Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə180/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   176   177   178   179   180   181   182   183   ...   189

Uilyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Bütün bəlalara səbəbkar mənəm. Sehrimlə 

yaranır hər dərd, hər qada, Fəqət bircə 

dəfə düşmürəm yada, Bildirim hamıya 

qüdrətimizi, 

Göstərim aləmə şöhrətimizi. 

Ən pisi budur ki, yüksəldirsiniz Xain, 

paxıl, kinli bir adamı siz. 

Alır sehrinizdən güc-qüwətini

Yaradır özünün səadətini. 

Tamahın gözüylə baxır cahana, Başqasına 

görə düşmür ziyana. 

Gərək yuyasınız günahınızı, 

Açın mağarada sabahınızı. 

Həmin cəhənnəmdə olacağam mən, 

Maqbet də gələcək oraya, hökmən. 

Qorxudan, təşvişdən açılmır eyni, 

O gəlir öyrənsin öz taleyini. 

Qaynadın qazanı müdhiş caduyla, 

Dağlayın qəlbini sehr oduyla. 

Bütün qüvvənizi salınız işə, 

Əfsun atəşində yansın həmişə. 

Mən artıq uçuram. Mütləq bu gecə 

Taparam Maqbetə qorxunc işgəncə. 

Yol verər dəhşətli cinayətlərə

O düşər ən ağır fəlakətlərə. 

Bu gecəyarısı ay kənarından Bir şəfəq 

ayrılıb uçduğu zaman Mən onu tutaram 

yerə çatmamış, 

Bir an dincəlmərəm onu tutmamış. 

Ələ keçirdimmi sehrləyərək Mən cövhər 

alaram o nurdan rəng-rəng. Maqbet içən 

kimi tamam məst olar, Xəyal dünyasına 

qapılıb qalar. Şan-şöhrət pərdəsi tutar 

gözünü, Sarsılmaz, yenilməz sanar özünü. 

Qəlbində nə şəfqət, nə qorxu duymaz

Taleyə baş əyməz, ölümü saymaz. 

 

724 

downloaded from KitabYurdu.org



Xudbinlik, lovğalıq hökmü - əzəldən İnsana 

yaranıb birinci düşmən. 



Səhnə arxasında kimsə nəğmə oxuyur: 

Gel bəri, gel bəri, hökmdarım, gel! 

Mənim körpə ruhum səsləyir məni, 

Buludlar üstündə gözləyir məni. Qulaq 

asın, baxın! Mən getdim artıq. 



Qeyb olur. 

B i r i n c i   c a d u g ə r .  

Təcili biz işə başlamalıyıq. 

Tezliklə o geri qayıdacaqdır. 



Gedirlər. 

ALTINCI SƏHNƏ

 

Forres. Sarayda bir otaq. 

Lenoks digər bir lordla daxil olur. 

L e n o k s .  

Təəccüb etməyin sözlərimə siz, Özünüz 

düşünün bir yaxşı-yaxşı. Dünyanın qəribə 

işləri varmış! 

Şanlı kralımız Dunkanın qətli Maqbeti 

yamanca kədərləndirdi. Əlbəttə, ölünü 

ağlamaq gərək. Axşamdan çox keçmiş 

igid Bankonun Parkda həyatına qəsd 

eyləyiblər. 

Əgər sən istəsən, deyə bilərsən, 

Bankonu öz oğlu Flins öldürüb, 

Çünki Flins qaçıb. Belə görünür, 

Qaranlıq düşəndə, çox gec olanda Heç 

kəs evdən çölə çıxmamalıdır. 

Öz əziz, mehriban atalannı 



725 

downloaded from KitabYurdu.org




Uilyam Şohspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Malkolm, Donalbayn qətlə yetirib. 

Varmı yer üzündə elə bir adam 

Dəhşətə gəlməsin bu vəhşilikdən?! Mə 

müdhiş günahdı! Bu ağır kədər Mecə 

də pərişan etdi Maqbeti! Haqqın 

buyurduğu müqəddəs hirslə Qılıncı 

qınından sıyırdı birdən. 

İçki kölələri, yuxu qulları O iki canini 

bir an içində Öz qızıl qanına qəltan 

eylədi. 

Məgər nəcib bir iş deyildimi bu? 

Bəli, həm nəcibdi, həm də ağıllı. 

Çünki o nökərlər rəzilcəsinə İnkar 

edərdilər əməllərini. 

Bu da təmiz qəlbli hər bir insanın 

Böyük qəzəbinə səbəb olardı. 

Odur ki, deyirəm, Maqbet yerində, 

Həm də öz vaxtında gördü tədbiri. 

Mənə elə gəlir, hökmdanmız Tutsaydı 

Dunkanın oğullarını, 

(Allah edəydi ki, tutmayaydı heç) 

Ata öldürməyin nə olduğunu Onlara 

yaxşıca göstərəcəkdi. 

Flinsə də gözəl dərs verəcəkdi! Ancaq 

daha susaq! Eşitmişəm ki, Bir-iki 

ədəbsiz sözlərə görə, 

Həm də müstəbidin ziyafətinə 

Gəlməkdən imtina etdiyi üçün 

Makduf düçar olub sonsuz qəzəbə. O 

indi hardadır, bilirsinizmi? 

Taxt-tacın varisi Dunkanın oğlu İndi 

sığınıbdır İngiltərəyə. 

Mömin Edvard onu öz sarayında Elə 

hörmət ilə qəbul edib ki, 

Bu zalım müstəbid onun ən uca, 

Ali hüququnu oğurlasa da, 

 

726 

downloaded from KitabYurdu.org



Unudub taleyin dönüklüyünü. 

Sanki, o heç bir şey itirməyibdir. Makduf 

ora gedib böyük ümidlə, Müqəddəs kraldan 

rica eyləsin: 

Bizi qorumaqçün göndərsin dərhal Sivard, 

Nortumberlənd ordularını. Allahın yardımı, 

köməyi ilə Bir qismət çörəyi, rahat yuxunu 

Təzədən geriyə qaytara bilək. 

Yoldaş məclisində, dost süfrəsində 

Qorxmayaq xainin xəncərindən biz. Vətənə 

namusla xidmət eyləyək, 

Hər azad insanın öz haqqı olan Hörmətə, 

şərəfə çataq yenə də. 

Belə məlumatlar kral Maqbeti Yaman 

çıxarıbdır özündən, yaman, 

İndi hazırlaşır müharibəyə. 

L e n o k s .  Makdufu hökmdar dəvət edibmi? 

L o r d .  

Bəli, dəvət edib. Fəqət qürurla Tan qasidə 

deyib: “Gəlmirəm, cənab!” Qasid hirslə 

töküb qaşqabağını, 

Geriyə dönərkən mırıldanıb ki: "Peşman 

olarsan bu cavab üçün”. 

L e n o k s .  

Bu sözlərdən sonra cəsarətli tək Qət edib 

dolansın ehtiyat ilə. Xatadan-bəladan 

uzaqlaşaraq Ölkədən o qaçıb İngiltərəyə. 

Qoy xeyir mələyi çıxsın yoluna, Sarayda 

uğurlu elçisi olsun. 

Bu qansız məlunun pəncəsi altda Müsibətlər 

çəkən vətənimizə Böyük tanrı özü rəhm 

etsin. 


L o r d .  Amin! 

Gedirlər. 

727 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə