Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNY A ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə162/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   158   159   160   161   162   163   164   165   ...   189

Ullyam Şokspir 

DÜNY

A ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

AI b a n i. Sən bizə demədin, bəs o kim idi? 

E d q a r .  

Kent idi, vətəndən sürgün olmuş Kent. 

Dəyişib büsbütün öz görkəmini, 

Onun dincliyini əlindən alan, 

Onu vətənindən didərgin salan Kralın 

dalınca gedirdi bədbəxt, 

Ona sədaqətlə xidmət edirdi. 

Belə bir xidməti etməzdi qul da. 



Bir əyan əlində qanlı bıçaq yüyürərək gəlir. 

Ə y a n .  Aman, kömək edin! 

E d q a r. Nə istəyirsən? 

A1 b a n i. Axı, nə olubdur? Bir danış, kişi. 

E d q a r .  Bıçaq qana batıb, bu nə deməkdir? 

Ə y a n .  

Qan hələ istidir, hələ buğlanır. 

Bıçaq çıxarılıb ürəkdən indi. 

O öldü! 

A l b a n i .  Kim öldü? Tez danış, kişi. 

Ə y a n .  

Sizin arvadınız intihar etdi. 

Xanım zəhərləyib bacısını da. 

O özü hər şeyi aldı boynuna. 

E d m u n d .  

Mən hər ikisinə nişanlanmışdım. 

İndi ölüm edər üçümüzün də Birgə 

toyumuzu. 

E d q a r .  Baxın, Kent gəlir. 

A l b a n i .  

Qəddar bacıların - yırtıcılann Siz ya 

ölüsünü, ya dirisini Gətirin, gətirin bu 

meydana tez. Göylərin bu hökmü 

sarsıdır bizi, 

Fəqət qəlbimizdə onlara qarşı Mərhəmət 

oyatmır. 

 

648 

downloaded from KitabYurdu.org




Əyan gedir. Kent gəlir. 

Ah, Kent özüdür! 

Hadisələr imkan vermir ki bizə

Onu layiqincə qəbul eyləyək. 

K e n t .  

Mən öz kralımla - hökmdanmla 

Gəlmişəm əbədi vidalaşmağa. 

O burda deyilmi? 

A l b a n i .  

Sən bir işə bax! 

Əsas məsələni unutmuşuq biz. 

Danış, Edmund, danış, kral hardadır? 

Kordeliya hardadır? 

Qonerilya ilə Reqananın cəsədlərini gətirirlər. 

Görürsənmi, Kent? 

K e n t .  Əfsus! Niyə düşdü bu günə onlar? 

E d mu n d.  

Edmund sevilirdi bir vaxt, bir zaman. 

Yalnız ona görə, onun xətrinə Bacı 

bacısını zəhərləmişdi, 

Sonra öldürmüşdü özünü dərddən. 

A l b a n i .  Doğrudur. Onların örtün üzünü. 



E d m u n d .

 

Həyatım sozalır, ömrüm tükənir... 



Tamam zidd olsa da təbiətimə, 

Mən də istəyirəm yaxşılıq edim Bu son 

nəfəsimdə, bu son çağımda, Bir adam 

göndərin dustaqxanaya. Cəld olun, 

cəld olun, Kordeliyanı, 

Liri öldürməkçün əmr vermişəm. 

Vaxtında təcili adam göndərin. 

Al b a n i .  Tez qaçın, tez qaçın! Xilas eyləyin! 

E d q a r .  

Biz kimin yanına qaçağın, milord? 



649 

downloaded from KitabYurdu.org




Uilyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

(Edmunda) 

Kimə əmr edibsən, kimə demisən? 

Əmri ləğv etməyə bir nişanə ver. 

E d m u n d .  

Tamamilə düzdür. Al qılıncımı, Mənim 

zabitimə verərsən onu. A l b a n i .  Həyat 

sevərsən tələs, tələs, qaç! 

 

E d m u n d .  



Edqar gedir. 

Sənin  zövcənlə  mən  hökm  vermişdik. 

Zindanda assınlar Kordeliyanı. 

Xalqın arasında söz yaysınlar ki, 

O dözə bilməyib ağır cəzaya, 

Özünü qüssədən həlak eyləyib. 

A l b a n i .  

Ya rəbbim, sən saxla onu ölümdən! 

Hələlik buradan aparın bunu. 

(Edmundu aparırlar.) 

Lir  Kordeliyamn  cənazəsini  qolları  üstündə  gətirir. 

Onun arxasınca Edqar, zabit və başqaları gəlirlər. 

L i r .  

Hönkürün,  hönkürün,  fəryad  qopann! 

Ey  daşdan  yaranmış,  ey  daş  insanlar, 

Diliniz, gözünüz məndə olsaydı, 

Mən elə dil deyib ağlayardım ki, Sonsuz 

ah-naləmdən, göz yaşlarımdan Göylərin 

qübbəsi parçalanardı. 

Ah, qızım əbədi köçdü dünyadan! 

Elədir, elədir, həqiqətdir bu. 

Ölünü diridən seçə bilirəm. 

Cansızdır, ruhsuzdur o, torpaq kimi. 

Mənə güzgü verin. Güzgünün üzü Onun 

nəfəsindən tərləsə əgər, 

Deməli, gül balam ölməyib, sağdır. 

K e n t .  Dünyanın sonudur? 

E d q a r .  Qiyamət qopub? 

650 

downloaded from KitabYurdu.org




Al b a n i. Məhşər ayağıdır! 

L i r .  

Lələk tərpənir. 

O sağdır! Sağ qalsa bu xoşbəxt saat 

Həyatın, zamanın indiyə qədər 

Köksümə vurduğu bütün dağlara, 

Bütün yaralara məlhəm olardı. 

K e n t  



{dizçökərək).

 

Ah, əziz kralım! 

L i r .  Lütf elə, çəkil. 

E d q a r. Hökmdar, o Kentdir, öz dostunuzdur. 

L i r .  

Qatillər, xainlər, çor dəysin sizə! 

Qurtara bilərdim onu ölümdən. 

İndi qızım yoxdur, köçdü əbədi. Dayan, 

Kordeliya, gözlə bir az. Hə! 

Nə dedin? Nə dedin? - Ah, onun səsi 

Həmişə incəydi, məlahətliydi. 

Qadına bəzəkdir belə gözəl səs. - Səni 

asan qulu öldürdüm, qızım. Z a b i t .  Doğrudan, 

cənablar, onu öldürdü. 

L i r .  

Necə! Öldürmədim? Məgər düz deyil? 

Əvvəlki günlərim olsaydı indi, 

İti qılıncımla bu əclafları Atılıb-

düşməyə məcbur edərdim. 

Artıq qocalmışam, zəifləmişəm. 

Haldan-dildən salıb bu dərdlər məni. 

Cənab, siz kimsiniz? Pis görür gözüm. 

Sizə həqiqəti mən deyim gərək. 

K e n t .  

Taleyin sevdiyi, nifrət etdiyi İki adam 

varsa dünya üzündə, Onlardan birisi 

qarşınızdadır. 

L i r. Mən görə bilmirəm. Siz Kentsinizmi? 

K e n t .  

Özüdür, hə, Kentəm, nökəriniz Kent. 

Bir vaxt nökəriniz vardı Kay adlı... 

651 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə