Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə169/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   165   166   167   168   169   170   171   172   ...   189

IJilyaıtı Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Le di  M a qb e t .  

Hökmdar, bu sadiq nökərləriniz 

Özünü, mülkünü, var-dövlətini 

Sizin əmlakınız sanırlar ancaq. 

Sizin evinizdə qonaq bizik, biz. 

Du nka n.  

Əlinizi verin, mehriban xanım, 

Aparın siz məni tanın yanına. 

Bizim ona böyük hörmətimiz var, 

Bu hörmət daima çoxalacaqdır. 

Buyurun, gedəyin. 



Gedirlər. 

 

YEDDİNCİ SƏHNƏ



 

Maqbetin qəsrində bir otaq. 

Şeypurlar səslənir, məşəllər yanır. 

Baş xidmətçi və başqa qulluqçular qablarda 

yemək daşıyırlar. Sonra Maqbet gəlir. 

M a qb e t  {kənara). 

Yalnız bir zərbəylə, bircə zərbəylə 

Bu iş qurtarsaydı, yaxşı olardı. 

Bu ölüm, bu qətl bir iz qoymadan 

CIgurla, zəfərlə başa çatsaydı, 

Bu işi görərdim bir an içində. 

Fəqət bu zərbənin iki başı var: 

O mənə hər şeyi gətirə bilər

Və yaxud hər şeyi itirə bilər. 

Bu gecə burada qısa bir vaxtda 

Gələcək, axirət dünyasındakı 

Əbədi ömrümü, həyatımı mən 

Təhlükə altına qoya bilərəm. 

Ancaq mən bununla bu dünyadakı 

680 

downloaded from KitabYurdu.org




Cəzadan qurtara bilmərəm heç vaxt. 

Kim ki özgəsinə qanlı dərs verir, 

Ona qanlı cavab verirlər yalnız. 

Bəzən başqasının badəsini biz Xəlvətcə, 

gizlicə zəhərləyirik, 

Fəqət ədalətin pak ilahəsi Bizim 

özümüzə içirir onu. 

Kralı ikiqat qorumalıyam: 

Əwəla, səbəbi-əsas budur ki, 

Ona həm qohumam, həm də tabeyəm. 

Bunlardı işləri çətinləşdirən. 

Sonrasa, evimdə qonağımdır o. 

Onun qatilinin üzünə indi Bütün qapıları 

bağlayım gərək. 

Özüm qatil kimi onun üstünə Heç vaxt 

əldə bıçaq getməməliyəm. Bunlardan 

savayı, o bir kraltək Elə təmizdir ki

mehribandır ki, 

Onun ləyaqəti, bir mələk kimi, 

Bu gizli, bu müdhiş ölüm barədə 

Hamıya, hər yerdə car çəkəcəkdir. Onun 

mərhəməti, onun şəfqəti Tufanda 

inləyən körpə uşaqtək, Boranda çırpınan 

məleykə kimi, 

Güclü qasırğanın qanadlannda Gəzəcək 

dünyanı qanşbaqarış. 

Bu qorxunc xəbərdən, bu rəzalətdən 

Dünya qərq olacaq göz yaşlarına. 

Bu işə cəlb edən məni nədir, nə?! 

Buna bir həvəsim, bir inamım yox, 

Yalnız mənsəb hissi, şöhrətpərəstlik 

Könlümdə kəhərtək şahə qalxaraq 

Göylərlə əlləşir, tezcə də birdən 

Büdrəyib yıxılır... 



Ledi Maqbet daxil olur. 

Hə, nə xəbər var? 



681 

downloaded from KitabYurdu.org




Ullyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Le di  M a qb e t .  

O, süfrə başından qalxmayıb hələ, 

Nə üçün sən durub çıxdın otaqdan? 

M a qb e t .  O məni soruşdu? 

Le di  M a qb e t .  Bəli, soruşdu. 

M a qb e t .  

Mütləq biz bu işdən əl çəkməliyik. 

O mənə rütbələr verdi yenicə. 

Bütün bu elatın, bütün bu xalqın 

Qazanmışam hüsn-rəğbətini mən. 

Bu böyük şərəfi parlaq incitək 

Gərək biz qoruyaq, gərək hifz edək, 

Çirkaba atmayaq belə tezliklə. 

Le di  M a qb e t .  

Deməli, qəlbinin dərinliyində 

Sənin bəslədiyin o gözəl arzu 

Sərxoşmuş, yatırmış bu günə qədər, 

İndicə oyanıb, indicə durub? 

Əvvəl cəsarətlə baxdığı halda, 

İndi rəngi qaçıb, qaralır gözü? 

Mən zənn edəcəyəm bu gündən belə: 

Arzuntək qorxaqdır məhəbbətin də. 

Sən arzu etməkdə olduqca cəsur, Lakin 

iş görməkdə acizsən yaman. Həyatın 

şərəfi, ömrün zinəti, 

Möcüzəli taca qovuşmaq üçün Daima 

od tutub yanır varlığın, 

Ancaq yaşayırsan qorxa-qorxa sən. 

Necə qovuşarsan öz arzuna bəs? 

Diləyin, niyyətin çox qəribədir: 

“İstəyirəm, amma çatmır cürətim”. 

Miskin pişiklər də küncdə, bucaqda Bu 

cür təsəlliylə təskinlik tapar: 

“Təzə balıq keçir könlümdən, amma 

İstəmirəm salım pəncəmi suya”. 

 

682 

downloaded from KitabYurdu.org




M a qb e t .  

Rica eyləyirəm, bir az sakit ol! 

İnsan bacardığı bütün nə varsa, 

Yalnız o şeylərə çatar cürətim. 

Bundan artığına cəsarət edən, 

Bil ki, insan deyil. 

Le di  M a qb e t .  

Yaxşı, de görüm, 

Səni hansı heyvan vadar etdi ki, 

O vaxt açdın mənə bu niyyətini? 

Onda cəsarətin çatırdı buna, 

Onda ləyaqətli bir insan idin. 

Bu arzun həyata keçsəydi əgər, 

Sənin ləyaqətin artardı qat-qat. 

O zaman bu işə başlamaq üçün 

Yoxdu əlverişli nə vaxt, nə də yer. 

Sənsə axtarırdın hər ikisini. 

Budur, bu fürsəti yetirib tale, 

İndi bu imkanı əldən verirsən. 

Anayam, mən uşaq əmizdirmişəm. 

Bilirəm, qucaqda süd əmən körpə Nə 

qədər əzizdir öz anasına. 

Bu işi görməyə mən də sənintək Əgər 

and içsəydim, əhd eləsəydim, tİzə 

gülümsəyən məsum körpəmin O 

zərif, o incə, dişsiz ağzından Dartıb 

çıxardardım döşümü, inan, Əzərdim 

başını bir an içində. 

M a qb e t .  tlğur qazanmasaq, bəs onda necə? Le di 

M a qb e t .  

tlğur qazanmasaq! Burda nə var ki?! 

Özünü ələ al, mətanətli ol. tlğur 

qazanarıq. Bilirsən, Dunkan Bu gün 

bütün günü yol gəlib bizə. Deməli, bu 

gecə bərk yatacaqdır. Yatdımı, hər iki 

keşikçisinə 



683 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə