləği 
1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək 
haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
2. Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə 
və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
3. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı 
dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
4. Kollektiv müqavilələrdə, sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından 
daha yüksək məbləğ nəzərdə tutula bilər.
5. Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş 
vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək 
haqqının məbləğinə daxil edilmir.
6. Minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı  
[Azərbaycan Respublikasının 
Prezidenti]
 tərəfindən müəyyən edilir.
Maddə 156. Əməyin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə