Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə173/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   169   170   171   172   173   174   175   176   ...   189

Le n ok s.  Kral bu gün gedir? 

M a qb e t .  İstəyir getsin. 

Le n ok s.  

Şiddətli fırtına qopdu bu gecə. 

Bizim qaldığımız uca binanın Bütün 

bacaları uçub töküldü. 

Deyirlər: bir bədbəxt ölümqabağı 

Zarıyıb, inləyib-xınldayırmış. 

Qorxunc yanğınlardan, fəlakətlərdən, 

Yeni qiyamlardan, qara günlərdən Kimsə həyəcanla 

xəbər verirmiş. Bayquşlar ulayıb bütün gecəni. 

Bəziləri deyir: yer tərpənibmiş. M a qb e t .  Doğrudan, 

bu gecə tufanlı idi. Le no k s.  

Mən bu gənc yaşımda belə heybətli Bir 

gecə gördüyüm yadıma gəlmir. 

Makduf qayıdır. 

M a kdu f.  

Aman! Dəhşəti Dəhşət! Müsibətə baxl 

Onu ürək duyub, dil deyə bilməz. M a qb e t   v ə  

Le n ok s.  Nə var, nə olubdur? M a kdu f.  

Mənfur cinayət 

Yaradıb özünün şah əsərini. 

Dünyada ən məlun, ən alçaq qətl 

Tanrının müqəddəs məbədi olan 

Kralın köksünü yarıb bu gecə, 

Onun həyatını oğurlayıbdır! 

M a qb e t .  Siz nə deyirsiniz? Həyat, eləmi? 

Le n ok s.  Siz əlahəzrətdən danışırsınız? 

M a kdu f.  

Xahiş eyləməyin, deyə bilmirəm. 

Yataq otağına girib bu saat O qanlı 

vəhşətə baxın özünüz Bədheybət 

başında qıl əvəzinə, Qorxunc, vahiməli 

ilanlar bitən 

695 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Qanadlı əjdaha görürmüş kimi, 

Yerinizdə donub mat qalarsınız, 

Diliniz lal olar, gözləriniz kor. 



Maqbet və Lenoks gedirlər. 

Hay salın, hay salın! Tez zəngi çalın! 

Cinayət, xəyanət! Banko, Donalbayn! 

Malkolm! Oyanın, yuxudan durun! 

Ölümün yalançı yoldaşı olan Saxtakar 

yuxunu atın bir yana, 

Həqiqi ölümü görməyə gəlin. 

Ayılın, ayılın! Malkolm! Banko! 

Qiyamət günündə məzarlarından 

Qalxan ruhlar kimi, qalxın ayağa, 

Gəlib bu dəhşətə tamaşa edin. 

Cəld olun, həyəcan zəngini çalın. 



Zəng çalınır. Ledi Maqbet gəlir. 

Le di  M a qb e t .  

ürəkparçalayan bu səs-küy nədir? Neçin 

oyadırlar xalqı yuxudan? 

Danışın, danışın! 

M a kdu f.  

Mehriban xanım, 

Heç vaxt zərif, incə qadın qulağı Bu ağır 

xəbərə tablaya bilməz. 

Mən onu danışsam, məhv edər sizi. 



(Banko gəlir.) 

Banko, Banko! Kral öldürülmüşdür! 

Le di  M a qb e t .  Necə! Aman Allah! Bizim evdəmi? 

Ba nk o.  

Harda olur-olsun, bu vəhşilikdir. 

Mərhəmətli Makduf, ömründə bir yol 

Sözünü inkar et, de ki, səhvdir bu. 

Maqbet və Lenoks qayıdırlar. 

 

696 

downloaded from KitabYurdu.org



M a qb e t .  

Kaş ki, mən öləydim bir saat əwəl

Gözüm görməyəydi bu müsibəti. 

O zaman deyərdim yer üzündə mən 

Xoşbəxt yaşamışam öz həyatımı. 

Daha bundan sonra nə var dünyada? 

Hər şey əyləncədir, hər şey oyuncaq. 

Şan-şöhrət, gözəllik məhv oldu artıq. 

Həyatın şərabı tükəndi tamam, 

Çəlləyin dibində yalnız xılt qaldı. 



Malkolm və Donalbayn gəlirlər. 

D o n a 1 b a y n. Bir bəla üz verib? 

M a qb e t .  

Özü də sizə. 

Sizin qan çeşməniz, həyat çeşməniz 

Soğulub, quruyub həm də gözündən. 

M a kdu f.  Atanız qətl olub. 

M a lko lm .  Qatili kimdir? 

Le n ok s.  

Belə görünür ki, onunla eyni 

Bir otaqda yatan keşikçiləri. 

Əlləri, üzləri qan içindədir, 

Al-qana batıbdır xəncərləri də. 

Qanı silinməmiş xəncərləri biz 

Gördük balınclann lap yanındaca. 

Sonsuz şaşqınlıqla, sonsuz təlaşla 

Bərələ qalmışdı onların gözü. 

Belə adamlara öz həyatını 

Heç kəs ümid etməz, etibar etməz. 

M a qb e t .  

Hirsimdən onları qılıncladım mən, 

İndi peşmanam tutduğum işə. 

M a kdu f.  Onları nə üçün öldürdünüz siz? 

M a qb e t .  

Eyni bir zamanda kim həm ağıllı, 

Həm dəli, həm hirsli, həm də mülayim 



697 

downloaded from KitabYurdu.org




Uilyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ola bilər axı? Heç kim, heç bir kəs. Mənim 

coşqun sevgim tüğyan eylədi, Keçdi ləng 

ağlımı bir an içində. 

Dunkan uzanmışdı qarşımda mənim, 

Qızıl qan olmuşdu gümüş bədəni. 

Onun yaralan viranəlikdə Açılmışdı 

dərin kahalar kimi. 

Bir yanda yatırdı qorxunc qatillər 

Mənfur cinayətin təsdiqi kimi. 

Onların üstünü başdan-ayağa Tamam 

bürümüşdü qan ləkələri, 

Qana boyamışdı xəncərləri də. 

Bu vaxt sinəsində ürəyi olan, ürəyində 

sevgi, sevgisi ülvi, 

Sözünə, əhdinə sadiq bir insan Necə 

dayanardı, necə durardı? 

Le di  M a qb e t  



{yalandan bayılaraq).

 

Ah, kömək ediniz! M 

a k d u f. Kömək eyləyin! 

M a 1 k 01 m 



(yavaşca Donalbaynd). 

Bu ağır fəlakət hamıdan artıq Bizə 

əzab verir. Niyə susmuşuq? Do na lb a y n  

(yavaşca 

Malkolmd).

 

Nə deyə bilərik belə bir halda?! 



Canilər yurdunda dönük bəxtimiz 

Pusquda dayanıb gözləyir bizi. 

Hər an çıxıb bizi məhv edə bilər. 

Qəl qaçaq buradan. İndi bu yerdə Qöz yaşı 

tökməyin zamanı deyil. 

M a I k 01 m 



(yavaşca Donalbaynd). 

Dərdimiz o qədər böyükdür bizim, 

Onu danışmağa bir söz tapılmaz. 

B a n k 




(xidmətçilərə). 

Aparın ledini öz yatağına. 



Ledi Maqbeti aparırlar. 

Gedib geyinəyin paltanmızı, 

Sonra da bir yerə yığışağın biz. 

 

698 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə