Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə175/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   171   172   173   174   175   176   177   178   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Le di  M a qb e t .  

ünutsaydıq onu dəvət etməyi, 

Heç olardı böyük ziyafətimiz, 

Hər şey itirərdi öz qiymətini. 

Maqbet (

Bankoya

).  

Bu axşam sarayda, mehriban dostum, 

Təntənəli bir şam verəcəyik biz. 

Təvəqqe edirəm gəlməyinizi. 

Ba nk o.  

Əlahəzrət, mənə sərəncam verin. 

Borcumdur baş əyim hər əmrinizə. 

Qırılmaz, ayrılmaz, möhkəm tellərlə 

Cİrəkdən əbədi bağlıyam sizə. 

M a q b e t. Bu gün gedirsiniz? 

Ba nk o.  Bəli, günorta. 

M a qb e t .  

Bugünkü bu vacib müşavirədə Sizin 

həm əsaslı, həm də qiymətli Gözəl 

rəyinizi bilmək istərdik. 

İndi ki belədir, sabaha qalsın. 

Yolunuz uzaqdır? 

Ba nk o.  

Əziz hökmdar, 

Şam vaxtına çəkər gedib-gəlməyim. 

Yaxşı yeriməsə kəhərim gündüz, Qaranlıq gecədən 

bir-iki saat Geri dönmək üçün borc almalıyam. 

M a qb e t .  Ancaq qonaqbğa gecikməyiniz. 

Ba nk o.  Əsla gecikmərəm. 

M a qb e t .  

Eşitmişik ki, 

Kralın qaniçən oğullarının Biri 

sığınıbdır İngiltərəyə, 

O biri qaçıbdır İrlandiyaya. 

Ata qatilləri olduqlarını Heç cürə 

almırlar boyunlarına. 

Fikri çaşdırmaqçün xalq arasında 

 

704 

downloaded from KitabYurdu.org




Qəribə şayiə uydurur onlar. 

Sabah mühüm dövlət işlərimiz var, 

Yığışıb bir yerdə həll etməliyik, 

Onda bu barədə danışarıq biz. Gedin, 

səfəriniz uğurlu olsun! 

Flins də sizinlə gedəcəkdimi? 

Ban ko. Bəli, artıq vaxtdır, mehriban kral. 

M a q b e t .  

Kaş ki, atlarınız çapsın dördnala. 

Tez gedib, tez gəlin. Sizə yaxşı yol. 



Banko gedir. 

Saat yeddiyədək siz azadsınız, 

Kim necə istəyir əylənə bilər. 

Görüşü nəşəli keçirmək üçün Axşam 

şama qədər öz vaxtımızı Gəlin tək 

keçirək, yalqız keçirək. Xudahafiz! 

Allah sizə yar olsun. 

Maqbet və bir xidmətçidən başqa, hamı gedir. 

Ehey, o adamlar buradadırmı?



 

X i d m ə t ç i .  

Hökmdar, sarayın darvazasının 

Önündə durublar əmrə müntəzir. 

M a q b e t .  

Cəld tərpən, onları yanıma gətir. 



Xidmətçi gedir. 

Möhkəm dayanmırsa əyləşdiyin taxt, 

Onda kral olmaq heç nəyə dəyməz. 

Könlümün ən dərin guşəsinədək 

Yeriyib qanıma Banko qorxusu. Onun 

o şahanə təbiətində Qəlbi lərzə salan 

bir dəhşət vardır. 

O yaman cəsurdur, mərddir, igiddir, 

Sonsuz cəsarəti, sonsuz cürəti Ağlı-

kamalıyla yaranıb əkiz. 

Yüz ölçür, bir biçir gördüyü işi. 

705 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Dünyada mən yalnız ondan qorxuram. 

Qədim Rum qeysəri Yuli Sezann Ruhu 

qarşısında Mark Antoninin Ruhu 

alçalantək, mənim də ruhum Alçalır 

Bankonun ruhu önündə. Cadugər bacılar 

əwəlcə mənə Kral rütbəsini vəd 

eyləyəndə Banko məzəmmətlə xahiş etdi 

ki, 

Onun da bəxtindən versinlər xəbər. 



O vaxt sehrbazlar peyğəmbər kimi

İnamla dedilər: kral nəslinin Atası olacaq 

gələcəkdə o. 

Mənimsə varisim olmayacaqdır. 

Başıma xeyirsiz bir tac qoydular. 

Əlimə yad nəslə miras qalacaq Hökmdar 

əsası verdilər onlar. 

Deməli, Bankonun övladlarıyçün Mən öz 

pak qəlbimi ləkələmişəm. Cinayət 

törədib, onlara görə, 

Qana bələmişəm nəcib Dunkanı. 

Yalnız onlar üçün öz vicdanımın Büllur 

kasasına zəhər tökmüşəm. 

Əbədi ruhumu mənfur şeytana - Bəşər 

düşməninə satmışam dürtək. 

Nə var ki Bankonun törəmələri Taca 

sahib çıxsın, hökmdar olsun! 

Yox, yox, ola bilməz, bu mümkün deyil, 

Əgər belədirsə, onda, ey tale, 

Hazıram sənin də töküm qanını, 

Gəl, gəl, ölüm-dirim vuruşuna sən. 

O kimdir? 



Xidmətçi iki qatillə qayıdır. 

(Xidmətçiyə

) İndi get, dayan qapıda, 

Hərgah lazım gəlsə, çağırtdırarıq. 

(Qatillərə) 

Mən dünən sizinlə danışmamışam? 

 

706 

downloaded from KitabYurdu.org




B i r i n c i   q a t i l .  Bəli, əlahəzrət, danışmısınız. 

M a q b e t .  

Sözlərimi yaxşı düşündünüzmü? 

Başa düşdünüzmü, bu vaxta qədər Sizi 

dərd içində saxlayan xain Təkcənə bir 

odur. Məni nahaqdan Həmişə günahkar 

zənn edirdiniz. 

Mən keçən söhbətdə sübut etdim ki, Sizə 

kələk gələn, sizə tor quran, Əlinizdən 

alan var-yoxunuzu, 

Hər cür vasitəylə yandıran-yaxan, 

Sizi məngənədə əzən odur, o. 

Hətta öz ağlını itirən bir kəs Aydın dərk 

edər ki, bu bədbəxtliyin Yeganə baisi 

ancaq Bankodur. 

Bunu dünən sizə başa salmadım? 

B i r i n c i   q a t i l .  Bəli, hökmdarım, başa saldınız. 

M a q b e t .  

O söhbət bu işin əvvəli idi

İndisə ikinci söhbətə keçək. 

Gərək biz ətraflı düşünək bu gün. 

Hə, bir deyin görüm, gələcəkdə də Bu 

müdhiş zillətə dözəcəksiniz? 

Bəlkə, sizi belə öyrədiblər ki, 

Amansız əliylə zülmət məzara Sizi 

sürüyərək çəkib aparan, 

Məşəqqət içində ailənizi Ömürlük dilənçi 

kökünə salan Xeyirxah adama, onun 

nəslinə Xeyir-dua verib diz çökəsiniz? 

B i r i n c i   q a t i l .  Hökmdar, neyləyək, biz ki insanıq! 

M a q b e t .  

Bəli, tazı, tula, ənik, qurdbasan, 

Maşkı, şəngi, danqa, quyruğuçəmbər 

Köpəklər içində it sayılantək, 

Bəşər övladının içində siz də Bir insan, 

bir adam sayılırsınız. 



707 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə