Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə189/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   181   182   183   184   185   186   187   188   189

Uilyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ehtiram, məhəbbət, mehriban dostlar 

Mənim taleyimə yazılmayıbdır. 

Mənim haqqım yoxdur görüm onlan. 

Bunun əvəzində qismətdi mənə: 

ürəklərdə coşan sonsuz lənətlər, 

Dodaqlarda gəzən acı yalanlar. 

Cürətim çatmaz ki, inkar eyləyim, 

Dözməyə məcburdur yazıq ürəyim. 

Ey Seyton! 



Seyton daxil olur. 

Se yt o n.  Hökmdar, əmriniz nədir? 

M a q b e t. Təzə nə xəbər var? 

Se yt o n.  

O xidmətçinin 

Bütün dedikləri təsdiq olundu. 

M a qb e t .  

Ətim sümüyümdən aynlanadək 

İnamla, inadla vuruşum gərək. 

Gətir silahımı! 

Se yt o n.  Hələ səbir edin. 

M a q b e t .  

Gərək silahlanım. Atlı çox göndər, 

Hər yerə, hər yana göz gəzdirsinlər. 

Xalqı vahiməyə salanları sən 

Yerindəcə asdır. Ver silahımı! 

(Həkimə) 

Xəstənin əhvalı necədir, həkim? 

H ə kim .  

Elə xəstə deyil, böyük hökmdar. 

Ancaq müdhiş, qorxunc qarabasmalar 

Onun dincliyini əlindən alır. 

M a qb e t .  

Onu xilas eylə bu işgəncədən. 

Yoxmu bir əlacın xəstə ruhlara? 

Yaddaşda kök atmış ağır dərdləri, 

Beyinə həkk olmuş fəlakətləri 

Qopanb çıxartmaq gəlmir əlindən? 

 

760 

downloaded from KitabYurdu.org




ürəyə daima əziyyət verən Sinəyə tıxanmış 

məşum ağnnı Huşalan, ruhaçan 

məlhəmlərinlə Yuyub təmizləyə bilmirsən 

məgər? 


H ə kim .  

Belə xəstəliyə mübtəla olan Çarə qılmalıdır 

özü-özünə. 

M a qb e t .  

Onda həblərini köpəklərə at, 

Mənə lazım deyil həblərin sənin. 



(Seytona) 

Gətir sipərimi, ver qılıncımı. 

Seyton, atlıları yola saldınmı? 

(Həkimə) 

Qaçır, bir-bir qaçır tanlanm məndən. 



(Seytona) 

Tez ol, cənab, tez ol. (



Həkimə

) Əgər ölkənin Dərdini 

öyrənib sağalda bilsən, 

Əvvəlki halına qaytarsan onu, 

İnan, səni elə təriflərəm ki, 

Göylərdən od saçar, ildırım çaxar, 

Göylər də əks edər təriflərimi. 

(Seytona) 

Çıxar sipərimi, deyirəm sənə. 



(Həkimə) 

De, hansı ot kökü, bitki yarpağı, 

De, hansı məlhəm - həb ingilisləri Silib 

təmizləyər vətənimizdən? 

Onların haqqında eşidibsənmi? 

H ə kim .  

Bəli, eşitmişəm, böyük hökmdar. 

Sizin belə ciddi hazırlığınız Bizə məlum edir 

ingilislərin Yenə yurdumuza soxulmasını. 

M a qb e t  



(Seytona). 

Gətir sipərimi arxamca mənim. 

Dunsinan dağına Birnam meşəsi 

761 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Necə ki qalxmayıb, sarsılmaz ruhum, 

Qılıncdan, zəhərdən yoxdur bir qorxum. 

Gedir. 

H ə k i m  (kənara). 

Burdan sağ qurtarsam, heç vaxt ölmərəm, 

Dünyanı versələr, bura gəlmərəm. 



Gedirlər. 

 

DÖRDÜNCÜ SƏHNƏ



 

Dunsinan yaxınlığında bir yer. Qarşı tərəfdə meşə görünür. 

Malkolm, qoca Sivard, onun oğlu gənc Sivard, Makduf, 

Mentes, Ketnes, Anqus, Lenoks və Ross daxil olurlar. 

Onların arxasınca əsgərlər əldə bayraqlar 

baraban səsləri altında hərbi yerişlə gəlirlər. 

M a lko lm .  

Dostlar, ümidvaram, bu günlərdə biz Rahat 

qalacağıq evlərimizdə. 

M e nt e s.  Buna qəlbimizdə bir şübhə yoxdur. 

Qo ca   Siv a rd.  Bu hansı meşədir? 

M e nt e s.  Bimam meşəsi. 

M a lko lm .  

Hər əsgər özünə bir budaq kəssin, 

Önündə irəli aparsın onu. 

Yaşıl budaqlann çətri altında Gizlədib sayını 

qoşunumuzun, 

Aldada bilərik düşmənimizi. 

Ə sg ə r.  Əmriniz yerinə yetəcək dərhal. 

Qo ca   Siv a rd.  

Belə deyirlər ki, qanlı müstəbid Hələ də 

inanır öz qüvvəsinə. 

Çəkilib Dunsinan qalasına o, 

Sakit bir ürəklə güman edir ki, 

Davam gətirəcək mühasirəyə. 



762 

downloaded from KitabYurdu.org




M a lko lm .  

Bu qala sonuncu ümidgahıdır. 

Bir fürsət düşdümü, imkan oldumu 

Böyük də, kiçik də qaçır qaladan. 

Məcburən qalada qalanların da 

Cİrəyi uzaqdır o müstəbiddən. 

M a kdu f.  

Gərək fikrimizin doğruluğunu 

Hadisələr özü təsdiq eyləsin. 

Gəlin, biz cəbhədə məharət ilə 

Göstərək öz hərbi sənətimizi. Qoca   S iv a r d.  

Artıq vədə yetir, vaxt yaxınlaşır, 

Gərək aydın görək: həyat çaxnaşır. 

Bilək: hansı yolla biz getməliyik, 

Deyək: nəyimiz var, nə etməliyik. 

Sözlər boş ümidlər vəd edir bizə, Bir 

inam gətirmir ürəyimizə. 

Qılınc zərbəsinin hökmü gerçəkdir, 

Bu döyüş hər şeyi həll edəcəkdir. 

Hərbi yerişlə gedirlər. 

BEŞİNCİ SƏHNƏ

 

Dunsinan. Qəsrdə əvvəlki otaq. 

Maqbet, Seyton və ellərində bayraq olan 

əsgərlər baraban səsləri altında gəlirlər. 

M a qb e t .  

Qala bürclərindən bayraqlar asın. 

“Gəlirlər, gəlirlər!” bağırtılan Yenə 

eşidilir hər bir tərəfdən. Möhkəm 

qəsrimizin müdafiəsi Zəif 

hücumlara rişxənd edəcək. Qala 

divarları önündə onlar 



763 

downloaded from KitabYurdu.org




Uilyaıtı Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Aclıqdan, taundan məhv olacaqlar. 

Dönük tanlarımız - qaçqınlarımız 

Onlara köməklik göstərməsəydi, 

Onları mən özüm qarşılayardım, 

Evlərinə qədər yola salardım. 



(Səhnə arxasından qadın çığırtılan gəlir.) 

Bu nə hay-haraydır?



 

Se yt o n.  

Böyük hökmdar, 

Qadınlar ağlayıb fəryad edirlər. 

 

M a qb e t .  



Gedir. 

Artıq unutmuşam qorxu hissini. 

Bir zaman vardı ki, zülmət gecədə 

Adicə bir səsdən donurdu qanım. 

Müdhiş, vahiməli əfsanələrdən 

Başımda tüklərim dururdu biz-biz. 

Doymuşam, bıqmışam qorxudan daha. 

Ən məşum, ən mənfur dəhşətlər indi 

Doğmadır qansaçan fikirlərimə. 

Heç nə, heç nə məni qorxuda bilməz. 



Seyton qayıdır. 

Nəydi o qışqırıq? 

Se yt o n.  Öldü kraliça. 

M a qb e t .  

O bir az sonra da ölə bilərdi

Bu ağır xəbəri dinləmək üçün Onda vaxt 

olardı, imkan olardı. 

Sabah, sabah, sabah... ah, bu sabahlar Kiçik 

addımlarla hey gündən-günə Sürünür, can 

atır bəxt kitabının Sonuncu, kədərli 

səhifəsinə. 

Bizim keçmişimiz - dünənlərimiz, Deməli, 

daima biz axmaqların Məzar yollarını 

işıqlandırıb. 

Yan qurtar, ey ömrüm - ey şam qalığı! 

764 

downloaded from KitabYurdu.org




Həyat nədir axı? Gəzəri kölgə, 

Səhnədə sürəkli hay-küy qoparan, Tez 

də unudulan, can evi viran, Biçarə, 

zavallı bir aktyordur. 

Həyat sarsaqların acı dilində Cəfəng 

söz yığını, boş bir nağıldır. 



Qasid daxil olur. 

Gəlmisən dilini işə salmağa, 

Tez ol, başla görək! 

Qa s id .  

ülu hökmdar, 

İstəyirəm deyim gördüklərimi, 

Ancaq bilmirəm ki, necə deyim mən. 

M a qb e t .  Yaxşı, tez ol, danış! 

Qa s id .  

Dağın başında 

Keşikdə durmuşdum mən ayıq-sayıq. 

Bimam meşəsinə tərəf baxırdım. Mənə 

elə gəldi, meşə qəflətən Tərpəndi 

yerindən. 

Maq b et. Rəzil yalançı! 

Qa s id .  

Əgər yalan desəm bircə kəlməni, 

Qəzəbiniz mənə qoy qənim olsun, üç 

mil məsafədən siz özünüz də Görə 

bilərsiniz. Gedəyin, baxın. 

Mən gördüm, yeridi Bimam meşəsi. 

M a qb e t .  

Əgər yalan desən, bil, diri-diri 

Aclıqdan quruyub qaxac olunca Səni 

ilk ağacdan asdıracağam. 

Əgər doğru desən, yoxdur bir sözüm, 

Onda ilk ağacdan sən asdır məni. 

Polad qətiyyətim qırılır artıq. 

İblisin eyhamlı, ikimənalı, 

Həqiqətə bənzər yalan sözləri 

Şübhələr oyadır qəlbimdə indi. 

765 

downloaded from KitabYurdu.org




Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

“Dunsinan dağına Birnam meşəsi 

Necə ki gəlməyib, qorxma heç nədən”. 

Dunsinan dağına gəlir o meşə. 

Tez silah başına, çıxaq qaladan! 

Qasidin sözləri doğrusa hərgah, 

Yollar bağlanıbdır, yoxdur bir pənah. 

Yorulub bezmişəm ömürdən, düzü. 

Nə həyat olaydı, nə də yer üzü! 

Həyəcan zəngini çalın! Of, dəhşət! 

Başla, ey qasırğa! Qəl, ey fəlakət! 

Ölümlə üz-üzə gələcəyəm mən, 

Əlimdə silahım öləcəyəm mən. 

Gedirlər. 

 

ALTINCI SƏHNƏ



 

Dunsinan. Qəsrin önündə bir düzənlik. 

Malkolm, qoca Sivard, Makduf və başqaları əllərində bayraq 

baraban səsləri altında daxil olurlar. Onların arxasınca qoşun 

gəlir. Əsgərlərin elində ağac budaqları vardır. 

M a lko lm .  

Çatmışıq qalanın yaxınlığına. 

Atın bir tərəfə budaqları siz, 

Düşmənin gözünə açıq görünün. 

(Qoca Sivarda) 

Siz, mənim hörmətli, istəkli əmim, 

Nəcib, alicənab, mərd oğlunuzla Birinci 

alaya başçılıq edin. 

Qəhrəman Makdufla birlikdə mən də, 

Əzəldən qərara aldığımıztək, 

Qalan əsgərlərə rəhbərlik edək. 

Qo ca   Siv a rd.  

Sizə uğur olsun, sizə yaxşı yol. 

Bu axşam cəlladla dursaq üz-üzə, 

Ya ləkə güləcək, ya şərəf bizə. 

766 

downloaded from KitabYurdu.org




M a kdu f.  

Çalın şeypurları, qoy dilə gəlsin, Ölüm 

carçısının səsi yüksəlsin. 

Gedirlər. Döyüş sədaları davam edir. 

YEDDİNCİ SƏHNƏ

 

Düzənliyin o biri tərəfi. 

Maqbet daxil olur.

 

M a qb e t .  

Onlar hər tərəfdən kəsiblər yolu, 

Qaçmaq mümkün deyil indi heç yana. 

Köpəklər içinə düşmüş ayıtək 

Məcburam onlarla vuruşmağa mən. 

Kimdir o - qadından doğulmayan kəs? 

Bir onun zəhmindən ürəyim gülməzi 



Gənc Sivard gəlir. 

Gə n c  Siv a rd.  Sənin adın nədir? 

M a qb e t .  

Adımı bilsən, 

Qorxudan dizlərin titrəyər sənin. 

Gə n c  Siv a rd.  

Yox, yox, cəhənnəmdə olan adlardan 

Dəhşətli olsa da, müdhiş olsa da, 

Yenə rəngim qaçmaz. 

M a qb e t .  Adım Maqbetdir. 

Gə n c  Siv a rd.  

Mənim bundan artıq nifrət etdiyim Bir 

adı şeytan da deyə bilməzdi. M a qb e t .  Həm nifrət 

etdiyin, həm də qorxduğun. Gə n c  Siv a rd.  

Sən yalan deyirsən, mənfur müstəbid. 

Yalan dediyini elə bu saat Sübut 

edəcəyəm öz qılıncımla. 

767 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Vuruşurlar. Gənc Sivard yaralanıb ölür. 

M a q b e t. 

Səni qadın doğub, südəmər uşaq. 

Qadından doğulan igidsə hərçənd, 

Qılıncı gülüncdür, qalxanı rişxənd. 

Gedir. Vuruşma sədaları. 

Makduf daxil olur. 

M a kdu f.  

Döyüş gurultusu gəlir bu yandan. 

(Maqbeti səsləyir.) 

Ey cəllad, bəri çıx, göstər üzünü. 

Səni başqa adam öldürsə hərgah, 

O vaxt arvadımın, uşaqlarımın 

Ruhu mənə dinclik verməyəcəkdir. 

Bir qarın çörəkçin öz əllərini 

Satan əsgərlərin - o bədbəxtlərin 

Cİstünə mən qılınc çəkə bilmərəm. 

Maqbet, ya bu iti almaz qılıncı 

Sənin ürəyinə saplayacağam, 

Ya da ağzıkəsməz, küt bıçaq kimi, 

Qaytarıb qınına qoyacam onu. 

Yəqin, sən ordasan, mütləq ordasan. 

Bu böyük gurultu təsdiq edir ki, 

Döyüşən ən böyük bir sərkərdədir. 

Tale, səndən yalnız budur istəyim: 

Sən məni onunla üz-üzə gətir. 

Vuruşma sədaları altında gedir. 

Malkolm və qoca Sivard 

daxil olurlar. 

Qo ca   Siv a rd.  

Bu tərəfdən gəlin, mehriban prins. 

Saray təslim oldu müharibəsiz. 

Düşmənlər vuruşur ikitərəfli: 

Həm bizimlə birgə, həm bizə qarşı. 

Mərdliklə döyüşür qeyrətli tanlar. 

 

768 

downloaded from KitabYurdu.org



Bir azdan çarpışma sona yetəcək. Bu 

hərbdə qələbə sizindir artıq. 

M a lko lm .  

Zəif düşmənlərlə qarşılaşmışıq, 

Onlann zərbəsi təhlükəsizdir. Qoca   S iv a r d.  

Buyurun, saraya giriniz, prins. 



Döyüş sədaları altında gedirlər. 

SƏKKİZİNCİ SƏHNƏ

 

Düzənliyin başqa bir tərəfi. 

Maqbet daxil olur. 

M a qb e t .  

Hələ qarşımdadır canlı adamlar. Onlan 

öldürmək əvəzinə mən, 

Nə üçün ağılsız romalı kimi, Sancım öz 

köksümə öz qılıncımı? 



Makduf gəlir. 

M a kdu f.  Cəhənnəm köpəyi, qayıt geriyə! 

M a qb e t .  

Səndən çəkinirdim mən hamıdan çox, 

Fəqət indi çəkil, geriyə çəkil! 

Çünki ruhum sənin əzizlərinin Qanına 

batıbdır kifayət qədər. 

M a kdu f.  

Sözüm qılıncımdır, başqa sözüm yox. 

Sənin qana batmış alçaqlığını Dil 

danışa bilməz, dil deyə bilməz. 

M a qb e t .  



Vuruşurlar. 

Boş yerə əlləşib, özünü yorma. 

İti qılıncını endirib yalnız 

769 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Havanın köksünü yara bilərsən. 

Adi sipərlərə vur qılıncını, 

Mənim sipərimi deşə bilməzsən. 

Varlığım, həyatım tilsimlənibdir. 

Qadından doğulan bir insan oğlu 

Mənə heç bir vədə xətər yetirməz. 

M a kdu f.  

Sən gəl bu tilsimdən ümidini kəs. 

Bütün ömrün boyu nökər olduğun 

Öz ağan iblisdən soruş, xəbər al, 

O sənə danışsın bu həqiqəti: 

Makduf anasından doğulmayıbdır. 

Onun anasının qarnını yarıb, 

Onu çıxarıblar vaxtından qabaq. 

M a q b e t. 

Bu sözləri deyən dilin qurusun! - 

Sarsıtdı sarsılmaz mətanətimi. 

Daha inanmaram şeytanlara mən. 

Riyalar, hiylələr, müəmmalarla 

Bizi aldadırlar onlar hər zaman. 

Əvvəl şirin-şirin vəd edib bizə

Sonra da qırırlar ümidimizi. 

Səninlə döyüşə girmərəm heç vaxt. 

M a kdu f.  

İndi ki belədir, təslim ol, qorxaq! 

Yeganə, müstəsna bir yırtıcıtək 

Səni biz salarıq dəmir qəfəsə. 

Boynundan bir yekə lövhə asarıq, 

Lövhənin üstünə belə yazarıq: 

“Dünyanın ən zalım, qanlı hakimi”. 

Ellər sənə baxar tamaşa kimi. 

M a q b e t. 

Necə, təslim olum, mən təslim olum?! 

Düşüm Malkolmun ayaqlarına, 

Onun qarşısında torpağı öpüm?! 

Qara camaatın istehzasına Bütün 

ömrüm boyu hədəf olum, hə? 

 

770 

downloaded from KitabYurdu.org




Yox, əsla, yox, əsla! Bu mümkün deyil. Bu 

bir həqiqətdir: Birnam meşəsi Dunsinan 

dağına yaxınlaşıbdır. Doğrudur, qadından 

doğulmayan sən Qarşımda durursan 

mərdi-mərdanə. Buna baxmayaraq, 

sonuncu dəfə Bəxtimi sınamaq istəyirəm 

mən. Çəkirəm köksümə öz qılıncımı. 

Vur, Makduf, qılıncdan alov yüksəlsin, İlk 

dəfə “dur” deyən lənətə gəlsin! 

Vuruşa-vuruşa gedirlər. 

Döyüş sədaları davam edir. 

Vuruşa-vuruşa qayıdırlar. 

Maqbet yaralanıb ölür. 

DOQQUZUNCU SƏHNƏ

 

Qəsrdə bir yer. 

Mallcolm, qoca Sivard, Ross, tanlar və əsgərlər 

əldə bayraqlar baraban sədaları altında daxil olurlar. 

M a lko lm .  

Bütün dostlarımız, əzizlərimiz, 

Kaş ki, sağ-salamat qayıdaydılar! 

Qo ca   Siv a rd.  

Döyüşdə bəzisi qurban gedəcək. 

Buna baxmayaraq, mən görürəm ki, tlcuz 

başa gəldi bu böyük zəfər. M a lko lm .  Həm Makduf, 

həm də ki oğlunuz yoxdur. R o s s.  

Oğlunuz ödədi əsgər borcunu: 

Yetkinlik yaşına qədəm qoyanda O təsdiq 

eylədi igidliyini. 

Amansız vuruşda hərb meydanında Öldü 

kişi kimi. 



771 

downloaded from KitabYurdu.org




Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Siv a r d.  Necə, o ölüb? 

Bəli, apardılar onu meydandan. 

Hərgah oğlunuzun ləyaqətinə 

Layiq ola bilən yas saxlasanız, 

Onda dərdinizin axırı olmaz. 

Siv a r d.  O öz köksündənmi yaralanmışdı? 

Bəli, düz köksündən. 

Siv a r d.  

Bir şəhid kimi, 

Allah hifz eləsin cənnətdə onu. 

Yüz oğlum olsaydı, onlara heç vaxt 

Bundan gözəl ölüm arzulamazdım. 

Deməli, çaldılar ölüm zəngini. 

M a lko lm .  

Ağırdır daha çox itkisi onun, 

Bu sonsuz kədərlə mən yanım gərək. 

Qo ca   Siv a rd.  

Yetər, kifayətdir. Deyirlər belə: 

Həyatdan ayrılıb ləyaqət ilə. 

Şərəflə ödəyib o öz borcunu. 

Allah rəhmət etsin!.. Bir ora baxın! 

Yeni bir xoş xəbər, fərəhli xəbər!.. 

Makduf daxil olur. 

Cidasının ucuna Maqbetin başını keçirib. 

 

M a kdu f.  



Yaşayın, hökmdar, əziz Malkolm! Bir 

baxın, bir görün, qanlı cəlladın 

Mənfur, iyrənc başı harda dayanıb? 

Vətən xilas oldu, xalq azad oldu. Sizin 

səltənətin incilərini Sizin başınızda 

cəm görürəm mən. Onların qəlbinin 

dərinliyində Dil açan arzunu mən öz 

arzumla Birlikdə deyirəm sizə ucadan: 

Yaşasın Şotlandiya hökmdarı! 

772 

downloaded from KitabYurdu.org




H a m ı.  Yaşasın Şotlandiya hökmdarı! 

Baraban səsləri. 

M a lko lm .  

Çox vaxt itirmərik təşəkkür üçün. 

Sevgisinə görə, işinə görə Hamı tezcə 

alar öz qiymətini. 

Heç kimin önündə borclu qalmarıq. 

Mənim qohumlarım, mənim tanlarım, 

Qraflıq verirəm sizə bu gündən. 

Bu şərəfli adı Şotlandiyada 

Birinci olaraq siz alırsınız. 

Təcili, tələsik görəcəyimiz Bir çox 

məsələlər durur qarşıda. 

Qanlı müstəbidin qansız torundan 

Canını qurtarıb xaricə qaçan Dostları 

vətənə çağırmalıyıq. - Bu ölmüş 

qəssabın, onun arvadı - O qatil, 

deyirlər, intihar edib - İfritəsifətli 

kraliçanın Amansız, vicdansız 

nökərlərini Arayıb, axtarıb tapmaq 

gərəkdir. Kərəm sahibinin 

himayəsində Hər çətin, hər müşkül 

işlərimizi Vaxtında, yerində görəcəyik 

biz. Hələlik bununla qurtarır sözüm. 

Sizə həm birlikdə, həm təklikdə mən 

Təşəkkür edirəm səmimi qəlbdən. 

Buyurun, gedəyin birlikdə yenə 

Skona, tacqoyma mərasiminə. 

Musiqi çalınır. Gedirlər. 

773 

downloaded from KitabYurdu.org




 

Ullyam Şshspir 



DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

downloaded from KitabYurdu.org




MÜNDƏRİCAT 

Dünyanı “lə

rz

ə

y

ə

 g

ə

tir

ə

n " dahil

ə

rd

ə

n biri

 ..................... 5

 

ROMEO və CÜLYETTA  .................................... 23 

HAMLET  ............................................................ 155 

OTELLO  ............................................................. 313 

KRAL LİR  .......................................................... 493 

MAQBET  ........................................................... 657 

downloaded from KitabYurdu.org




 

DÜNYA ƏDƏBİYYATI



 

KLASSİKLƏRİ

 

Uilyam 

ŞEKSPİR 

SEÇİLMİŞ ƏSƏRLƏRİ 

Çapa imzalanmışdır 09.06.2009. Format 60x84 

1

/

18

. Ofset çap üsulu. 

Fiziki çap v

ə

r

əqi 48,5. Sifariş 93. Tiraj 7000.

 

“Şə

rq-Q

ə

rt)" ASC-d

ə

 

çap olunmuşdur

 

Bakı, Aşıq Ələ

sg

ə

r küç

ə

si, 17 

Tel.: (+994 12)474-75-62 

Faks: (+994 12) 470-18-49 

e-mail: 

sharq.qarb@gmail.com

 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə