Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə186/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   181   182   183   184   185   186   187   188   189

Bəli, indi gəlir. Bir dəstə bədbəxt 

Şəfa tapmaq üçün gözləyir onu. 

Onların dərdindən baş açmır loğman, 

Elm qüvvəsizdir, təbabət aciz. 

Fəqət o yüngülcə toxunan kimi, 

Sağalır o saat ağır xəstələr. 

Ona qüdrət verib böyük yaradan, 

Özü sehrləyib onun əlini. 

Təşəkkür edirəm, mehriban həkim. 

Həkim gedir. 

M a kdu f.  Həkimin dediyi nə xəstəlikdir? 

M a lko lm .  

Xənazir adlanır eldə-obada. 

Mərhəmətli kral bu xəstəliklə 

Möcüzə yaradır nadir, misilsiz. 

Mən gələndən bəri İngiltərəyə 

Tez-tez öz gözümlə görmüşəm bunu. 

Tanrıdan o necə alır bu sehri

Bunu yalnız onun bir özü bilir. 

Naməlum dərdlərə düçar olanlar, 

Yaralı-xoralı, şişkin vücudlu, 

Cİmidsiz xəstələr, miskin adamlar 

Pənah gətirirlər tək ona ancaq. 

Onların boynundan qızıl pul asıb, 

Müqəddəs dualar oxuyur kral, 

Onları bəladan xilas eyləyir. 

Belə deyirlər ki, bu xoşbəxtliyi 

O öz varisinə bağışlayacaq. 

Bu ülvi, ilahi haqq vergisiylə 

O şöhrət qazanıb peyğəmbər kimi, 

Taxtını bəzəyir möcüzələrlə. 



Ross daxil olur. 

M a kdu f.  Bir baxın, kim gəlir! 



DÜNYA ƏDƏBİYYATI KİASSİKIƏRİ

 

 

H



ə

k i m .  

M a lko lm .  



748 

downloaded from KitabYurdu.org




M a lko lm .  

Pal-paltarından 

Belə görünür ki, həmyerlimizdir. 

Fəqət mən bilmirəm kim olduğunu. 

M a kdu f.  Mehriban qardaşım, sən xoş gəlmisən. 

M a lko lm .  

Hə, indi tanıdım. O da bizimtək Öz 

doğma yurdundan didərgin düşüb. 

Xudaya, sən bizi bir-birimizə Yad edən 

səbəbi aradan götür! 

R o s s.  Amin! 

M a kdu f.  Şotlandiya öz yerindəmi? 

R o s s.  

Əfsuslar olsun ki!.. Ah, yazıq vətən! 

Bir anlıq özünü görə bilsəydi

Tir-tir titrəyərdi dəhşət içində. 

O bizə ana yox, məzardır indi. 

Hər şey başqalaşıb, tanınmaz olub, 

Cİzlərdən təbəssüm çəkilib göyə. 

Şivənlər, nalələr, ahlar, amanlar 

Havanın bağrını kəsir, doğrayır. 

Nə bir eşidən var, nə bir baxan var, 

Hamı adət edib bu fəryadlara, 

Ən ağır müsibət ən adi qəmdir. 

Bir gün ara vermir matəm zəngləri, Heç 

kəs maraqlanmır kimdir bu ölən. Səfalət 

içində sağlam adamlar Dərilmiş 

çiçəkdən daha tez solur, Məhv olub 

gedirlər xəstələnmədən. 

M a kdu f.  

Ah, bu qorxunc nağıl, dərdli hekayət 

Necə də dəqiqdir, necə də düzgün! M a lkolm .  Siz 

bizə danışın son fəlakətdən. 

R o s s.  

Bir saat əvvəlki bir hadisəni Son fəlakət 

deyə nəql eyləyən kəs Gülünc hala 

düşər istər-istəməz. 

749 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

O  möhnət  yurdunda,  o  qəm  mülkündə 



Yeni bir fəlakət törəyir hər an. 

M a kdu f.  Arvadım necədir? 

R o s s. Hə, o yaxşıdır. 

M a kdu f.  De, bəs uşaqlarım? 

R o s s. üşaqların da. 

M a kdu f.  Müstəbid narahat etmir onları? R 

o s s. Xeyr, mən görəndə rahat idilər. 

M a kdu f.  

Maqqaşla  çıxarma  sözü  ağzından, 

Burax xəsisliyi, təzə nə olub? 

Bu ağır, kədərli xəbərlərlə mən Sizin 

yanınıza gəldiyim zaman Belə söz 

gəzirdi el arasında: üsyana qalxıbdır 

igid oğullar. 

Tezliklə gördüm ki, doğrudur bunlar. 

Çünki müstəbidin mənfur ordusu 

Qanlı qırğınlara hazırlaşırdı. 

İndi kömək vaxtı, hünər dəmidir. Təcili 

qayıdın vətənimizə. 

Sizin yalnız bircə baxışınızla Hamı bir 

əsgərtək ayağa qalxar. Müdhiş 

fəlakətdən qurtarmaq üçün Silaha 

sarılar qızlarımız da. 

M a lko lm .  

Biz yola hazırıq elə bu saat. 

Sərkərdə  Sivardı  veribdir  bizə. 

Xristian  dünyası  hələ  onuntək 

Bir  comərd,  bir  cəsur  igid 

görməyib. 

Ah, kaş nə olaydı, bu xoş xəbərə Mən 

də xoş xəbərlə cavab verəydim. 

Mənim deyəcəyim qorxunc sözləri 

Səhrada tufantək ulamaq olar. 

İnsanlar bu dərdə davam gətirməz. 

R o s s.  

İngilis kralı on min qoşunla 

R o s s.  

750 

downloaded from KitabYurdu.org




M a kdu f.  

Bu ağır müsibət kimə aiddir? 

Cİmumən hamıya, ya bir nəfərə? 

R o s s.  

Köksünün altında qəlbi olan kəs Bu 

dərddən alışıb-yanmaya bilməz. Onun çox 

hissəsi sənə aiddir. M a kdu f .  Əgər belədirsə

onda tez söylə. R os s.  

Lənətlər yağdırma dilimə mənim, 

Sənin qulaqların kar olacaqdır, 

Ömründə belə qəm eşitməmisən. 

M a kdu f.  Hm! Mən yavaş-yavaş hiss eləyirəm. 

R o s s.  

Canilər saraya basqın etdilər. 

Zövcən, uşaqların öz evindəcə 

Qırıldı maraltək vəhşicəsinə. 

Bu qorxunc səhnəni, qanlı qırğını 

Sənə nəql eyləsəm olduğu kimi, Səni 

də burada mən öldürərəm. 

M a lko lm .  

Ey rəhmli Allah! - Mə oldu, kişi! 

Papağı gözünün üstünə basma. 

Bu kədər dil açıb danışsın gərək, 

Yoxsa ağır dərddən partlayar ürək. M a kdu f.  

Deyirsən, məhv oldu uşaqlarım da? R os s.  

Zövcən, uşaqlann, nökərlərin də. 

Kim ələ keçdisə, qılındadılar. M a kdu f.  Mən isə 

burdayaml Arvadımı da? R os s.  Sənə dedim, axı. 

M a lko lm .  

Sakit ol, dostum! 

Bu dərin, ölümcül yaranı ancaq 

Amansız intiqam sağalda bilər. 



751 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə