Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

1076-9.4. İpoteka istiqrazlarının likvidliyini artırmaq məqsədilə faiz nisbətinin daha aşağı 

həddi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə nəzərdə tutulmayıbsa, ipoteka 

predmetinin hesablanmış bazar dəyərinin 85 faizindən çox məbləğdə verilmiş ipoteka krediti üzrə 

hüquqlar ipoteka örtüyünə daxil edilmir. 

1076-9.5. İpoteka örtüyünə daxil olan aktivlərin əsas borc məbləğləri üzrə dəyəri emitentin 

ipoteka  istiqrazları  üzrə  ödəməli  olduğu  ümumi  nominal  dəyərin  ən  azı  110  faizini  təşkil 

etməlidir.  Bu  zaman  hesablamaya  hər  bir  kredit  üzrə  əsas  borcun  həmin  krediti  təmin  edən 

ipoteka predmetinin bazar dəyərinin yalnız 80 faizindən çox olmayan hissəsi daxil edilir. 

1076-9.6. İpoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka kreditləri üzrə şərtlər 

kredit  müddəti  ərzində  əsas  borcun  və  faizlərin  ən  azı  rübdə  bir  dəfə  olmaqla  yalnız  pul 

formasında hissə-hissə ödənilməsini nəzərdə tutmalıdır. 

1076-9.7. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeyri-standart kredit kimi 

təsnifləşdirilmiş kreditlər üzrə hüquqlar ipoteka örtüyünün tərkibinə daxil edilə bilməz. 

1076-9.8.  İpoteka  örtüyünə  daxil  olan  hüquqlarla  əlaqəli  olan  daşınmaz  əmlaklar  ipoteka 

krediti üzrə öhdəliyin qüvvədə olduğu bütün müddət ərzində bazar qiyməti əsas götürülməklə və 

təmin  etdiyi  kreditin  qalıq  dəyərinin  həcmindən  az  olmamaqla  məhv  olma  və  ya  zədələnmə 

riskindən sığortalanmalıdır. 

1076-9.9.  İpoteka  örtüyünə  daxil  olan  hüquqlarla  əlaqəli  olan  ipoteka  müqavilələrində 

ipoteka  saxlayanın  razılığı  olmadan  ipoteka  qoyan  tərəfindən  ipoteka  predmetinin 

özgəninkiləşdirilməsini,  digər  öhdəliklərlə  yüklənməsini,  habelə  ona  dair  başqa  sərəncam 

verilməsini  (vəsiyyət  etmə  halları  istisna  olmaqla),  eləcə  də  ipoteka  predmetinin  salamatlığına 

ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətləri qadağan edən şərt olmalıdır. 

  

Maddə 1076-10. İpoteka örtüyünün reyestri 

  

1076-10.1.  İpoteka  istiqrazlarının  hər  bir  emitenti  istiqrazların  buraxılışı  haqqında  qərar 

qəbul  etdikdə,  istiqrazları  təmin  edən  ipoteka  örtüyünün  reyestrini  sərəncamçının  nəzarəti 

altında yaratmalı və aparmalıdır. 

1076-10.2. İpoteka örtüyünün reyestrində müvafiq qeydin edildiyi andan aktivlər ipoteka 

örtüyünün tərkibinə daxil edilmiş hesab olunur. 

1076-10.3. İpoteka örtüyünün reyestrinə ən azı aşağıdakı məlumatlar daxil edilir: 

1076-10.3.1.  İpoteka  örtüyünə  daxil  olan  aktivlər  üzrə  emitentin  hüquqlarını  təsdiq  edən 

sənədlərin rekvizitləri; 


1076-10.3.2.  ipoteka  örtüyünə  daxil  olan  aktivlərin  məbləği  (əsas  borc  və  faiz  dərəcəsi), 

ödəniş müddətləri, yaxud bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər; 

1076-10.3.3. ipoteka örtüyünə daxil olan aktivlər üzrə öhdəliklərin icra vəziyyəti; 

1076-10.3.4. ipoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka  predmetinin adı, 

eyniləşdirilməsi üçün yetərli olan təsviri və olduğu yer; 

1076-10.3.5.  ipoteka  örtüyünə  daxil  olan  hüquqlarla  əlaqəli  olan  ipoteka  predmetinin 

müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş dəyəri. 

1076-10.4. İpoteka örtüyünün reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 

qaydada  kağız  və  elektron  formada  aparılmalıdır.  İpoteka  örtüyünün  reyestri  və  ona  edilmiş 

dəyişikliklər müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. 

1076-10.5.  İpoteka  örtüyünə  daxil  olan  aktivlər  yalnız  sərəncamçının  icazəsi  ilə  ipoteka 

örtüyünün  reyestrindən  çıxarıla  və  ya  başqa  aktivlə  əvəz  edilə  bilər.  Sərəncamçı  emitentin  bu 

barədə  müraciətinə  beş  iş  günü  müddətində  baxmalı  və  nəticəsini  emitentə  yazılı  formada 

bildirməlidir. 

1076-10.6.  Sərəncamçı  emitentin  ipoteka  örtüyünə  daxil  olan  aktivlər  barədə  sərəncam 

verməsinə  yalnız  belə  sərəncam  bu  Məcəllə  və  emissiya  prospektinə  zidd  olmadıqda  icazə  verə 

bilər. 

  

Maddə 1076-11. İpoteka örtüyü üzrə sərəncamçının hüquq və vəzifələri 

  

1076-11.1.  Sərəncamçı  ipoteka  istiqrazlarının  buraxılışı  zamanı  və  müvafiq  icra 

hakimiyyəti orqanının normativ hüquqi aktı ilə daha qısa müddət müəyyən edilmədikdə, ən azı 

yarım  ildə  bir  dəfədən  az  olmayaraq  ipoteka  örtüyünün  bu  Məcəllənin 1076-6-cı  və  1076-9-cu 

maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. 

1076-11.2. İpoteka örtüyü bu Məcəllənin 1076-6-cı və 1076-9-cu maddələrinin tələblərinə 

cavab  vermədikdə,  sərəncamçı  bu  barədə  emitentə  yazılı  məlumat  verir  və  aşkar  olunmuş 

pozuntuların aradan qaldırılmasını tələb edir. Emitent tələbi aldığı tarixdən on iş günündən gec 

olmayaraq müəyyən edilmiş bütün çatışmazlıqları aradan qaldırmalı və bu barədə sərəncamçıya 

müvafiq məlumatı və sənədləri təqdim etməlidir. 

1076-11.3.  Sərəncamçı  ipoteka  örtüyünün  yoxlanılmasının  nəticəsi  barədə  hesabatı 

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma və qaydada həmin orqana təqdim edir. 

1076-11.4.  Sərəncamçı  ipoteka  örtüyündə  aşkar  etdiyi,  lakin  emitent  tərəfindən  bu 

Məcəllənin  1076-11.2-ci  maddəsinə  müvafiq  qaydada  aradan  qaldırılmamış  və  istiqrazlar  üzrə 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə