Maddə 997. Qiymətli kağızların növləri
xxii[419]
997.1. Qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı,
girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir.
xxiii[420]
997.2. İstiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır. İnvestisiya qiymətli
kağızları buraxılışlarla yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı
olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti
eyni olan qiymətli kağızlardır. Qiymətli kağızların buraxılışı emitentin qiymətli
kağızların bir növünə aid olan və eyni dövlət qeydiyyat nömrəsi olan qiymətli
kağızlarının toplusudur. İnvestisiya qiymətli kağızları sənədsiz adlı formada buraxılır.
İnvestisiya qiymətli kağızlarının emissiyası qaydası “Qiymətli kağızlar bazarı haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.
xxiv[421]
997.3. Veksellər ödəniş qiymətli kağızlarıdır.
xxv[422]
997.4. Depozitar qəbzi baza aktivi (xarici emitentin qiymətli kağızı) üzrə hüquqları
təsdiqləyən və mülkiyyətçisinə onu buraxmış emitentdən, həmin qəbzin baza aktivi olan xarici
emitentin qiymətli kağızları və onlarla təsdiqlənmiş hüquqları tələb etmək hüququ verən qiymətli
kağızdır. Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
xxvi[423]
997.5. İnvestisiya fond payı öz mülkiyyətçisinin paylı investisiya fondunda payına
mülkiyyət hüquqlarını təsdiq edən, paylı investisiya fondu ləğv edildikdən sonra fondun
aktivlərinin satışından payına müvafiq pul vəsaitlərini almaq hüququnu, habelə “İnvestisiya
fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər hüquqları
verən sənədsiz adlı qiymətli kağızdır.
xxvii[424]
997.6. Qiymətli kağızın sertifikatının məcburi rekvizitləri və onun blankının
hazırlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
997.7. Bu Məcəllənin və qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının
başqa qanunvericilik aktlarının pozulmasına görə təqsirli şəxslər Azərbaycan
Respublikasının mülki, inzibati və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş
hallarda və qaydada məsuliyyət daşıyırlar.
997.8. Qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin
pozulması nəticəsində vurulmuş ziyan bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında”
Azərbaycan
Respublikasının
Qanunu
ilə
nəzərdə
tutulmuş
qaydada
ödənilməlidir.
xxviii[425]
997.9. Qiymətli kağızlar bazarında dövlət nəzarətini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanı tərəfindən qiymətli kağızlar bazarının iştirakçıları barəsində inzibati
tənbeh, müvafiq lisenziyanın dayandırılması, ləğv edilməsi, qiymətli kağızlarla
əməliyyatların məhdudlaşdırılması, dayandırılması və qanunvericiliklə onun
səlahiyyətlərinə aid edilmiş digər tədbirlərin tətbiq edilməsindən inzibati qaydada və
(və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Belə şikayətin verilməsi məhkəmənin
qərarının çıxarılmasına qədər tətbiq olunmuş tədbirin qüvvəsini dayandırmır.
xxix[426]
Maddə 997-1. Dövlət və bələdiyyə qiymətli kağızları
xxx[427]
997-1.1. Dövlət qiymətli kağızları müvafiq icra hakimiyyəti orqanı və müvafiq
qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı tərəfindən buraxılan qiymətli
kağızlardır.
997-1.2. Bələdiyyə qiymətli kağızları bələdiyyə tərəfindən qanunvericiliklə
müəyyən edilmiş qaydada buraxılan qiymətli kağızlardır.
§ 2. Order
xxxi[428]
Maddə 998. Order anlayışı
998.1. Order elə bir sənəddir ki, onun əsasında bir şəxs (çıxarıcı) başqa şəxsə
(ödəyiciyə) çıxarıcının hesabına remitentə pul, qiymətli kağızlar və ya digər əvəzolunan
əşyalar verməyi tapşırır. Order remitentin adına,adsız və ya əmrə dair qeyd-şərtlə
verilə bilər. Əgər order "veksel" və ya "çek" kimi göstərilirsə, onda, birinci növbədə, bu
Məcəllənin veksellər və ya çeklər haqqında müddəaları tətbiq edilir.
998.2. Orderi almaqla remitent ödəyicidən öhdəliyin icrasını öz adından tələb
etmək hüququ qazanır.
998.3. Ödəyici remitent barəsində öhdəliyi icra etməlidir.
Maddə 999. Orderin ödəyici tərəfindən aksept edilməsi
999.1. Ödəyici remitentə icranı yalnız onun orderi aksept etdiyi halda həyata
keçirməlidir. Lakin əgər ödəyici çıxarıcının borclusudursa, ödəyici icranı aksept
edilmədən də həyata keçirməlidir.
999.2. Aksept etmə icradan əvvəl və ya icra zamanı bəyan oluna bilər. Əgər aksept
etmə icradan əvvəl elan olunursa, ödəyici orderdə aksept haqqında qeyd yazır. Əgər
orderdə qeyd onun remitentə təqdim edilməsinədək yazılmışdırsa, remitent üçün
aksept ancaq təqdim edilmə anından qüvvəyə malikdir.
999.3. Order ödəyici üçün aksept edildikdə icranı remitentə həyata keçirmək
barəsində birbaşa öhdəlik əmələ gəlir. Order aksept edildikdən sonra o, remitentə
yalnız akseptin etibarlığına aid olan və ya orderin, yaxud akseptin məzmunundan irəli
gələn etirazlarını bildirə bilər.
Maddə 1000. Aksept etməkdən və ya ödənişdən imtina
Əgər ödəniş müddəti çatanadək ödəyici orderi aksept etməkdən və ya ödənişi
həyata keçirməkdən imtina edirsə, remitent bu barədə çıxarıcıya dərhal bildiriş
verməlidir. Remitent orderdən irəli gələn hüququnu həyata keçirə bilmədikdə və ya
həyata keçirmək niyyətində olmadıqda da eyni qayda tətbiq olunur.
Maddə 1001. Çıxarıcının remitentlə münasibətləri
1001.1. Əgər ödəyicinin icranı həyata keçirməsi ilə çıxarıcının borcu
ödənilməlidirsə, ödəniş yalnız ödəyici tərəfindən orderin remitentə icrasından sonra
yerinə yetirilmiş sayılır.
1001.2. Remitent orderi qəbul edərək, çıxarıcıya qarşı öz tələb hüququnu yalnız o
halda həyata keçirə bilər ki, ödəyicidən ödənişin icrasını tələb etsin və onu orderdə
nəzərdə tutulan müddət qurtardıqdan sonra almasın.
1001.3. Order ona dəlalət edir ki, başlıca əqd üzrə ixtiyarlının çıxarıcıya qarşı
müvafiq tələbi vardır.
Maddə 1002. Orderin geri götürülməsi