Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə188/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   181   182   183   184   185   186   187   188   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Le di   M a qb e t .  Yatağa, yatağa. Eşitmirsən? Darvazam döyürlər. 

Gedək,  gedək,  gedək,  gedək.  Əlini  mənə  ver.  Olan  oldu,  onu  daha 

qaytarmaq olmaz. Yatağa, yatağa, yatağa. 



(Gedir.)

 

H ə kim .  İndiyatacaqmı? 



Qa d ın.  Dərhal. 

H ə kim .  

Çirkin şayiələr dolanır eldə, 

Bu cahan mülkündə dəhşətli işlər 

Dəhşətli bəlalar törədir hər vaxt. 

Naxoş-xəstə ruhlar öz yatağında 

Açar öz sirrini kar balındara. 

Ona təbibdən çox, keşiş gərəkdir. 

Allah, Allah, özün bağışla bizi! 

Çalışın, siz ondan muğayat olun, 

Bir an gözünüzdən qoymayın onu. 

ücu, ağzı iti evdə nə varsa, 

Daldada, xəlvətdə gizli saxlayın. 

Özünə bir xətər yetirə bilər. 

Hələlik, gecəniz xeyrə qalsın. 

Varlığım sarsılıb gördüklərimdən. 

Qorxunc fikirlərdən artıb dəhşətim, 

Fəqət danışmağa çatmır cürətim. 

Qa d ın.  Sağ olun, sağ olun, mehriban həkim. 

Gedirlər. 

İKİNCİ SƏHNƏ

 

Dunsinan yaxınlığında bir yer. 

Mentes, Ketnes, Anqus, Lenoks və əsgərlər baraban 

səsləri altında daxil olurlar. Onların əlində bayraq vardır. 

M e nt e s.  

İngilis ordusu yaxınlıqdadır. 

Orduya başçıdır Malkolm, Makduf, 

Bir də Malkolmun əmisi Sivard. 

downloaded from KitabYurdu.org




İntiqam oduyla yanır hər üçü. Onların 

müqəddəs, sonsuz kədəri Qorxunc 

cəbhələrdə qanlar tökməyə Məzardan 

çıxardar ölüləri də. 

An qu s.  

Birnam meşəsinə gedən yol üstdə 

Mütləq biz onlarla görüşəcəyik. 

Onlar həmin yolla gəlir döyüşə. 

Ke t ne s.  

Görən, Donalbayn qardaşı ilə Bərabər 

gəlirmi? 

Le n ok s.  

Şübhəsiz ki, yox! 

Döyüşə gedəcək zadəganların Dəqiq 

siyahısı məndədir, cənab. Sivardın 

oğlunun, bir çox gənclərin Adları 

yazılıb o siyahıya. 

Onlar bu döyüşdə birinci dəfə Təsdiq 

edəcəklər kişiliyini. 

M e nt e s.  Nə işlə məşğuldur indi müstəbid? 

Ke t ne s.  

Bərkidir Dunsinan istehkamını. 

Bəzisi deyir ki, o dəli olub. 

Bəzisi də deyir: onda bu tutma 

Comərdlik, igidlik əlamətidir. 

Bir şey aydındır ki, o sərsəmləyib. 

Harınlıqdan şişmiş yoğun qarnına 

Şahlıq kəmərini bağlaya bilmir. 

An qu s.  

Gizli törətdiyi cinayətlərin Ağır 

məngənəsi sarsıdır onu. 

Ölkəni bürüyən coşqun üsyanlar 

Çırpır sifətinə xəyanətini. 

Onun əsgərləri könüllü deyil

Əmrlə, hökmlə gedirlər hərbə. 

Pəzəvəng bir divin dəmir geyimi 

Cırtdan bir oğrunun çiyinlərindən 

757 

downloaded from KitabYurdu.org




Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Necə sallanırsa, kral rütbəsi Eləcə 

sallanır onun üstündən. 

Artıq hiss eləyib bu həqiqəti. 

M e nt e s.  

Onun vicdanına düşən ləkələr Onun 

vicdanına dağ basır indi. Görünür, 

bununçün şaşınb ağlı, Lənətlər yağdırır 

özü-özünə. 

Ke t ne s.  

Gəlin, yola düşək, mehriban dostlar. 

Xəstə ölkəmizin təbibi olan Həqiqi kralı 

qarşılayaq biz. 

Doğma yurdumuzun şəfası üçün Tökək 

qanımızı onunla birgə. 

Le n ok s.  

Sulayaq vətəni öz qanımızla: 

Hökmdarlıq gülü qoy açsın çiçək, 

Tikanlar qərq olub çürüsün tək-tək. 

Bimam meşəsinə doğru, irəli! 



Əsgəri nizamla gedirlər. 

ÜÇÜNCÜ SƏHNƏ

 

Dunsinan. Qəsrdə bir otaq. 

Maqbet, həkim və meiyyet daxil olurlar. 

M a qb e t .  

Daha gətirməyin mənə bir xəbər. 

Dağılsın hamısı, qaçsın hamısı, 

Birləşsin düşmənlə qoy əsgərlərim. 

Dunsinan dağına Birnam meşəsi Neçə 

ki qalxmayıb yoxdur bir qorxum. Bu 

uşaq - Malkolm axı nədir, nə?! Məgər o, 

qadından doğulmayıbdır? 

 

758 

downloaded from KitabYurdu.org



İnsan taleyinin biliciləri - Ruhlar belə deyib 

bir zaman mənə: “Qorxma, Maqbet, qorxma, 

qadından olan Heç kəs sənə heç vaxt xətər 

yetirməz”. Qaçın, saxta tanlar, çıxın aradan, 

Birləşin ingilis naz-nazlarıyla. 

İradəm möhkəmdir mənim həmişə

Ruhum qorxu bilməz, könlüm əndişə. 

(Xidmətçi gəlir.)

 

Südüzlü yaramaz, kaş mənfur iblis Qapqara 



qaraltsın səni kömürtək. 

Niyə qaz rənginə dönübdür rəngin? X id m ə t çi .  

Orda on min... 

M a qb e t .  Qaz var? 

X i d m ə t ç i. Yox, kral, əsgər. 

M a qb e t .  

Get, bir az ənlik tap, tez çək üzünə, 

Al boyaq altında qorxunu gizlət. 

Ey, ağciyər oğlan, o nə əsgərdir? 

Səni gəbər görüm. Bu kətan üzün Hamının 

qəlbini dəhşətə salır. 

Ey, ödü dağılmış, o nə əsgərdir? X i dm ə t çi.  

İngilis ordusu, böyük hökmdar. 

M a qb e t .  

İtil gözlərimdən! 

Xidmətçi gedir. 

Seyton! Nə oldu? 

Yamanca darıxır ürəyim mənim. 

Belə görünür ki, - Seyton deyirəm! - Bu 

döyüş hər şeyi həll edəcəkdir: 

Mən ya ucalacam, ya məhv olacam. Yaşadım 

dünyada kifayət qədər, 

Çatdım həyatımın payızına mən. 

Ömür ağacımın budaqlarından Saralmış 

yarpaqlar tökülür bir-bir. Qocalığın yaxın yoldaşı 

olan 

759 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə