Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə78/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   74   75   76   77   78   79   80   81   ...   189

Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Deməli, Laerti təhqir etməyib. 

Bəs onda müqəssir kimdir, axı, kim? 

Müqəssir Hamletin sərsəmliyidir. 

Əgər belədirsə, onda Hamletin 

Özü, yalnız özü təhqir olunub. 

Onun düşmənidir divanəliyi. 

Hamının yanında budur xahişim: 

Heç vaxt düşünməyin bu cür, bu ağır 

Günahı etmişəm qəsdlə, qərəzlə. 

Bilmədən kamandan buraxıb oxu, 

Mən öz qardaşımı yaralamışam. 

La e r t .  

Təhqir elədiniz bakir hissimi, 

Keçirəm mən sizin taqsırınızdan. 

Halbuki bu halda intiqam odu 

Qəlbimdə daha gur alışmalıydı. 

Fəqət şərəfimi ləkələdiniz, 

Mənim haqqım yoxdur sizi əfv edim. 

Müdrik ağsaqqallar qərar verməmiş 

Banşa bilmərəm sizinlə heç cür. 

Lakin o vaxtacan bu saf, səmimi 

Məhəbbətinizi məhəbbətlə mən 

Qəbul eyləyirəm. 

H a m le t .  

Cİrəkdən şadam. 

Hazıram yarışım öz qardaşımla. 

Mənə qılınc verin. - İşə başlayaq. 

La e r t .  

Birini də mənə, hə, gəlin görək. 

H a m le t .  

Qılınc oynatmaqda naşıyam, Laert. 

Mənimlə yarışda məharətiniz 

Qaranlıq gecədə bir ulduz kimi 

Daha çox parlayıb işıq saçacaq. 

La e r t .  

Mənə gülürsünüz?! 

H a m le t .  Yox, canım haqqı. 

 

302 

downloaded from KitabYurdu.org




K r a l .  

Onlara qılınc ver, cəld tərpən, Ozrik. 

Hamlet - qardaşoğlu, sən bilirsənmi 

Yarışın şərtini? 

H a m le t .  

Çox gözəl, milord. 

Bilirəm, mərc gəlib əlahəzrət, 

Zəif durmalıdır güclüyə qarşı. 

Kra l.  

Yox, yox, bu düz deyil, bu ola bilməz, 

Yaxşı tanıyıram hər ikinizi. 

O bir az üstündür, elə bununçün 

Gedir üç zərbəni sənə güzəştə. 

La e r t .  

Başqasını verin, bu çox ağırdır. 

H a m le t .  

Bu isə lap mənim ürəyimcədir. 

(Jzunluğu birdir bu qılıncların? Oz ri k.  Bəli, əziz 

milord. 

Onlar yarışa hazırlaşırlar. 

Kra l.  


Şərab gətirin. 

Hamlet ya birinci, ya da ikinci 

Zərbələri vursa və yaxud da o 

Cİçüncü zərbəyə cavab qaytarsa, 

Qalanın qoy bütün mazğallanndan 

Onun şərəfinə toplar atılsın. 

Onun sağlığına içəcək kral, 

Onun qədəhinə bir ləl atacaq, 

Hə, elə bir ləl ki Danimarkanın Bir-

birinə varis dörd kralının Tacına 

taxdığı nadir incidən Daha 

qiymətlidir, daha gözəldir. 

Verin qədəhləri. Qoy ildırımtək 

Coşsun nağaralar şeypurlarla bir, 

Şeypurlar toplarla zəbanə gəlsin, 

303 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

H a m le t .  



La e r t .  

H a m le t .  

La e r t .  

H a m le t .  

Oz ri k.  

La e r t .  

Kra l.  

Toplarsa göyləri salsın lərzəyə, 

Göylər də yerləri titrətsin zağ-zağ. 

“İçirəm Hamletin sağlığına mən!” 

Di gəlin başlayaq, sizsə, hakimlər, 

Yarışa diqqətlə nəzarət edin. 

Hücuma keçin, ser. 

Gəldim ha, milord. 



Vuruşurlar. 

Bu biri. 

Dəymədi. 

Hakimlər desin. 

Zərbədir, şübhəsiz, həqiqi zərbə. 

Yaxşı, elə olsun, başlayaq bir də. 

Dayanın, içəyin, şərab paylayın. 

Hamlet, yaxına gəl, bu ləl sənindir. 

Sənin sağlığına, qədəhini al. 

Səhnə arxasında şeypur səsləri və 

top gurultuları eşidilir. 

H a m le t .  

Əvvəlcə döyüşü bitirim gərək. 

Bir azca gözləyin. - Gəlin, başlayaq. 



Vuruşurlar. 

Bu da başqa zərbə. Nədir sözünüz? La e rt .

 

Toxundu, toxundu, yoxdur bir sözüm. 



Kra l.  

Qalib gələcəkdir bizim oğlumuz. 

Kra li ça .  

Yaman tərləyibsən, yaxın gəl, Hamlet. 

Götür dəsmalımı, üz-gözünü sil. 

Sənin bu qələbən şərəfinə, bax, 

İçir kraliça. 

H a m le t .  Sağ olun, xanım. 

Kra l.  İçmə, Gertruda! 

304 

downloaded from KitabYurdu.org




Kra li ça .  

İçəcəm, milord, 

Təvəqqe edirəm, icazə verin. 

Kra l.  


Qədəhdə zəhər var. Məhv oldu artıq. 

H a m le t .  

Cəsarətim çatmır hələ içməyə, 

Tezliklə, tezliklə içərəm, xanım. 

Kra li ça .  

Yaxın gəl, üzünün tərini silim. 

La e r t .  

Hökmdar, indi mən vuracam onu. 

Kra l.  

 

Ağlım çətin kəsir, inanmıram heç. 



La e r t  

{kənara).

 

Fəqət belə bir iş vicdansızlıqdır. 



H a m le t .  

Hə, üçüncü dəfə başlayaq, Laert. 

Ciddi hücum edin, xahişim budur, Elə 

bil, mənimlə oynayırsınız. 

La e r t .  

Beləmi? Beləmi? Yaxşı, başlayaq. 



Vuruşurlar.

 

Oz ri k.  



La e r t .  

Heç biri tutmadı. 

Di alın indi! 

Laert Hamleti yaralayır. Vuruş davam edir. Sonra 

onlar qılınclarını dəyişirlər.

 

Bu dəfə Hamlet Laerti yaralayır.

 

Kra l.  


H a m le t .  

Ayırın onlan! Hirsləndilər ki. Yox, 

yenə başlayaq. 

Kraliça yıxılır.

 

Oz ri k.  



 

Kraliçaya 

Baxın, ey, yıxılıb, kömək eyləyin. 

305 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə