Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə179/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   175   176   177   178   179   180   181   182   ...   189

IJilyaıtı Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Təzədən dirilib, gordan qayıdıb Bizim 

yerimizi zəbt eləyirlər. 

Bu isə qətldən daha dəhşətdir. 

L e d i   M a q b e t .  

Möhtərəm hökmdar, əziz qonaqlar 

Sizi gözləyirlər bayaqdan bəri. 

M a q b e t  

{Ledi 

Maqbetə).

 

Mən lap unutmuşdum. 



(Lordlara) 

İstəkli dostlar, 

Təəccüb etməyin əhvalıma siz. Mənim 

xəstəliyim çox qəribədir. 

Evin adamları öyrəşib buna. 

İçib sağlığına cəmi dostların, 

Sonra öz yerimdə oturacağam. 

Mənə şərab süzün, başlayın görək, 

Doldurun qədəhi ağzına kimi. 

Süfrə ətrafında əyləşənlərin, 

Bir də ki dostumuz, əziz Bankonun - 

Hamının içirəm sağlığına mən. Yaman 

darıxıram ondan ötəri, 

Kaş ki, Banko indi burda olaydı. 



Bankonun ruhu qayıdıb yerində oturur. 

Hamının və onun sağlığı olsun. 

Hamının, hamının! 

L o r d l a r .  

Siz də sağ olun! 

Maqbet(r«/ıa). 

Rədd ol! Gözlərimin önündən çəkil! 

Qoy torpaq gizləsin soyuq üzünü! 

Kəllən boşalıbdır, qanın donubdur. 

Gözlərin yerində işıldasa da, 

Sən daha heç nəyi görə bilmirsən. 

L e d i   M a q b e t  



(lordlara).

 

Narahat olmayın, mehriban lordlar. 



Elə bir şey yoxdur, bu adi haldır. 

 

720 

downloaded from KitabYurdu.org



M a q b e t .  

Onun bu tutması, ancaq heyif ki, 

Bugünkü şənliyi korlayır tamam. 

İnsan bacaranı bacarıram mən. 

İstəyirsən qızmış rus ayısı ol, 

Ya çevril Qurqanın ac pələnginə, 

Ya da xəncərbuynuz kərgədana dön, 

Görün ən dəhşətli qiyafələrdə, 

Polad əsəblərim titrəməz heç vaxt. 

Ya təzədən diril, sıyır qılıncı, 

Məni xarabada döyüşə çağır. 

Qorxub bircə addım çəkilsəm geri, Aciz 

qız uşağı adlandır məni. 

Fəqət bu şəkildə görünmə mənə. 

İtil gözlərimdən, ey müdhiş kölgə! 

Mənfur kabus, rədd ol! 



Bankonun ruhu qeyb olur. 

Aha, o getdi. 

Mən yenə adamam. - Niyə durdunuz? 

Rica eyləyirəm, sakit əyləşin. 

L e d i   M a q b e t

(Maqbetə).

 

Olduqca qəribə rəftarınızla Pozdunuz 



bu gözəl, bu şən məclisi. Hamını 

yamanca məyus etdiniz. 

M a q b e t .  

Heç belə şey olar? Məgər bu kölgə 

Qapqara qaralmış yaz bulududur, 

Ala üstümüzü, heyrətlənməyək? 

Təəccüb edirəm sizə, doğrusu, 

Sakit baxırsınız bu mənzərəyə. 

Zərrəcə dəyişmir yanaqlannız, 

Saxlayır təbii, yaqut rəngini. 

Mənim yanaqlarım sonsuz qorxudan 

Ağappaq ağanb bayaqdan bəri. 

R o s s. Hansı mənzərəyə, böyük hökmdar? 

721 

downloaded from KitabYurdu.org




 

Uilyam 


Şckspir

 

DÜNYA ƏDƏBİYYATI KIASSİKIƏRİ

 

 

L e d i   M a q b e t  



(lordlara).

 

Xahiş eyləyirəm, danışdırmayın. Get-gedə 



pisləşir halı-əhvalı, 

Suallar daha da cinlədər onu. 

Gedəyin, gecəniz xeyrə qalsın. Adətə-

qaydaya əməl etmədən, 

Birbaşa buradan dağılmaq olar. 

L e n o k s .  

Sizin də gecəniz xeyrə qalsın. 

Səhhət diləyirik əlahəzrətə. 

L e d i   M a q b e t .  Dostlar, xoş gəldiniz! Sizə yaxşı yol! 

Maqbet ve Ledi Maqbetden başqa, hamı gedir. 

M a q b e t .  

O, qan tələb edir. Deyirlər belə: 

Qanı yumaq olar yalnız qan ilə. 

Dünyada qəribə şeylər görünüb: 

Ağaclar danışıb, dağlar yeriyib. 

Sığırçın, dolaşa, qağayı göydə Necə 

qanad çalıb, necə oxuyub? Bunları 

öyrənib falçılar bir vaxt. 

Ən qorxunc qatili, gizli canini Axtarıb 

tapıblar. Saat neçədir? 

L e d i   M a q b e t .  Artıq dan sökülür. Nə olub olub. 

M a q b e t .  

Bizim ziyafətə gəlmədi Makduf. 

Ciddi əmrimizə məhəl qoymadı. 

Buna nə deyirsən? 

L e d i   M a q b e t .  Dəvət etmişdin? 

M a q b e t .  

Dəvət etməmişdim, ancaq nə fərqi, 

Onun mənə qarşı soyuqluğunu Hiss 

edib bilirəm dolayı yolla. 

Mənim hər bir evdə, hər bir tərəfdə 

Pulla xidmət edən adamlarım var. 

Mən sabah, özü də lap səhər tezdən 

Gedib görməliyəm cadugərləri. 

722 

downloaded from KitabYurdu.org




Haqqımda taleyin ən pis hökmünü 

Sirli bacılardan öyrənməliyəm. 

Səadətim üçün axıdıb qanı, 

Mən qurban verərəm bütün dünyanı. 

Girdim qan nəhrinə, üzdüm uzağa Bir 

ümid yoxdur ki, çıxım qırağa. Müşkül 

məsələdir geri qayıtmaq, 

İrəli getməkdir əlacım ancaq. 

Mühüm fikirlərdən od alır ürək, 

Zərbəni təcili endirim gərək. 

L e d i   M a q b e t .  

Yuxusuz qalmısan, bir az yat, uyu, 

Ömrə şəfa verir vaxtında yuxu. 

M a q b e t .  

Gəl, gedək yatmağa, başqadır vərdiş, 

Xamlıqdan törəyir bu qorxu, təşviş. Bu 

işdə biz hələ uşaq kimiyik. 

Gedirlər. 

BEŞİNCİ SƏHNƏ

 

Kol basmış düzənlik. 

İldırım çaxır. Hekata və üç cadugər gəlirlər. 

B i r i n c i   c a d u g ə r .   Nə  olub,  Hekata?  Acıqlanmısan. 

H e k a t a .  

Bunun səbəbi var. Mənə deyin siz, 

Hanı ədəbiniz, mərifətiniz? 

Bu necə oldu ki, eyləyib cürət, 

Sehr işlətdiniz siz məndən xəlvət? 

Fəlakət mülkünə qanad çaldınız, 

Maqbeti gizlicə tora saldınız? 

Gəlin, unutmayın heç zaman bunu, 

Sizə mən verirəm sehri, əfsunu. 

Bütün cadulara hökmdar mənəm, 



723 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə