Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə182/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   178   179   180   181   182   183   184   185   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Göy guruldayır. İkinci ruh al-qan içində 

bir uşaq şəklində zühur edir. 

İ k i n c i   r u h .  Maqbet! Maqbet! Maqbet! 

M a q b e t .  

Təbiət mənə 

üç qulaq versəydi, üçüylə də mən 

Səni dinləyərdim nəfəs dərmədən. 

İ k i n c i   r u h .  

Zalım ol, qəddar ol, axıt qızıl qan, 

Bəşər övladından qorxma heç zaman. 

Qadından doğulan dünyada bir kəs 

Maqbetə zərrəcə ziyan yetirməz. 

Yerin təkinə çəkilir. 

M a q b e t .  

Onda yaşa, Makduf. Səndən nə qorxum? 

Yox, yox, ehtiyatlı olmaq gərəkdir. 

İnamı ikiqat artırmalıyam, 

Taleyin hökmüylə sən ölməlisən. 

O zaman bənizi qaçmış vahimə Heç vaxt 

yalanlarla sarsıtmaz məni. 

İldınm göylərdən alov töksə də, 

Rahatca yataram öz yerimdə mən. 



Göy guruldayır. 

Üçüncü ruh başı taclı bir uşaq şəklində zühur edir. 

Onun əlində ağac budağı vardır. 

Kimdir şahzadətək belə ucalan? 

Görünür, hökmdar nəslindəndir o. 

Başına tac qoyub uşaq yaşında. 

C a d u g ə r l ə r .  Qulaq as, danışma, ona söz demə, 

ü ç ü n c ü   r u h .  

Şir kimi cəsur ol, qorxma heç kəsdən, - Nə 

açıq hücumdan, nə sui-qəsdən. Maqbeti 

qoynunda hifz eləyir baxt, Maqbet məğlub 

olmaz dünyada heç vaxt. 

 

732 

downloaded from KitabYurdu.org




Dunsinan dağına Birnam meşəsi Necə ki 

qalxmayıb coşar nəşəsi. 



Yerin təkinə çəkilir. 

M a q b e t .  

Bu iş mümkün deyil: dünyada heç kəs 

Meşəni qoşuna çevirə bilməz. 

Ağaca əsgərtək əmr edən varmı? 

Ağac da torpaqdan heç aynlarmı? 

Siz mənə dediniz peyğəmbər sözü, 

Gül kimi açdınız könlümü, düzü. 

Ruhumda baş verən amansız qiyam 

Rahatlandı tamam, səngidi tamam. Necə 

ki yerimir Birnam meşəsi Olmaz 

ürəyimin bir əndişəsi. 

Demək, kral Maqbet xoşbəxt olacaq, 

O öz əcəliylə öləcək ancaq. 

Fəqət alovlanır başqa diləyim, 

Yenə həyəcanla vurur ürəyim. 

Varsa xəbəriniz cəmi işlərdən, 

Bilmək istəyirəm bir sirri də mən. 

Bankonun övladı, - budur dəhşət də, - Kral olacaqmı 

bu məmləkətdə? C a d u g ə r l ə r .  Daha kifayətdir, 

soruşma artıq. M a q b e t .  

Razı salmasanız siz məni əgər, 

Mənim xahişimi rədd eyləsəniz, 

Qoy sizə əbədi lənətlər olsunl 



Bu vaxt qazan yoxa çıxır. 

Qazan necə oldu? Bu səs-küy nədir? 



Şeypur səsləri eşidilir. 

B i r i n c i   c a d u g ə r .  Gəlinl 

İ k i n c i   c a d u g ə r .  Gəlin! 

Ü ç ü n c ü   c a d u g ə r .  Gəlin! 



733 

downloaded from KitabYurdu.org




 

Uilyam Şekspir

 

DÜNYA ƏDƏBİYYATI KIASSİKIƏRİ

 

 

H a m ı s ı .  



Görünün ona. 

Kədərdən göynəsin köksündə ürək, 

Siz gəlin kölgətək, gedin kölgətək. 

Səhnədən bir-birini təqib edən səkkiz kral keçir. 

Sonuncu kral elində bir güzgü tutub. 

Onun arxasınca Bankonun ruhu gəlir. 

M a q b e t (



birinci krala). 

Yaman bənzəyirsən Bankoya, rədd ol! 

Tacın gözlərimi deşir ox kimi. 

(İkinci krala) 

Birinci krala oxşayır bu da, 

Saçı da, tacı da eynidir, eyni. 

(Cadugərlərə) 

Aha, üçüncüsü, sən bir işə bax, 

Necə də bənzəyir əvvəlkilərə! 

Ey rəzil falçılar! Nə üçün, nədən Onları siz 

mənə göstərirsiniz? 

Bu da dördüncüsü! Kaş kor olaydım! - Bu 

nədir! Qiyamət gününə qədər Bu cərgə, bu 

sıra davam edəcək? 

Gəlir bir başqası, hə, yeddincisi - Baxmaq 

istəmirəm daha onlara. 

Odur yenə gəlir... səkkizincisi Hələ bax, 

əlində güzgü tutubdur. Güzgüdə aydınca 

görünür mənə Bütün bir nəsilin kral 

dəstəsi. 

Onların əlində dövlət nişanı - Cİçbaşlı əsa 

var, qoşa qızıl şar. 

Qorxunc mənzərədir, müdhiş tamaşa! İndi 

mən görürəm bu həqiqətdir. Qanına 

bələnmiş Bankonun ruhu Onları göstərib

mənə gülür, ah! 

Sanki, deyir: onlar mənim nəslimdir. Necə, 

necə bəyəm! Belə deyilmi? 



734 

downloaded from KitabYurdu.org




Ruhlar qeyb olur. 

B i r i n c i   c a d u g ə r .  

Bəli, bu belədir. Maqbet, niyə sən Belə 

dərd içində qəhərlənirsən? 

Durmayın, bacılar, cəld tərpənin siz, 

Onun kədərini dağıdağın biz. 

Böyük hökmdara sevinc diləyin, 

Mən nəğmə oxuyum, siz rəqs eləyin. 

Kral şəfqətini kəsməsin bizdən, 

Qəlbən razı qalsın sənətimizdən. 



Musiqi. 

Cadugərlər oynayaraq qeyb olurlar. 

M a q b e t .  

Hanı cadugərlər? Gözdən itdilər? 

Qoy bu ağır saat qalsın təqvimdə 

Əbədi, silinməz bir ləkə kimi. 

Ey, ey, çöldə kim var? Gəlin içəri! 



Lenoks daxil olur. 

L e n o k s .  Zati-aliləri, nədir əmriniz? 

M a q b e t .  Gördünmü o qarı sehrbazları? 

L e n o k s .  Xeyr! 

M a q b e t .  Keçmədilər sənin yanından? 

L e n o k s .  Xeyr, keçmədilər, böyük hökmdar. 

M a q b e t .  

Kaş onları tutsun taun azarı, 

Onlara inanan lənətə gəlsin! 

At ayağı səsi eşitdim indi, 

Yaxşı, söylə görüm, gələn kimiydi? 

L e n o k s .  

İki süvaridir, xəbər gətirib: 

Makduf dünən qaçıb İngiltərəyə. 

M a q b e t .  Necə, Makduf qaçıb? 

L e n o k s .  Bəli, hökmdar. 



735 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə