Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə160/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   156   157   158   159   160   161   162   163   ...   189

Uilyam Şolıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Varım da sənindir, özüm də sənin. Dünya 

şahid olsun, deyirəm burda: Mənim həm sahibim, 

həm də ərimsən. Qone r ily a .  Onu qamarlamaq 

istəyirsən, hə?! 

AI b a n i. Xanım, bu iş sizdən asılı deyil. 

E d m u n d. Cənab, heç sizdən də asılı deyil. 

A1 b a n i. Bəli, düz deyirsən, mayası haram. 

R e q a n a 

(Edmunda).

 

Tez tərpən, əmr ver, çaldır şeypuru. 



İti qılıncınla sübut eylə ki, 

Doğrudan, layiqsən təzə rütbənə. 

A1 b a n İ (

Reqanaya

).

 

Hələ siz dayanın, hələ gözləyin. Edmund, 



səni dövlət xaini kimi Mən elə bu saat 

dustaq edirəm. 

Qızıla bələnmiş qızıl ilan da 

(Qonerilyam 

göstərir.)

 

Səninlə birlikdə dustaq edilir. 



(Reqanaya) 

Sadiq bir ər kimi, bir qəyyum kimi, 

Mən öz arvadımın xeyrinə görə, 

Sizin, qəşəng xanım, tələbinizin Əksinə 

çıxmağa məcburam indi. Çoxdan 

sövdalaşıb o bu lord ilə. 

Sizin bu lord ilə evlənməyiniz Heç 

zaman, heç zaman baş tuta bilməz. 

Hərgah ərə getmək fikriniz varsa, 

Onda mənə gəlin, siz məni sevin. 

Artıq mənim ledim adaxlanıbdır, 

Mənim haqqım yoxdur söz deyim ona. 

Qo ne r il ya .  Bu nə məzhəkədir, bu nə oyundur! 

Alb a n  i. 

Sən ki silahlısan, cənab Qloster, 

Əmr elə, çalsınlar şeypuru dərhal. 

Sənin iç üzünü, xəyanətini Açmağa bir 

adam gəlməzsə əgər, 

Onda mən hazıram, bu da girovum. 

 

640 

downloaded from KitabYurdu.org



(Əlcəyini onun qarşısına atır.) 

Dediyim sözləri öz qılıncımla Sübut 

etməyincə dilimə heç vaxt Bir qismət 

də çörək dəyməyəcəkdir. 

R e q a n a. Oh, başım hərlənir, başım hərlənir. 

Qon e ri I ya 



(kənara).

 

Əgər sənin başın hərlənməsəydi, 



Heç vədə zəhərə mən inanmazdım. 

Edmund. 

Cavabım belədir 



(Əlcəyini yerə atır.) 

Kim olur-olsun, 

Mənə xain deyən bir kəs dünyada Ən 

alçaq adamtək yalan danışır. 

Şeypurçu, haray sal, səslə əclafı, 

Cürəti var isə meydana gəlsin 

Onunla, səninlə, kim istəyirsə, 

Hazıram vuruşum mətanət ilə, 

Qoruyum haqqımı, şərəfimi mən. 

Al ba ni. Ey, carçı! 

E d m u n d .  Ey, carçı, yaxın gəl, carçı! 

A l b a n i .  

Yalnız öz gücünə ümid bağla sən, 

Bir kömək gözləmə əsgərlərindən. 

Onlar çağrılmışdı mənim əmrimlə, 

Mənim əmrimlə də tərxis oldular. 

R e q a n a. Getdikcə əhvalım pisləşir yaman. 

A l b a n i .  

Xanım yaxşı deyil, xəstələnibdir. 

Mənim çadınma apann onu. 



(Reqananı aparırlar. Carçı gəlir.) 

Bura gəl, ey carçı! - şeypuru çalın. - 

Al, tez bunu 

OXU. 


(Ona kağız verir.)

 

Z a b i t .  Çalın şeypuru! 



Şeypur səslənir. Carçı oxuyur. 

“Özünü qraf Qloster kimi qələmə verən Edmundun riyakar bir xain 

olduğunu iti qılınc zərbəsiylə sübut etmək istəyən zatı təmiz, 

641 

downloaded from KitabYurdu.org




Ullyam Şehspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

rütbəsi yüksək bir adam bu ordunun içində varsa, qoy şeypur üçüncü 

dəfə səslənəndə meydana çıxsın. Xain müdafiəyə hazırdır”. 

E d m u n d .  Çalın! 



Şeypur birinci defe səslənir. 

C a r ç ı .   B i r   d ə !   (



Şeypur ikinci dəfə səslənir

.)

 

C a r ç ı .   B i r   d ə !   (



Şeypur üçüncü dəfə səslənir

.)

 

Səhnə arxasından cavab olaraq şeypur çalınır. 

Silah qurşamış Edqar meydana çıxır. Onun 

qabağı ilə şeypurçalan gəlir. 

A l b a n i .  

Onun məqsədini, fikrini öyrən. 

Xəbər al, nə üçün şeypur səsinə 

Meydana çıxıbdır? 

C a r ç ı .  

İgid, sən kimsən? 

Adın, rütbən nədir? İstəyin nədir? 

Niyə cavab verdin sən bu çağrışa? 

E d q a r .  

Çoxdan öz adımı itirmişəm mən. 

Çiçəyi  içindən  korlayan  -  yeyən 

Qurdtəkin adımı yeyib xəyanət. 

Mən də zadəganam düşmənim kimi. 

A l b a n i .  Kimdir o düşmənin? 

E d q a r .  

Qraf Qloster Edmund deyilən kəs. 

E d m u n d .  

Durub qarşında, 

Ona nə sözün var? 

E d q a r .  

Çək qılıncını. 

Sözlərim qəlbinə toxunsa əgər, Soyut 

qəzəbini öz silahınla. 

Hazıram səninlə vuruşum indi. 

Bax, bu da qılıncım, bu da silahım. 

downloaded from KitabYurdu.org



Mənim bacanğım, hərbi sənətim, Əslim, 

nəcabətim imkan verir ki, Burda bəyan 

edim, ucadan deyim: Sən cavan, 

qüvvətli, şöhrətli, şanlı, Cürətli, ürəkli, 

cəsur olsan da Davada yenicə zəfər 

çalsan da, Müzəffər qılıncın yansa da 

par-par, Bütün varlığınla xainsən, xain. 

Allaha, atana, öz qardaşına 

Sən böhtan atmısan, dönük çıxmısan. 

Hersoqa sui-qəsd hazırlamısan. 

Bil ki, öz başından ayağınadək, 

Hətta yer üstündə, yer üzərində Ayağın 

dəydiyi toz-torpağadək Ləkə içindəsən 

qurbağa kimi. 

Mənim sözlərimi inkar eyləsən, 

Bu əlim, qılıncım, təmiz vicdanım 

Sübut eyləyər ki, sən yalançısan. 

E d m u n d .  

Əgər düşünsəydim öz həyatımı, 

Döyüş qaydasına uyğun olaraq Sənin 

kimliyini, sənin adını Sənin vəzifəni 

öyrənməliydim. 

Bəlkə də, sən mənim tayım deyilsən. 

Fəqət mərd baxışın, məğrur duruşun, 

Kəsərli sözlərin, ədəbli nitqin Mənə 

əsas verir, inanım sənə. 

İmtina eyləyim hüquqlarımdan, 

Təxirə salmayım bu vuruşmanı. 

Adıma yaxdığın qara ləkəni - İyrənc 

yalanları qaytarıb geri, 

Nifrətlə çırpıram sənin üzünə. 

İndi qılıncımla sənin köksünü Yarıb 

ürəyinə yol açaram mən. Mənhus 

iftiralar, mənfur yalanlar Əbədi 

dincələr qəlbində sənin. 

Döyüşə hazıram, çalın şeypuru. 



643 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə