Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə168/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   164   165   166   167   168   169   170   171   ...   189

(Jilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Qorxursan etməyə öz əllərinlə. 

Onda vaxt itirmə, yanıma tələs. 

Qoy canlı sözlərlə qulaqlanndan 

Qəlbimin, ruhumun cəsarətini 

Qəlbinə, ruhuna axıda bilim. 

Səninlə qızıl tac arasındakı 

Bütün əngəlləri yox eyləyim mən. 

Artıq sən kralsan, bəxt ilahəsi 

O tacı başına qoyubdur sənin. 



Xidmətçi gəlir. 

Yenə nə xəbər var? 

X idm ə t çi .  

Bu axşam kral 

Bizə qonaq gəlir əyan-əşrəflə. 

Le di  M a qb e t .  

Sən nə danışırsan, dəlisən, nədir? 

Onunla bir yerdə deyilmi ağan? 

İş belə olsaydı, hazırlıq üçün 

Ağan evə xəbər göndərməzdimi? 

X idm ə t çi .  

Bağışlayın, xanım, bu həqiqətdir. 

O özü yoldadır, bir azdan gələr. 

Qan-tər içindədir onun qasidi

Nəfəsi kəsildi, səsi tutuldu, 

Mənə bu sözləri dedi birtəhər. 

Le di  M a qb e t .  

Yaxşı qəbul elə, qoy rahatlansın. 

O bizə çox gözəl xəbər gətirmiş. 

Xidmətçi gedir. Qarğa qarıltısı eşidilir. 

Bir bax, qarğanın da səsi tutulub. 

Öz boğuq, öz batıq qarıltısıyla 

Bildirir Dunkanın bu səfərini. 

O bədxah qonubdur qəsrin bürcünə, 

Qəsrdə cinayət baş verəcəkdir. 

Gəlin, ey qan saçan ölüm ruhlan, 

 

676 

downloaded from KitabYurdu.org



Dolun varlığıma başdan-ayağa. 

Yırtıcı, amansız vəhşi qəlbiylə Dəyişin 

bu zərif qadın qəlbimi. 

Qanımı dəhşətlə qatılaşdırın, 

İnsaf yollannı, keçidlərini Bağlayın, 

bağlayın mənim köksümdə. Nə vicdan 

əzabı, nə də mərhəmət Qorxunc 

niyyətimi kəməndə salıb, 

Heç vaxt sındırmasın qətiyyətimi. 

Ey gözəgörünməz, nəzərəçarpmaz Qətl 

mələkləri, siz təbiətdə Hardasa fəlakət 

axtarırsınız. 

Tez uçun yanıma, döşlərimdəki 

Südümü çevirin ödə-zəhərə. 

Ey dumanlı gecə, sən kömək elə

Cəhənnəmin qara tüstülərindən Bu 

dünya üzünə qara pərdə çək. Qoyma 

qanlar tökən iti bıçağım Görsün öz 

açdığı yaralarını. 

Göylər aralayıb qara pərdəni Dəhşətlər 

içində boylanıb mənə, “Dayan, dayan!” 

deyə haray salmasın. 



Maqbet gəlir. 

Böyük Qlamis tanı! Ər Kavdor tanı! 

Gələcək günlərin ulu kralı! 

Məktubun bu günün əzablarından 

Xoşbəxt gələcəyə apardı məni. 

İndi yaşayıram mən gələcəklə. 

M a qb e t .  

Mənim məhəbbətim, sevgili yarım, 

Dunkan qonaq gəlir bu axşam bizə. Le di  M a qb e t .  

Bəs haçan gedəcək? 

M a qb e t .  Sabah. 

Le di  M a qb e t .  

Oh, heç vaxt... 

Kral o sabahı görməyəcəkdir. 



677 

downloaded from KitabYurdu.org




Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Əzizim, kitaba bənzəyir üzün, 

Üzündə qəribə şeylər oxunur. 

Qəl, gəl, insanlan aldatmaq üçün Üzünə 

insanlıq maskası keçir. 

Baxışın səmimi, dilin bal kimi, 

Əlin hərarətli olsun həmişə. 

Zərif gülə oxşa, fəqət o gülün Dibində sən 

qıvrıl əfi ilantək. 

Tədarük gərəkdir qonaqlıq üçün, 

Bu işi sən burax mənim öhdəmə. 

Bu gecə əzəmət bəxş edəcəkdir Bütün 

gecəmizə, gündüzümüzə, 

Yeganə şan-şöhrət verəcək bizə, 

Əbədi güləcək gələcəyimiz. 

M a qb e t .  Sonra danışarıq bu barədə biz. 

Le di  M a qb e t .  

Rəng alıb rəng verir, bil ki, qorxaqlar. Sən 

yalnız şad görün, ol qəmdən kənar, Qalan 

bütün işlər mənim boynuma. 



Gedirlər. 

ALTINCI SƏHNƏ

 

Həmən yer. Maqbetin qəsri önü. 

Musiqi sədaları ucalır, məşəllər yanır. 

Dunkan, Malkolm, Donalbayn, Banko, Lenoks, Makduf, 

Ross, Anqus və saray adamları gəlirlər. 

Du nka n.  

Necə də gözəldir bu qəsrin yeri. 

Qəlb açan saf-təmiz, mülayim hava Adamın 

ruhunu oxşayır burda. 

Ba nk o.  

Baharın qonağı bu qaranquşlar Qəsrdə 

hördüyü yuvalarıyla Təsdiq eyləyir ki, bu 

yerdə külək 

downloaded from KitabYurdu.org




Məhəbbətlə əsir, sevgiylə əsir. 

Baxın, elə guşə, elə künc-bucaq, 

Elə sütun yoxdur, bu qəşəng quşlar 

Orda ev tikməsin, beşik asmasın. 

Mən fikir vermişəm, bu yaz quşları 

Harda yuva qurur, bala çıxarır, 

Orda hava gözəl, saf-təmiz olur. 

Ledi Maqbet gelir. 

Du nka n.  

Bu da bax, möhtərəm ev sahibəsi. 

(Ledi Maqbetə) 

Bəzən əzab verir sevgi insana, 

Təşəkkür edirik yenə də ona. 

Siz bəsləyirsiniz bizə məhəbbət, 

Əzab gətirmişik biz sizə fəqət. 

Nə qədər çoxalsa əziyyətiniz, 

O qədər çoxalar məhəbbətiniz. 

Le di  M a q b e t .  

Bizim zəhmətimiz artsa da yüzqat, 

Sizin bizə lütfən göstərdiyiniz 

Səxavət önündə heç nədir, heç nə. Siz 

öz rəhminizlə, böyük hökmdar, 

Bizim nəslimizi hər vaxt, hər zaman 

Şərəfə çatdınb ucaltmısınız. 

Sizə duaçıyıq biz buna görə. 

Du nka n.  

Hanı Kavdor tanı? Onun dalınca 

Səyirtdik atlan, istədik onu Ötüb 

evinizə gələk birinci. 

Sən demə, o yaxşı atsürən imiş. Həm 

də onun böyük, saf məhəbbəti Onun 

kəhərini mahmızlayaraq Onu bizdən 

qabaq çatdırdı sizə. Gözəl, alicənab 

ev sahibəsi Bu gecə biz sizə qonağıq, 

qonaq. 

679 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə