Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə165/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   161   162   163   164   165   166   167   168   ...   189

(Jilyam 

Şchspir

 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



 

Bununçün Sent-Kolm adasında o Bizə on 

min dollar ödəməlidir. 

D u n k a n .  

Daha Kavdor tanı xəyanət etməz. Haydı 

get, əmr ver, yağıdan öc al, Qoy edam etsinlər satqını 

dərhal. Onun rütbəsini alacaq Maqbet, Bizim 

adımızdan onu təbrik et. R o s s .  İcra olunacaq əmr, 

hökmdar. D u n k a n .  O nə itiribsə, Maqbet qazanar. 

Gedirlər. 

 

ÜÇÜNCÜ SƏHNƏ



 

Səhra. Göy gurultusu. 

Üç cadugər daxil olur. 

B i r i n c i   c a d u g ə r .   Söylə,  sən  hardaydın,  mehriban  bacım? 

İ k i n c i   c a d u g ə r .  Donuz öldürürdüm. 

C İ ç ü n c ü   c a d u g ə r .  Bəs sən hardaydın? 

B i r i n c i   c a d u g ə r .  

Of, bir dənizçinin şişman arvadı Şabalıd 

doldurub öz ətəyinə, 

Ağzını marçamarç marçıldadırdı. 

“Birini mənə ver” - deyə yalvardım. 

O sağrısıkötük çımxırdı mənə, 

“Cəhənnəm ol, - dedi, - cadugər qarı”. 

Onun əri çıxıb uzaq səfərə, 

İndi “Pələng” adlı bir gəmidədir, üz 

tutub Aleppo şəhərinə o. 

Köstəbəyə dönüb elə bu saat Xəlbirdə 

üzərəm oraya rahat. 

Gözümdə qoymaram arzu-kamımı, 

Alaram, alaram intiqamımı. 

İ k i n c i   c a d u g ə r .  Sənə bağışlaram küləyimi mən. 

664 

downloaded from KitabYurdu.org




B i r i n c i   c a d u g ə r . T  əşəkkür edirəm candan-ürəkdən

ü ç ü n c ü   c a d u g ə r .  Mən də küləyimi verərəm sənə. 

B i r i n c i   c a d u g ə r .  

Başqa qüwələrsə tabedir mənə. 

Mənim hökmümdədir bütün ümmanlar, 

Yellərin əsdiyi yerlər, limanlar. 

Onu qurudaram quru ot kimi, 

Gecə-gündüz yatmaz, yanar od kimi. 

İncələr, üzülər, artar qubarı. 

Onun qan sağılmış göz qapaqlan 

Qapının üstündə çardaq sayağı 

Bir daha, bir daha enməz aşağı. 

O inlər dustaqtək möhnət içində

Düz qırx gün, qırx gecə zillət içində. 

Gəmisi tufanda qərq olmasa da, 

Atılar-düşər hey qorxunc dəryada. 

Bir görün, nəyim var! 

İ k i n c i   c a d u g ə r .  O nədir, axı? 

B i r i n c i   c a d u g ə r .  

Bədbəxt dənizçinin bir baş barmağı. 

O yığvalı dönmüş evə gələndə 

Dənizdə batıbdır dumanda, çəndə. 



Səhnə arxasından təbil səsi eşidilir. 

c a d u g ə r .  

Təbil, təbil səsi, qulaq asın bir. 

Qəhrəman Maqbetdir, döyüşdən gəlir. 

Biz üç sirli bacıyıq, 

Tilsimlərin tacıyıq. 

Möhkəm tutub əl-ələ, 

Dəniz ilə, yer ilə 

Dolanırıq hər yanı, 

Dolanırıq dünyanı. 

Sənə doğru üç dəfə, 

Mənə doğru üç dəfə, üç dəfə də əlavə, 

ü ç ü n c ü  

H a m ı s ı .  



665 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Doqquz yol vurub dövrə 



Rəqs edirik birgə biz. 

Budur bizim sehrimiz. 

M a q b e t .  

Maqbetlə Banko gəlirlər. 

Mən  belə  bir  müdhiş,  belə  bir  gözəl, 

Qəribə, təzadlı gün görməmişəm. 

Buradan Forresə nə qədər yol var. 



(Cadugərləri görür.) 

Görən, bunlar kimdir? Ah, o vəhşilər 

Necə də arıqdır, necə də zəif! 

Onlar yer üzündə yaşasalar da

Bənzəmirlər yerin sakinlərinə. 

(Cadugərlərə müraciət edir.)

 

Yəni, doğrudan da, yaşayırsınız? 



Sizə sual versə insan övladı, 

Ona cavab tapa bilirsinizmi? 

Belə görünür ki, hamınız məni Başa 

düşürsünüz, anlayırsınız. Çubuqtək 

qurumuş barmağınızı Qoymuşunuz 

quru dodağınıza. Yəqin, qadınsınız, 

ancaq nədənsə Saqqalınız məni 

şübhəyə salır. 

M a q b e t .  Diliniz yoxdurmu, deyin, kimsiniz? 

B i r i n c i   c a d u g ə r .  Eşq olsun Maqbetə, Qlamis tanına! 

İ k i n c i   c a d u g ə r .  Eşq olsun Maqbetə, Kavdor tanına! 

ü ç ü n c ü   c a d u g ə r .  Eşq olsun Maqbetə, gələcək krala! 



B a n k o  

(Maqbetə sarı dönərək).

 

Əzizim, nə üçün sən titrəyirsən? 



Niyə gözəl sözlər səbrini alır, 

Qəlbini, ruhunu qorxuya salır? 



(Cadugərlərə) 

Doğruluq naminə, düzlük naminə 

Deyin, xəyalsınız, yoxsa həqiqət? 

Mənim alicənab yoldaşımı siz 

Böyük hərarətlə salamladınız. 

B a n k o .  



666 

downloaded from KitabYurdu.org




Sanlı rütbələrə çatacağını, 

Taxta, taca sahib olacağını Həvəslə, 

sevinclə bəyan etdiniz. 

O indi sərməstdir həyəcanından. 

Mənəsə bir kəlmə söz demədiniz. 

Sizin gözləriniz vaxtın, zamanın Əgər 

ürəyini görə bilirsə, 

Sabah nə olacaq, nə olmayacaq Sizə 

agahdırsa, aşikardırsa, 

Mənim də bəxtimi açıq söyləyin. 

Mənə lazım deyil mərhəmətiniz, 

Qorxmuram mən sizin nifrətinizdən. 

B i r i n c i   c a d u g ə r .  Eşq olsun! 

İ k i n c i   c a d u g ə r .  Eşq olsun! 

Ü ç ü n c ü   c a d u g ə r .  Eşq olsun! 

B i r i n c i   c a d u g ə r .  

Maqbetdən kiçiksən, belədir belə, 

Amma, həqiqətən, ondan böyüksən. 

İ k i n c i   c a d u g ə r .  

Bəxtəvər deyilsən sən onun kimi, 

Ancaq, düzü, ondan çox bəxtəvərsən. 

Ü ç ü n c ü   c a d u g ə r .  

Heç zaman sən kral olmayacaqsan, 

Fəqət övladların kral olacaq. 

Eşq olsun Maqbetə, Bankoya bir də! 

B i r i n c i   c a d u g ə r .  Maqbetə, Bankoya bir də eşq olsun! 

M a q b e t .  

Dayanın, getməyin, xəsis falçılar, 

Mənə izah edin müjdənizi siz. 

Aydındır, dünyadan köçübdür atam, 

Mənəm ondan sonra Qlamis tanı. 

Yaxşı, necə ollam mən Kavdor tanı? 

Axı, Kavdor tanı yaşayır hələ. 

O ki məsud, xoşbəxt bir zadəgandır. 

Kral olmağımsa xəyala gəlməz, 

Bu daha çətindir, daha müşküldür. 

Deyin, bu qəribə məlumatlan 

667 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə